NAZİK İYNƏLİ ASPİRASİON BİOPSİYA (NİAB)
NİAB düyünlü urun qiymətləndirilməsi üçün etibarlı və dəqiq
üsul hesab edilir. Bu metodun həssaslığı 83%, spesifikliyi isə 92%
təşkil edir.
►
QV-nin NİAB ilə biopsiyasının təhlükəsizliyi və etibarlılığı
təsdiq edildikdən sonra, bu üsul tiroid düyününün diaqnostik
qiymətləndirilməsinin ayrılmaz hissəsinə çevrilmişdir.
►
QV-nin biopsiyası nəticəsində alınan yaxmaları QV xəstəlikləri
sahəsində ixtisaslaşmış sitopatoloq müayinə etməlidir.
►
Diaqnostik səhvlər:
Səhv neqativ cavab nümunənin düzgün hazırlanmaması
nəticəsində baş verir
Səhv pozitiv nəticə adətən “şübhəli” (qeyri-müəyyən)
tapıntılar olduqda baş verə bilər
Follikulyar neoplazma, Hürthle hüceyrələrinin neoplazması
sitoloji hesabatlarda boz zona kimi qeyd edilir, həmçinin bu,
papilyar karsinomanın olması ehtimalını da göstərir, lakin
onun üçün diaqnostik əhəmiyyət kəsb etmir.
►
Terminologiyanın standartlaşdırılması xəstəyə göstərilən tibbi
xidməti yaxşılaşdıra bilər. Sitoloji diaqnozlar 4 kateqoriyaya
bölünür – qeyri-adekvat nümunə, xoşxassəli, şübhəli və
bədxassəli şişlər.
Qeyri-adekvat, qane etməyən və ya qeyri-informativ nəticə
– yaxmada bir neçə follikulyar hüceyrə var və ya heç yoxdur.
Xoşxassəli düyünlər və ya neqativ nəticə – bu qrupa kolloid
düyünlər, Haşimoto tireoiditi, sist, tireoiditlər aiddir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
Şübhəli və ya təyin olunmayan nəticə – sitoloji müayinə
nəticəsində düyünün bədxassəli olması, həmçinin follikulyar
neoplazma, Hürthle hüceyrəsinin şişi və ya atipik papilyar şiş
müəyyən edilir, lakin diaqnozu dəqiqləşdirən meyarların
hamısı təyin olunmur.
Bədxassəli və ya pozitiv nəticə – bura birincili (QV) və ya
ikincili (metastatik) kanserlər aiddir.
Dostları ilə paylaş: |