QV DÜYÜNLƏRİ VƏ HAMİLƏLİK
►
Hamiləlik zamanı L-tiroksin ilə aparılan müalicə nəticəsində
düyünün ölçülərinin azalması və ya böyüməsinin dayanması
barədə sübut olmadığı üçün, bu dərmanın hamiləlik zamanı
istifadəsi tövsiyə edilmir (C).
►
Hamiləlik zamanı ölçüləri artan düyünlərin müayinə planına
NİAB və USM daxil edilməlidir (C).
►
Hamiləliyin birinci və ya ikinci trimestrində sitoloji müayinə
zamanı QV kanseri diaqnozu qoyularsa, onda cərrahi müdaxilə
anesteziyanın ən az təhlükə törədəcəyi ikinci trimestrdə yerinə
yetirilməlidir. Diaqnoz üçüncü trimestrdə müəyyənləşərsə,
cərrahi müdaxilə doğuşdan dərhal sonra aparılmalıdır (C).
►
Hamiləlik zamanı follikulyar neoplazma diaqnozunun
qoyulmasında anlaşılmazlıqlar ola bilər. Hamiləlik vaxtı
follikulyar neoplazmanın maliqnizasiyaya uğrama göstəricisi
14%-dir. Buna görə də cərrahi müdaxiləni doğuşdan sonrakı
dövrdə aparmaq olar (C).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|