* * *
İlahi, bu gecədən çıxart məni birtəhər:
Öz quluna rəhm elə - qoyma ölə, ilahi!
Peterburqda yaşamaq - ölümdən də betərdi!
Yanvar, 1931
* * *
Nəhəng fil qulağında yaşayırıq sanki biz,
Onca addım o yanda eşidilmir səsimiz.
Qulaqları dəng edən o qaniçən, o alçaq -
Kreml dağlısının səsi-sözüdür ancaq.