179
Titrəşirdilər,
Qol, qıç və talelər çarpazlaşıb da
Cütləşirdilər.
Və bir
cüt başmaq da necə düşdüsə
Taqqatan yerə,
Damdı göz yaşığək paltarın üstə
Mumdan bir gilə.
Sovrulub gedirdi hər nə ki vardı
Bu qarda tamam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Və ehtiras odu, bucaqdan şamı
Vurduqca külək
Sanki xaçabənzər qoşa qanadı
Gərdi mələk tək.
Keçdi bütün fevral qarlı-boranlı,
Tam bir ay müdam
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
1945
Dostları ilə paylaş: