35
Frans Kafka
“Atama məktub”
Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış,
ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın
ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu
Maks Brod da bu məktubu
yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də
olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara,
müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların
çoxu çap olunub və
700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə
daşımasına
baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər
baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr
olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın,
amma göndərməmişdi.
Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə
vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı.
Bir neçə il
sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu
qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki,
Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm.
Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."
Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü kimi,
bundan
sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən çəkinmişdi? Xeyr, inandırıcı
deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin mənəvi iztirablar, qorxu, vahimə hissləri
içində yaşamağa
məhkum olunmuş, öz doğma ata evində ögey uşaq kimi böyümüş,
xüsusən də həmişə Praqanın yüksək cəmiyyətində yer tutmaq,
yüksək mənsəbə çatmaq
arzusu ilə yaşayan və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş,
fiziki cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə
münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün yaradıcılığı
həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil
qəsdlə onun bütün arzu-
istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən
gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də,
daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin
daha da pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də
varmış.
Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...
Dostları ilə paylaş: