"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   15   16   17   18   19   20   21   22   ...   47
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
65
Revaz Mişveladze 
 
Bacı 
 
Novella 
 
 
 
    Altı aylıq quraqlıqdan sonra, nəhayət ki, yağış yağdı. Bu il quraqlıq Kaxetiyaya və 
Kartliyə daha çox ziyan vurdu. Bulaqların, arxların suyu çəkildi. Ağacların yarpaqları, 
əkinlər, üzümlüklər və çöllər saraldı. Bostanların bar-bəhəri qurudu. Mal-qara süddən 
kəsildi. Kiçik çayların suyu soğuldu. Canlı nə vardısa, hamısı susuzluqdan mələşirdi. 
Yerli sakinlər öz arabacıqları ilə çaydan mal-qaraya su daşıyırlar. Bürküdən nəfəs almaq 
olmurdu. Torpaq elə qızmışdı ki, hava təndir kimi adamı qarsırdı. 
   Nəhayət, dünən gecə saat üçdə yağış başladı. Sonra aramsız olaraq yağdı.  
   İndi səhər saat doqquzdur. Bütün ailə yatır. Səhər yuxusundan oyananlar isə yataqdan 
qalxmırlar və qorxurlar ki, ayağa qalxsalar, birdən yağış dayanar. Ona görə də, dinməzcə 
yağışı dinləyirlər. 
   Özü ilə bərəkət gətirən bolluca və gur yağış gəldi. Ətraf aləm öz rənginə qayıtdı. Meşə 
yamyaşıl oldu, kiçik çayların zümzüməsi artdı, həyatın ahəngi bərpa oldu. 
   - Ay, ev yiyəsi! - deyə, çağıran Bacinin səsi gəldi. 
   Bu leysanda o necə gəlib çıxdı... 
   Baci adəti üzrə, günaşırı Msxaldidi kəndindən piyada buraya süd və qatıq gətirir. 
Msxaldidi ilə bizim Muxacğaro kəndi arasında məsafə heç üç kilometr də olmaz. Amma 
Baci üçün bu yolu gəlmək o qədər də asan deyil. 
   Arvadım xalatını geyib, Bacini qarşılamağa çıxdı. 
   Baci, iki brezent torbanı güclə dartıb, daş döşəmənin üstünə qoydu. 
   Stul verdim. Oturdu. Uzun və gen, qara-boz rəngli donunu düzəltdi. 
   - Baci, niyə tələsirdin, belə havada səni evdən çıxmağa nə vadar edib? Tamam 
islanmısan.  
   Arvadım dəsmal verdi. Baci üzünü və saçlarını sildi.  
   - İslanmaq bir şey deyil. Baci yorulub. Sadəcə olaraq mən artıq qocalıram, yoxuşda 
xüsusilə lap çox yoruluram.  
   - Barı ya ərin Məmmədi, ya da gəlinini göndərəydin. 
   - Məmmədin işi vardı. Bu gün naxır növbəsinə getməlidir. Gəlinə isə yazığım gəlir. 
Baciyə islanmaq olar. Baci artıq qocalıb. Gəlinə isə soyuqlamaq olmaz. O cavandır, hələ 
uşaq doğmalıdır. 
    Bacinin üzü, elə bil ki, palıd qabığının rənginə çalırdı. O, üç dənə yun şalla sarınıbdır - 
birini başına, birini kürəyinə, birini də yançağına bağlayıb. Qara saçlarına artıq dən 
düşübdür. Bacinin rəngi solmuş, üzündə qırışlar əmələ gəlmişdir. Buxağı qarmonun üzü 
kimi qat-qatdır. Dərin çuxurunda oturan və moruğa oxşayan qara gözlərinin çevrəsindəki 
qəhvəyi xətlər uşaq rəsmlərini xatırladır. Kənd yerində böyümüş və tərbiyə almış bütün 
adamlar kimi Bacinin də gur səsi var. Əlləri və sifəti gündən qaralmışdı. Ayağına yun 
corab və rezin çəkmə geymişdir. 
   Baci boş bankaları torbasına yığıb,ətrafa boylandı. 
    - Hə, necədi, nəhayət ki, yağan yağışlar ürəyincə oldumu? - deyə, Bacidan soruşdum. 
   - Bu hələ azdır. Gərək belə yağışlar həftələrlə yağsın ki, torpaq doysun, otlar 
yaşıllaşsın, inəklər bolluca süd versin. Onda hamı razı olar. 


 
66
   - İndi neçə inəyin var? 
   - Yeddi inəyim var. Onlardan yalnız ikisi sağılır, qalanların südü quruyub. İki banka 
qatıq, bir litr süd Sizin üçün, iki litr süd və bir banka qatıq da Nemsadze üçün 
gətirmişəm. Olanım budur. 
   - Dünən Zambaxidzenin gəlini deyirdi ki, mən də süd alacağam. 
   - Yox, onlara heç nə verməyəcəyəm.  
   - Niyə, Baci? 
   Mən həftədə iki dəfə, gündüz saat on ikidə gəlirəm. Deyirəm ki, məni ləngitmə. O isə 
əvvəlcə yatağını yığışdırır, sonra geyinir, papiros çəkir - mən isə gözləyirəm. Deyirəm: 
“Mən sübh tezdən dururam, üç-dörd kilometr yolu yük gətirirəm”. Bu avara isə saat on 
ikidə hələ yatır, bankalarımı da çirkli qaytarır. Sizin bəyəm suyunuz yoxdur? - 
soruşuram. O isə bankanı yumağa tənbəllik etdiyini bildirir.  
   - Sizin gürcü kişilər çox mülayim xasiyyətli olurlar. Əgər mən səhər vaxtında 
durmasam, Məmmədim məni kötəkləyər. Zambaxidzenin gəlini bircə həftə mənim ərimə 
arvadlıq eyləsə davranışında daha qıvraq, xasiyyətcə isə lap quzu kimi olar... Bizim 
qadınlar həm ev işi görürlər, həm bostan becərirlər, üstəlik bazara da gedirlər... Kişilər isə 
mal otarır, ot tədarük edir, evin damı axırsa onu düzəldir. 
   - Baci, sənin neçə nəvən var?, - deyə arvadım soruşdu. 
   - On doqquz və əlavə də üç. 
   - Necə yəni, “əlavə də üç”? 
   - Mənim böyük qızım Bakıda yaşayır. Onun dörd uşağı var. Kiçik oğlum Borçalıda 
yaşayır, onun səkkiz uşağı var. Böyük oğlum Qasım, bizimlə yaşayır, onun yeddi uşağı 
var. Bax belə on səkkizdir. Qasım şəhərdə bərbər işləyir. Qışda hava pis olanda Qasım 
kəndə gələ bilmir. Bir gün gələ bilmir, iki gün gələ bilmir. Axı o kişidir... Ona görə də, 
Tiflisdə bir azərbaycanlı qız tapıb evləndi, ondan da üç uşağı var. 
   - Təzə nəvələri görməmisiz? 
   - Xeyr, mən hələ görməmişəm. Allah qoysa, yayda təzə gəlinim bizə gələcək, onda üç 
təzə nəvəmlə də tanış olacağıq. 
   - Bəs Qasımın kənddəki arvadı bu işə necə baxır? 
   - Nə iş? Qasımın arvadı, Qasımın arvadıdır... O, yenə də öz arvadlığını edir, Qasıma 
yaxşı baxır. Tezliklə Bakıdan qızım da gələcək. O da dörd uşağını gətirəcək. 
   - Bu qədər adam harda yerləşəcək, bu qədər nəvə nə yeyəcək? 
   - Allah Məmmədin ailəsinə süd və qatıq verir. Yağış olsa, ot olacaq. Ot olsa, süd də 
olacaq. Msxaldididə biz hamımız bir-birimizə qohumuq. Bütün qonaqlar və uşaqlar - 
ümumi qonaqlarımız və uşaqlarımızdır. Hamı bilir ki, hamilə qadınlar və uşaqlar ac 
qalmamalıdırlar. Uşaqları tərbiyə etməkdə də bir-birimizə kömək edirik. Adətimiz 
belədir. 
   - Allah köməyiniz olsun, inəklərinizin südü kəsilməsin. 
   - İnək südlü olsun. Yağış yağsın. Torpaq sulansın, yamaclar otlansın, ot da ki, süddür, 
qatıq və süd. 
   Bax, bu gün, belə yağışda bu qədər yol gəlmisən, iki lari biz verəcəyik, bir lari yarım da 
Nemsadze verəcək... Buna dəyərmi?.. 
   - Baci üçün dəyər. Ruzini də, uşağı da, dolanışığı da verən Allahdır. Mən bilirəm ki, 
sizə süd və qatıq lazımdır. Sizinlə danışmışıq ki, nə lazımdırsa, günaşırı gətirim. Siz də 
məni gözləyirsiniz, bilirsiniz ki, mən gələcəyəm. Əgər tənbəllik edib gəlməsəm, 
südü,qatığı başqasından alacaqsınız, Baci isə pulsuz və işsiz qalacaq. Bunun hamısı 
hesablanıb. Bu xırda larilər olmasa, biz də ac qalarıq. Heç kəs bizi qapısına qoymaz. Baci 


 
67
yağışdan, soyuqdan qorxmur. Baci bekarçılıqdan, işsizlikdən qorxur. İşləyiriksə, deməli, 
yaşayırıq. 
   Arvadım evdən plaş gətirdi və dedi: Baci, bunu çiyninə at, görürsən ki, yağış yağır, 
sonra qaytararsan. 
   - Sağ ol, xanım. Lazım deyil, Baci yağışı xoşlayır. Bu süd, qatığı siz də, uşaqlarınız da 
ağız şirinliyi ilə yeyin. 
   Baci, pullarını paltarının qatlanmış qoluna qoydu, başını bağladı və Nemsadzenin evinə 
tərəf yollandı. 
    
Gürcülər azərbaycanlı qadına “baci” deyə müraciət edirlər. 
 
 
 
 
 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin