ABŞ-da “Google”nin e-mail-kitab satışı cəhdi müzakirələrə səbəb olarkən, bu mövzuda
daha bir maraqlı xəbər diqqəti çəkir. Amazon.com saytının ilk dəfə 2007-ci ildə bazara
çıxardığı “Amazon Kindle” adlı e-kitab göstəricisinə görə, ABŞ-da kitab satışının
nisbətini dəyişdirdi. “Kindle”nin satışa təqdim edilməsindən bu yana ilk dəfə olaraq
ənənəvi kitabdan fərqli üstünlüklə sayda e-kitab satın alındı. Təkcə bir gün ərzində sayt
9,5 milyondan çox e-kitab sifarişi alıb. Sayt əmindir ki, dünya tezliklə kitabın müasir
formasından istifadə etməyə vərdiş edəcək.
* * *
Paul Austerin yeni romanı olan “Görünməyən” kitab şəklində nəşr olunduqdan sonra
tənqidçilər tərəfindən ötən ilin ən yaxşı romanı adını qazanmaqla bərabər, hələ də ona
yeni şöhrət dalğası yaratmaqdadır. Tənqidçilər bu dəfə əsəri yazıçının bütün əsərlərindən
fərqli və orijinal adlandırıblar. Ardınca isə Auster Amerikanın ən görkəmli yaradıcı
yazıçılarından biri kimi xüsusi siyahıya daxil edilib. Qeyd edək ki, sözügedən əsər
reallıqla alt yaddaş, sənətkar və şəxsiyyət arasındakı naməlum sərhədlərdən bəhs edir.
* * *
Çinli yazıçı Xianhui Yanğın adlı “Çin əmək düşərgələrindən sağ qalanlar” romanı
ingiliscəyə tərcümə edilib ABŞ-da nümayiş olunduqdan qısa bir müddət sonra ədəbiyyat
aləminin marağına səbəb olub. Kitabdakı əhvalatlar 1957 və 1961-ci illər arasında
təxminən 3 min siyasi dustağın saxlandığı Jiabian həbs düşərgəsində dəhşətlərə məruz
qalanların həyatından bəhs edir. Yazıçı faktlarla yazdığı əsərini düz 3 ilə qələmə alıb.