Frans. Alman dilindən tərcümə edən: Vilayət Hacıyev E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=932 “Milenaya məktubları”
Frans Kafka almanca yazıb, onun əsərlərinin dəyərini hələ o vaxt başa düşən Milena
həmin yazıları çex dilinə çevirib. Bu əlaqəyə əsasən tanış olublar. Kafka 1920-ci ildə
ciyər xəstəliyindən əziyyət çəkirdi, Milena Vyanadaydı. Bir-birilərini görmədiklərindən
məktublaşıblar. Bu dostcasına məktublaşma qısa vaxt ərzində atəşli qarşılıqlı məhəbbətə
çevrilib. Ancaq bu sevgi məktublaşmadan o yana keçə bilməyib. Üç il davam edən
məktublaşma müddətində cəmi iki-üç dəfə görüşə biliblər. Kafka bu vaxt daxili əzablar,
ruhi böhran içindəydi, hər görüşdən sonra böyük günah işlətdiyini düşünər, özünü
günahkar sayar, sonra yenə darıxıb görüşərmiş.
Milena o vaxtlar evliydi, Kafka isə eyni qızla üç dəfə nişanlanıb ayrılmışdı, sonra başqa
bir qızla - Dorayla evlənir. Öləndə yanında arvadı Dora və dostu həkim Klopstok
durmuşdular. Ölərkən həkim dostuna demişdi: “Qoyma ağrı çəkim, öldür məni, əgər
öldürməsən, qatil sayılacaqsan”.
Milena nəcabətli bir ailədə doğulmuşdu. Atası vuruşduğu almanlar tərəfindən
güllələnmişdi. Milena əri ilə xoşbəxt deyildi. Milenanın yaxın dostu olan və bu
məktubları yayan Hass, Milena haqqında deyirdi. “Sevincliydi, gözütox, qərarlarında
soyuqqanlı idi. Dostluqda onun kimisini tapmaq çətindir: kömək etməyi xoşlayan, bütün
imkanlarından istifadə edən, etdiyinin də qarşılığını gözləyən bir xanım idi. Arzularına
görə hər şeyi gözə alır və düşüncəsiz hərəkət edərdi. Olanını: həyatını, pulunu,
duyğularını səxavətlə xərcləmiş bir insan idi”.
Hassa bu məktubları Milena 1939-cu ildə verib. Milenanın Kafkaya yazdığı
məktublarsa əldə yoxdur. Amma Milenanın Kafkayla bağlı dostu Maks Broda yazdığı
məktubların bəziləri ilə oxucular tanışdırlar. Milena sonralar ərindən ayrılıb. 1944-cü ildə
vəfat edib. Kafkanın məktublarının bəziləri əldə yoxdur, güman olunur ki, onları Milena,
Hassa verməyib. Kafkanın Milenaya yazdığı məktublardan bir neçəsini sizlərə təqdim
edirik. Növbəti saylarımızda isə Milenanın Maks Broda yazdığı məktublarla tanış ola
bilərsiniz.