"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   11   12   13   14   15   16   17   18   ...   47
Əziz Milena xanım! 
 
   Tərcümələrlə o darıxdırıcı Vyanada əlləşib-vuruşursunuz. Bu həm də utandırıcıdı, həm 
də məni sevindirir. Həm də gərək Volfdan məktubu indiyə qədər alaydınız, yazacağını 
lap əvvəllər mənə bildirmişdi. Bir kataloqda adı “Öldürən” olan hekayə mənim deyil, 
yəqin ki, səhv düşüb, amma ən yaxşı hekayə olduğu deyilirsə, bəlkə də, doğrudur, 
bilmirəm. 
   Son məktubunuzla və bundan əvvəlkindən başa düşdüyümə görə dərdləriniz, 
problemləriniz keçib, yəqin ki, ərinizin dərdləri də keçib, ikiniz üçün də səbəbli olduğunu 
diləyirəm. Haçansa bir bazar günü günortadan sonra ərinizlə rastlaşdım. Qarşılaşdığımıza 
görə heç birimiz sevinmədik. Müxtəlif mənalarda olsa da, ikimiz də çərənləyib baş 
şişirtməkdə usta sayılırdıq. Bilmirəm, deyəsən, birlikdə gəzindik, yaxud da ancaq 
salamlaşdıq, onsuz da vacib deyil bilməyim. 
    Bu, çox köhnə, keçmiş bir xatirədi, yada salınmamalıdır, gizli qalmalıdır. Eviniz 
gözəldir? 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin