64
Revaz Mişveladze
Çağdaş gürcü nəsrinin tanınmış nümayəndəsi
Revaz Mişveladze 1940-cı il yanvar ayının 1-də Gürcüstanda, Kutaisi şəhərində
anadan olmuşdur. Tbilisi Dövlət Universitetini bitirdikdən (1963) sonra həmin
universitetdə 40 ildən çox bir müddətdə mühazirələr oxumuş, filologiya sahəsində
namizədlik (1966) və doktorluq (1974) dissertasiyaları müdafiə etmişdir. Paralel olaraq
Gürcüstan Yazıçılar Birliyində “Təsəlli” və “Tənqid” jurnallarına, habelə “Yazıçı”
qəzetinə rəhbərlik etmişdir. Hazırda Gürcüstan Yazıçılar Birliyinin sədrinin birinci
müavinidir.
Revaz Mişveladze tanınmış ictimai xadimdir. Aktiv vətəndaşlıq mövqeyinə və ictimai
fəaliyyətinə görə bir neçə orden və medallarla təltif olunmuşdur. Onun yeganə övladı,
oğlu Abxaziya ilə müharibə zamanı həlak olmuşdur, Gürcüstanın Milli Qəhrəmanıdır. Bir
nəvəsi var.
Revaz Mişveladze dünyada görkəmli novella ustası kimi tanınır. Onun əsərləri,
dünyanın bütün aparıcı dillərinə tərcümə olunmuş, o cümlədən Azərbaycan dilində də
kitabı nəşr edilmişdir. O, Gürcüstanın bütün dövlət və ədəbi mükafatlarına, eyni zamanda
Şota Rustaveli mükafatına layiq görülmüşdür.
Bugünlərdə Revaz Mişveladzenin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə oxuculara
Vüqar Vüqarlının tərcüməsində yazıçının “Baci” novellasını təqdim edirik.
Dostları ilə paylaş: