68
Paulo Koelyo
"Rio-Pyedranın sahilində oturdum və ağladım"
Roman
(Dünyaşöhrətli Braziliya yazıçısından əla bir roman - azəricə)
Azərbaycancaya tərcümə: Aygün Aslanlı
Ön söz
İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu:
-Siz necə dua edirsiniz?
-Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib,
biz də üç nəfərik. Bizi əfv elə».
- Pis dua deyil, - missioner dedi.
- Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim
- bundan çox-çox yaxşısını.
Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi.
Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın
yanından keçməli oldu. Missioner yuxarı göyərtədən üç kahini sahildə gördü və onlara əl
elədi.
Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən
yaxın olanı qışqırdı;
-Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə
təzədən öyrət!
-Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi
üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə danışır.
Bu pritça «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən
getməsinin ən yaxşı izahıdır. Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu
boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol
göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret
qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə
özümüzü görməməzliyə vururuq. Anlamırıq: «biz Onun üçün hansı qapıları açsaq, O da
oradan gırəcək».
Ənənəvi dini ayinlər vacibdir, zira birgə dua edən, mərasimləri yerinə yetirən zaman
yaranan vəhdət hissini başqaları ilə bölməkdə bizə kömək edir. Bununla belə unutmaq
olmaz ki, mənəvi təcrübə hər şeydən əvvəl praktik məhəbbət təcrübəsidır. Məhəbbətdə
69
isə qaydalar yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış
strategiyası hazırlamaq olar- bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir və yalnız
onun qərarı vacib və gərəklidir.
Belə hadisə hər birimizin həyatında baş verib. Bizlərdən hər birimiz bu və ya digər
anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz». Biz ona
görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi (bizim fikrimizcə) düşünürük. Ona
görə əzab çəkirik ki, bizim sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya
bilməmişik, odur ki, əzab çəkirik.
Amma əbəs yerə. Zıra sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə
qədər çox seviriksə, mənəvi kamilliyin dərkinə bir o qədər yaxınlaşırıq. Həqiqətən
kamilliyə çatmış insanlar – ürəkləri məhəbbətlə alovlananlar - öz dövrlərinin bütün
xürafatını, maneələrini dəf ediblər. Onlar mahnı oxuyublar, gülüblər, yüksək səslə dua
ediblər, oynayıblar, apostol Pavelin «müqəddəs dəlilik» adlandırdığı hər şeyi həyata
keçiriblər. Onlar şən olublar – zira dünya sevənlərin qarşısında diz çökür və onlar,
itirmək qorxusundan xəbərsizdir.Əsl məhəbbət özünü bütünlüklə verməkdir.
«Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabı bunun nə qədər vacib olması
haqqındadır. Pilar və onun dostu -uydurma personajlardır. Lakin onlar həm də Fərqli
Məkan axtarışlarında qarşılaşdığımız bir çox konfliktləri simvolizə edirlər. Gec, ya tez
hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq - zira mənəviyyatın yolu gündəlik
qazanılan məhəbbət təcrübəsindən keçir.
Bir dəfə rahib Tomas Merton dedı: «Mənəvi həyat məhəbbətə bərabərdir. Kiməsə
kömək eləmək, kimisə qorumaq, xeyriyyəçilik məqsədilə sevmirlər. Belə olanda
yaxınımız bizim üçün sadəcə obyektə çevrilir, özümüzü isə xeyirxah və müdrik adamlar
kimi görürük. Bunun məhəbbətə heç bir dəxli yoxdur. Sevmək - başqa adamın bir parçası
olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir».
Qoy, Piların Rio-Pyedra sahilində tökdüyü göz yaşları bizə İlahi oda gedən yolu
göstərsin.
***
Əgər rəvayətə inansaq, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş
lələkləri - zamanla onun yatağını döşəyən daşlara çevrilirlər. Of, əgər mən ürəyimi
sinəmdən qopara bilsəydim. Qopara və coşğun sulara ata - bir də nə əzab, nə həsrət, nə də
xatirə olmasın deyə.
Rio- Pyedranın sahilində oturdum və ağladım. Qışın soyuğu mənə yanaqlarımdakı göz
yaşlarını hiss etdirdi və göz yaşları qarşımda axan buz kimi soyuq sulara qarışdı. Hardasa
bu çay başqasıyla, sonra üçüncüsü ilə birləşir, o vaxta qədər ki - ancaq artıq mənim
gözümdən və könlümdən uzaqda - bütün bu sular dəniz suyu ilə qarışır.
Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim
bilməyəcək ki, mən nə vaxtsa ona yas tutmuşam. Qoy, sular ona qarışmış göz yaşlarını
uzaqlaşdırsın ki, mən Rio - Pyedranı, monastırı, Pireneyin ətəklərindəki kilsəni, birlikdə
getdiyimiz yolları və dumanı unuda bilim.
Mən yuxuda gördüyüm yolları, dağları, düzənlikləri unudacağam -onlar yuxularıma
girirdilər, ancaq mən bundan xəbərsizdim.
Lakin mən adi «hə» və ya «yox»un bizim bütün yaşamımızı dəyişməyə qadir olduğu
həmin sehirli anı xatırlayıram. Sanki bu çoxdan baş verib, bununla belə cəmi bir həftə
əvvəl mən yenidən onunla görüşdüm və yenidən itirdim.
70
Rio-Pyedranın sahilində mən bu əhvalatı yazdım. Mənim əllərim donmuşdu, ayaqlarım
narahat oturmaqdan keyimişdı və mən hər an dayanmağa, yazdıqlarımı tullamağa can
atırdım.
-Sadəcə yaşamağa çalış. Xatirələri saxla qocalara - o belə deyirdi.
Bəlkə, məhəbbət bizi vaxtından əvvəl qocaldır və elə o da çoxdan ötmüş gəncliyi
qaytarır. Axı o anları necə xatırlamamaq olar? Mən həm də sonsuz həsrəti işıqlı kədərə,
tənhalığı xatirəyə çevirmək üçün yazıram. Bu əhvalatı özümə danışıb, sonra çaya
tullamaq üçün - yanında sığınacaq tapdığım qadın mənə belə dedi. Əgər müqəddəslərin
sözlərinə inansaq - onda su yanğı ilə yazılanları söndürəcək.
Bütün sevgi əhvalatları bir - birinə oxşayır.
Biz bir yerdə böyüyüb, bir yerdə boya-başa çatmışıq. Sonra o, ata yurdundan getdi, zira
gec, ya tez bütün cavanlar doğma daldabucaqlarını tərk edirlər. Dedi ki, dünyanı görmək
istəyir, onun arzuları üçün Soriyanın çölləri çox dardı.
Bir neçə il mən onun haqqında heç nə eşitmədim.Yalnız hərdən bir ondan qısa
məktublar gəlirdi - vəssalam. Zira bizim uşaqlığımızın küçələrinə və meşələrinə o, bir
də heç vaxt qayıtmadı.
Mənsə məktəbi bitirib Saraqosa getdim və orada anladım: O haqlı idi. Soriya kiçik
şəhərcikdir və dünyaya bağışladığı yeganə məşhur şairin ən məşhur sözü «yol onunla
getmək üçün yaranıb» misrası idi. Mən universitetə daxil oldum, nişanlandım. Hələ də
qalib gələ bilmədiyim açıq müsabiqəyə hazırlaşmağa başladım. Təhsil haqqını ödəmək
üçün satıcı işlədım. Müsabiqədən kəsildim, nişanlımdan ayrıldım.
Bütün bu vaxt ərzində isə ondan gələn məktubların sayı çoxalırdı və xarici ölkələrin
markalarına baxanda mən həsəd aparırdım. Bax, - mən fikirləşirdim - mənim dostum
yetkinləşib, o, hər şeyin dadına baxıb, o bütün dünyanı gəzib, onun qanadları böyüyüb,
mənsə hələ də kök atmağa çalışıram.
Bir vaxt gəldi ki, eyni ünvandan - kiçik fransız şəhərciyindən göndərdiyi məktublarında
o, tez - tez Allahdan danışmağa başladı. Günlərin bir günü isə seminariyaya daxil olmaq,
özünü duaya və moizəyə həsr etmək istədiyini bildirdi. Cavab məktubunda mən ondan
tələsməməsini, azadlığın kefini bir az da çıxartmasını, yalnız bundan sonra belə ciddi
addım atmasını xahiş etdim.
Təzədən oxudum və məktubu cırmaq qərarına gəldim - mən kiməm ki, azadlıq və ya
rahiblik haqqında hökm çıxardım? Ondan da, o birisindən də o xəbərdardır, mən yox.
Yenə bir müddət keçəndən sonra mən onun mühazirə oxuduğunu eşitdim və
təəccübləndim - axı, o, başqalarını öyrətmək üçün çox gəncdir. Ancaq iki həftə keçəndən
sonra o, mənə yazdı ki, Madriddə mühazirə oxuyacaq və çox xahiş edir ki, mən də ora
gəlim.
Və mən Saraqosdan Madridə qədər dörd saat yol getdim, çünki onu yenidən görmək
ıstəyirdim. Onun səsini eşitmək istəyirdim. Onunla kafedə oturmaq, birlikdə oynadığımız
zamanları yada salmaq istəyirdim - onda bizə elə gəlirdi, dünya o qədər böyükdür ki, onu
gəzib qurtarmaq, dərk etmək mümkün deyil.
***
Mühazirəyə mənim fikirləşdiyimdən də çox adam gəlmişdi, elə mühit də çox
təntənəli və ciddi idi. Və mən heç nə anlamırdım.
«Bəlkə o, məşhur adam olub» - mən fikirləşdim.Öz məktublarında o, bu barədə heç nə
deməmişdi. Mən zalda oturanlarla danışmaq, onları bura nəyin gətirdiyini soruşmaq
istədim - ancaq cürət eləmədim.
71
Onu görəndə təəccübləndim. O, mənim bir vaxtlar tanıdığım yeniyetməyə heç
oxşamırdı. Axı qəribə nə var ki, on bir il – az müddət deyil. O,gözəlləşmişdi, gözləri
parıldayırdı.
-O, bizə bizim olanı qaytarır, - məndən solda əyləşmiş qadın dilləndi.
Qəribə sözlərdir.
-Nəyi qaytarır ? - mən soruşdum.
-Bizdən oğurlanmış olanı. İnamı.
-Yox, qaytarmır, - sağ tərəfdəki qonşu etiraz etdi, o, nisbətən gənc idi. -Onsuz da bizə
məxsus olanı qaytarmaq mümkün deyil.
-Eləsə, siz bura niyə gəlmisiniz? - birinci qadın əsəbi halda xəbər aldı.
-Ona qulaq asmaq istəyirəm. Mənə onların indi nə fikirləşdiyi maraqlıdır. Vaxt vardı,
onlar bizi tonqalda yandırırdılar. Bəlkə elə bilirlər, az yandırıblar?
-Bu yalqız səsdi, – birinci dedi. - O, bacardığını edir.
İkinci qadın istehza ilə gülümsündü və söhbəti kəsib üzünü çevirdi.
-Bir seminarist üçün o, çox cəsarətlidir, - birinci qadın indi də mənə müraciət edərək və
məndən dəstək gözləyərək davam etdi.
Ancaq mən heç nə başa düşmürdüm və susdum. Gənc qadınsa mənə göz vurdu - onun
əlbiri, müttəfiqiyəmmiş kimi.
Mənsə ona görə susurdum ki, fikrim başqa şeylə məşğul idi. Mən birinci qadının dediyi
haqqında düşünürdüm.
«Seminarist»
Ola bilməz. O, mənə xəbər verərdi.
O, danışmağa başladı, ancaq mən heç cür diqqətimi cəmləyə bilmirdim. «Yaxşı
geyinmək lazım idi» - bunun məni niyə belə narahat etdiyini başa düşmədən
fikirləşirdim. O, zalda məni gördü və mən onun nə düşündüyünü, xoşuna gəlib -
gəlmədiyimi tapmağa çalışdım. Yəqin ki, o vaxtkı mənlə indiki mən arasında böyük fərq
var - onda mənim 18 yaşım vardı, indi 29.
Səsi heç dəyişməmişdi. Lakin tamam fərqli sözlər deyirdi.
Mütləq risk eləmək lazımdır. Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır
olduğumuz zaman tam şəkildə dərk edə bilərik.
Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı
göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o,
ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan
fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehirli anı tapacaq. O, bizim
sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik
anında, ya da bir - birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin
an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an
mövcuddur.
Düzdür, xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə,
qələbədir. Sehirli an bizə dəyişməkdə və arzularımızın axtarışlarına çıxmaqda kömək
edir. Doğrudur, bu yolda bizi ağrı - acı, əzab, ehtiyac gözləyir, çoxlu məyusluqlarla
rastlaşacağıq - lakin onların hamısı keçicidir, heç bir iz qoymur. Gələcəkdə biz geriyə
qürur və inamla baxacağıq.
O şəxs bədbəxtdir ki, riskə getməkdən qorxur. Yəqin ki, o, məyusluqdan və
illüziyaların puça çıxmasından xəbərsizdir, əzab çəkmir - arzu edən və arzusunu həqiqətə
çevirməyə can atanlardan fərqli olaraq. Amma o, geri baxdığı zaman – o isə mütləq
baxacaq, zira bu bizim hər birimizə xasdır - ürəyinin ona necə: « Sən, Tanrının bu qədər
səxavətlə sənin günlərinə, iş və asudə vaxtlarına səpələdiyi həmin möcüzələri neynədin?
72
Ustadının sənə etibar etdiyi istedadı, zəkanı necə dəyərləndirdin? İtirməkdən qorxduğun
üçün dərinə basdırdın? Yaxşı, bundan sonra arxayın ola bilərsən: sən öz həyatını yelə
verdin və xərclədin, puç və israf etdin. Bu arxayınçılıq sənin yeganə qazancın olacaq». -
dediyini eşidəcək.
Bədbəxt o kəsdir ki, belə sözlər eşidir. Bədbəxtdir, çünki indi o, möcüzənin
mümkünlüyünə inanır, lakin sehirli anlar bir daha qayıtmayacaq.
O, mühazirəni bitirəndə, adamlar hər tərəfdən onu əhatəyə aldılar. Mən bir qədər aralıda
gözləyirdim və gərgin halda uzun illərin ayrılığından sonra ona necə təsir
bağışlayacağım barədə fikirləşirdim. Mən özümü körpə uşaq kimi hiss edirdim - onu
təzə, yad dostlara qısqanan, qorxaq bir uşaq. Mən əzab çəkirdim, çünki o, başqalarına
daha çox diqqət ayırırdı, nəinki mənə.
Nəhayət ki, o yaxınlaşdı. Yanaqları allandı və mən qarşımda bir dəqiqə əvvəl ciddi
şeylərdən danışan yetkin kişi yox, bir vaxtlar mənimlə birlikdə müqəddəs Saturiya
sovməəsində - (kiçik kilsə) gizlənən balaca oğlanı gördüm. Həmin oğlan mənə dünyanı
gəzmək arzusundan danışdığı vaxt, valideynlərimiz polisə zəng edirdilər, çünki elə
bilmişdilər ki, çayda boğulmuşuq.
-Salam, Pilar, - o dedi.
Mən onu öpdüm. Mən onun çıxışını tərifləyə və bu qədər çox adamın içində özümü
nədənsə yaxşı hiss etmədiyimi deyə bilərdim. Mən uşaqlığımızdan hər hansı bir gülməli
hadisəni xatırlaya və indi başqalarının ona necə heyranlıqla baxdığını görəndə qürur
duyduğumu etiraf edə bilərdim. Mən Saraqosa gedən sonuncu gecə avtobusuna çatmaq
üçün tələsməli olduğumu ızah edə bilərdim.
Bilərdim. Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Zira həyatımızın
hər bir anında nə isə bir şey baş verə bilər - baş verə bilər, ancaq vermir. Elə sehirli anlar
var ki, geridə qalır və kəşf olunmadan keçir, və ya taleyin əli qəflətən bizim dünyamızı
dəyişir.
Və onda da, məhz, belə oldu. Bütün o deyə biləcəklərimin əvəzinə, mən cəmi iki söz
dedim - bir həftədən sonra məni bu çayın sahilinə gətirib çıxardan, bu sətirləri yazmağa
məcbur edən ikicə söz...
- Qəhvə içək? – bax, onda mən bunu dedim.
Və o, mənə tərəf dönərək taleyin ona uzatdığı əli geri çevirmədi.
- Səninlə danışmağa elə ehtiyacım var ki. Sabah Bılbaoda mühazirə oxuyacam. Mən
maşınlayam. Gedirik?
- Mən Saraqosa qayıtmalıyam - bunun yeganə çıxış yolu olduğunu bilmədən cavab
verdim. Ancaq sonrakı saniyədə ya yenidən uşaqlıq dövrünə döndüyüm üçün, ya da ona
görə ki, həyatımızın ən gözəl anlarını biz yazmırıq, mən dedim:
- Amma, yox, Müqəddəs Məryəmin qüsursuz haimləliyi bayramı münasibətilə istirahət
günləri olacaq. Mən səninlə Bilboaya gedə bilərəm, Saraqosa da oradan qayıdaram.
Yanımda oturmuş qadının «seminarist» barədə replikası mənə rahatlıq vermirdi və
deyəsən o, bunu hiss etdi.
- Sən məndən nə isə soruşmaq istəyirsən?
- İstəyirəm, - mən biclik işlətməyə çalışaraq cavab verdim. - Bir qadın mühazirədən
qabaq dedi ki, sən ona məxsus olanı qaytarırsan.
- Bu vacib deyil.
- Mənim üçün vacibdir, - mən etiraz etdim. - Axı, mən sənin haqqında, həyatın
haqqında heç nə bilmirəm. Səni dinləmək üçün bu qədər adamın gəldiyini görəndə
heyrətə gəldim.
73
O, gülərək yanındakı adamlara tərəf çevrildi və artıq onlarla söhbətə başlamağa
hazırlaşdı.
- Dayan, - mən onun qolundan çəkərək dedim. - Sən mənə cavab vermədin.
- Pilar, inan ki, bu sənin üçün o qədər də maraqlı olmayacaq.
- Hər halda, mən bilmək istəyirəm.
O, dərindən nəfəs aldı və məni zalın küncünə çəkdi.
-Əsasında təkallahlıq duran böyük dinlərın hər üçü - iudaizm, xristianlıq, islam kişi
dinləridir. Din xadimləri - kişilərdir. Qanunları kişilər qoyur, mərasimləri kişilər icra edir.
- Zaldakı o xanım nəyi nəzərdə tuturdu?
O, çaşdı, duruxdu, ancaq hər halda cavab verdi:
- Mənim hər şeyə fərqli yanaşdığımı. Tanrının qadın simasına inandığımı.
Mən yüngülcə nəfəs aldım - qadın səhv etmişdi. O, seminarist ola bilməzdi, zira
seminaristlər hər şeyə fərqli yanaşa bilməzlər.
- Müfəssəl izahatdır, - mən cavab verdim.
Qapıda məni zalda mənə göz vuran həmin qız gözləyirdi.
- Mən bilirəm ki, biz səninlə eyni məzhəbə etiqad edirik, - o dedi. - Mənim adım
Bridadır.
- Nə barədə danışırsan? Başa düşmürəm.
- Çoz gözəl başa düşürsən, – o güldü.
Və mənə nə isə izah etməyə imkan vermədən əlimdən yapışmağı ilə çölə çıxmağı bir
oldu.
Yetərincə isti axşam idi, ancaq mən səhərə qədər küçədə qala bilməzdim, gecələmək
üçün hara getmək lazım gəldiyi haqqında isə heç bir fikrim yox idi.
- Hara gedirik? - mən soruşdum.
- Tanrıçanın heykəlinin yanına, - cavabı gəldi.
- Mən ucuz bir otel axtarsam, yaxşıdır.
- Hər şeyi sonra başa salaram.
Mən kafedə oturub danışmağa, dostum haqqında daha çox şey öyrənməyə üstünlük
verərdim. Ancaq mübahisə eləmədim və qız məni Paseo-de-Kastelyana küçəsilə aparanda
itaətkarcasına yanınca gedirdim və bu günə qədər heç vaxt görmədiyim Madridə baxa-
baxa başımı tərpədirdim.
Qız prospektin ortasında dayandı və səmanı göstərdi.
- Odur!
Çılpaq budaqların arasından bütöv ay parıldayırdı.
- Gözəldir, - mən dedim.
Ancaq qız, məni eşitmədən, qollarını geniş açdı, ovuclarını üzü yuxarı çevirdi, başını
geri atdı və dondu.
«Hara gəlıi çıxmışam, - mən fikirləşdim. Mühazirəyə qulaq asdım, sonra bu
ağıldankəm qızla Paseo-de-Kastelyanada gəzdim, sabahsa Bilbaoya gedirəm».
- Yer Tanrıçasının güzgüsü, - qız gözlərini açmadan dilləndı. - Öz qüdrətimizi dərk
etməyi bizə öyrət. Elə et ki, kişilər bizi başa düşsün. Doğulan, işıq saçan, ölən və
göylərdə yenidən dirilən Sən, toxumdan meyvəyə qədər olan yolu bizə göstərirsən.
Qız əllərini göyə uzatdı və uzun müddət bu pozada dayandı. Yoldan keçənlər ona
baxırdılar, gülürdülər, ancaq o, onlara fikir vermirdi. Əvəzində mən onun yanında
olduğum üçün utandığımdan yerə girməyə hazır idim.
- Mən bunu etməli idim, - o, Aya bütün ehtiramını bildirdikdən sonra dilləndi:
- İndi İlahə bizi qoruyacaq.
- Bir əməlli başa sal görüm, nədən danışırsan?
74
- Sənin dostun nədən danışırdısa, ondan, ancaq həqiqi sözlərlə.
Və mən mühazirənin mənasını anlamağa çalışmadığım üçün peşman
oldum. İndi orada nədən söhbət getdiyini bilmirəm.
- Biz bilirik ki, Tanrı qadın simasındadır, - yolumuza davam edəndə qız dedı. - Biz
Böyük Ananı başa düşən və sevən qadınlarıq. Biliyimiz bizə baha başa gəlib - bizi təqib
ediblər, tonqalda yandırıblar - amma biz sağ qala bildik. Və indi onun sirlərinin mənası
bizə məlumdur.
Tonqallar.Cadugərlər.
Yol yoldaşımın üzünə baxdım: gözəldir, pərişan, kürən saçları kürəyinə tökülüb.
- Kişilər ova gedirdilər, biz mağaralarda Ananın bətnində qalırdıq və uşaqları
böyüdürdük, - o, davam etdi - Elə orada da Böyük Ana bizə öz elmini öyrətdi.
Kişi hərəkətdə olanda, biz Ananın bətnində idik. Ona görə də ailənin necə qol - budaq
atdığını başa düşdük və kişilərimizi xəbərdar etdik. Biz birinci çörəyi bişirdik və onları
doyuzdurduq. Biz gildən ilk piyaləni yapdıq və onlara su verdik. Biz yaradılışın necə
dövr etdiyini anladıq, çünki bizim cismimiz ay fazalarının ardıcıllığını təkrarlayaraq
yaşayır. Bax, odur! - qəflətən o, sözünü kəsdi.
Mən onun göstərdiyi tərəfə baxdım. Dörd yandan sonsuz maşın selinın araya aldığı
meydanın mərkəzində heykəllə bəzədilmış fəvvarə durmuşdu - şirlərin qoşulduğu cəng
arabasının üzərində qadın.
-Bu, Kibela meydanıdır, - Mən Madridi yaxşı tanımağımla lovğalandım. Bu heykəli
dəfələrlə poçt açıqcalarında görmüşdüm.
Ancaq qız məni eşitmirdi. O, artıq küçənin ortasında idi və maşınların arasından
sivişərək fəvvarəyə tərəf qaçırdı.
- Gedək! Gedək! – o, əlini yelləyərək qışqırdı.
Mən, heç olmasa, otelin adını soruşmaq üçün onun ardınca getmək qərarına gəldim.
Artıq bütün bu dəyişikliklərdən yorulmuşdum və doyunca yatmaq istəyirdim.
Fəvvarənin yanına ikimiz də, təxminən, eyni vaxtda çatdıq – mən - ürəyim ağzıma gələ -
gələ, o - dodaqlarında təbəssümlə.
- Su! - qız qışqırdı. – Su onun əlamətidir!
- Xahiş edirəm, mənə ucuz bir otel adı de.
O, hər iki əlini fəvvarənin altına tutdu.
- Sən də belə elə, - mənə dedi. – Toxun suya.
- Dünyasında olmaz. Amma sənə mane olmaq istəmirəm - gedim, gecələməyə yer
tapım.
- Bir dəqiqə də!
Bu sözlə, o, çantasından kiçik fleyta çıxartdı və dodaqlarına yaxınlaşdırdı. Mənə elə
gəldi ki, musiqi məni hipnoz elədi - maşınların səs - küyü uzaqlaşdı, ürəyim sakitləşdi.
Mən fəvvarənin kənarında oturub suyun şırıltısını və fleytanın nəğməsini dinləyə -
dinləyə gözümü başımızın üstündə üzən ayın haləsinə zilləmişdim. Nə isə mənə deyirdi
ki - hərçənd mən bunu tam dərk etmirdim - orada, göylərdə mənim qadın mahiyyətimin
hansısa bir hissəciyi var.
Bilmirəm, fleyta nə qədər oxudu. Qız melodiyanı yarımçıq kəsib, üzünü fəvvarəyə
çevirdi.
- Kibela, - o dedi. - Böyük Ananın daha bir əlamətidir. Kibela tarlada sünbülün
yetişməsini idarə edir, şəhərləri qoruyur, qadını din yoluna qaytarır.
- Kimsən sən? - mən soruşdum. - Məndən səninlə gəlməmi niyə istədin?
O çevrildi:
- Sən nə görürsənsə, mən, məhz, oyam. Mən Yer dininə etiqad edirəm.
75
- Mən sənin nəyinə lazımam? - yenə təkidlə soruşdum.
- Mən sənin gözlərini oxuyuram. Sənin ürəyin mənim üçün açıq kitabdır. Sən qızğın bir
ehtirasla sevəcəksən. Və əzab cəkəcəksən.
- Mən?
- Kim haqqında danışdığımı özün bilirsən. Mən onun sənə necə baxdığını gördüm. O
səni sevir.
Təbii ki, o dəlidir.
- Ona görə də səni özümlə çağırdım, - qız davam etdi. – O, vacib və qiymətlidir.
Danışdıqlarının mənasız, cəfəngiyyat olmasına baxmayaraq, hər halda Böyük Ana
kultunu qəbul edir. Onun məhvinə yol vermək olmaz. Ona kömək elə.
- Nə danışdığını özün də bilmirsən. Sən öz fantaziyalarında azmısan, - mən yenidən
maşınların arasından sivişə - sivişə dedim və özümə söz verdim ki, bir də heç vaxt bu
qadının dedikləri barədə fikirləşməyəcəm.
***
Biz qəhvə içmək üçün dayandıq.
- Həyat sənə çox şey öyrədib, - mən söhbət etməyə çalışaraq dedim.
- İlk öncə bizim dərk etməyə qadir və dəyişdirmək istedadına sahib olduğumuzu öyrətdi,
- o cavab verdi. - Hətta bu qeyri - mümkün görünsə belə.
Bununla da söhbətimiz bitdi. Bundan əvvəl, yol kənarındakı barın yanında dayanana
qədər keçən iki saatlıq yol boyu biz, demək olar ki, danışmamışdıq.
Əvvəlcə, mən birlikdə keçən uşaqlığımızı xatırlamağa cəhd etdim, ancaq bu onu
maraqlandırmadı və o, sadəcə nəzakət xatirinə danışırdı. O, hətta hərdən mənə qulaq da
asmırdı və mənim artıq danışdığım haqqında yenidən soruşurdu.
Başlanğıcdan düz getməyən nə isə vardı. Bəlkə də zaman və məsafə onu birdəfəlik
mənim dünyamdan uzaqlaşdırmışdı. «O, sehirli anlar haqqında danışır» - mən
fikirləşdim. «Bəs Karmenin, Müqəddəs Yakovun və ya Mariyanın getdiyi yollar bir-
birindən nə ilə fərqlənir?» Bəli, o, artıq başqa aləmdə yaşayır, Soriya xatirəyə çevrilib -
vaxtın yuduğu, keçmişdə ilişib qalmış xatirəyə. Onun uşaqlıq dostları elə uşaqlıqda da
qalıblar, qocalarsa - əgər hələ sağdırlarsa - iyirmi doqquz il əvvəl neynirdilərsə, indi də
onu edirlər.
Mən artıq onunla getməyə razılıq verdiyimçün peşman olmuşdum.Və həmin barda o,
yenə də söhbəti yarıda kəsəndə, daha danışmamağa qərar verdim. Bilbaoya qədər qalan
iki saatlıq yol mənim üçün əsl işgəncə idi. O, yola baxırdı, mən pəncərədən baxırdım və
heç birimiz pis əhval -ruhiyyəmizi gizlətməyə cəhd belə etmirdik. Kirayə götürülmüş
avtomobildə radio yox idi və üzücü sükutu heç nə poza bilmirdi.
-Gəl, avtobus stansiyasının yerini soruşaq - biz sürət magistralından çıxanda mən dedim.
- Burdan Saraqosa müntəzəm ekspresslər (sürət avtobusları) gedir.
Siesta vaxtı olduğundan küçədə adam az idi. Biz bir kişinin, gənc cütlüyün yanından
keçdik, ancaq o, maşını saxlamadı, soruşmadı.
-Bəyəm, sən onun yerini bilirsən? - mən dözmədim.
-Nəyin?
O, bayaqkı kimi məni dinləmir və eşitmirdi.
Və qəflətən, mən bu sükutun mənasını başa düşdüm. Axı o, dünyaya çıxmağa heç vaxt
cəsarət tapmamış qadınla nə barədə danışa bilər? Məchulluq və naməlumluqla
rastlaşanda qorxusundan əsən, yaxşı işi və uğurlu evliliyi dünyada hər şeydən üstün tutan
bir şəxslə yanaşı addımlamaqdan necə həzz almaq olar? Mənsə - kül başıma! - onunla
76
köhnə dostlar, üstünü toz basmış xatirələr, ucqar şəhərcik barəsində danışmağa
çalışırdım. Mən başqa nə barədə danışa bilərdim ki?
-Bax, elə burda sən məni düşürəcəksən, - biz mərkəzə çatanda dedim. Mən var
qüvvəmlə çalışırdım ki, səsim təbii çıxsın. Ancaq əslində özümü axmaq, infantil,
zəhlətökən kimi hiss edirdim.
O, maşını saxlamadı.
-Mənə avtobus stansiyasını tapıb, Saraqosa qayıtmaq lazımdır, - mən inad etdim.
-Mən heç vaxt burda olmamışam. Mən bilmirəm, otelim harda yerləşir. Bilmirəm,
mühazirə harada olacaq. Və avtobus stansiyasının harda
olduğunu da bilmirəm.
-Narahat olma, taparam.
O, sürəti azaltdı, ancaq dayanmadı.
-Mən istərdim ki....
O, iki dəfə başladı və heç cürə cümləsini bitirə bilmədi. Mən onun nə istədiyini ancaq
təssəvvürümə gətirə bilərdim. - ona yol yoldaşlığı etdiyim üçün təşəkkür etmək, ümumi
tanışlara salam göndərmək və beləcə xoşagəlməz hisslərdən qurtulmaq.
-Mən istərdim ki, sən bu axşam mənimlə mühazirəyə gedəsən, - nəhayət ki, o dilləndi.
Mən çaşdım. Bəlkə o, sadəcə yolboyu maşında hökm sürən məcburi səssizliyi pozmaq
üçün vaxt qazanmağa çalışır?
-Mən çox istərdim ki, sən mənimlə gedəsən, - o, təkrar etdi.
Bəli, əlbəttə, mən - əyalət qızıyam. Əlbəttə, mənim həyatımda danışılmağa layiq olacaq
maraqlı, həyəcanverici heç nə baş verməyib. Əlbəttə, mən paytaxt xanımlarına xas olan
parıltı və lətafətdən məhrumam. Ancaq əyalət həyatı qadına təcrübə və ya eleqantlıq
verməsə də, ona ürəyinin səsini dinləməyi - ona diqqətlə qulaq asmağı və boyun əyməyi
öyrədir.
Və heç gözləmədiyim halda ürəyimin səsi mənə pıçıldadı ki, yol yoldaşım səmimidir.
Mən dərindən nəfəs aldım. Təbii ki, heç bir mühazirəyə getməyəcəm, ancaq dostumun
sanki yanıma qayıtdığını, məni öz macərasına dəvət
etdiyini, öz qorxularını və qələbə fərəhini mənimlə bölüşdüyünü duymağın özü artıq çox
sevindirici haldır.
-Dəvət üçün çox sağ ol, - mən cavab verdim. - Ancaq mənim otel üçün pulum yoxdur,
həm də məşğələlərə çatmalıyam.
-Məndə pul var. Gecəni mənimlə qalarsan. İki çarpayılı otaq istəyərik.
Mən hiss etdim ki, havanın soyuq olmasına baxmayaraq, o, tər - su içindədir. Ürəyim
həyəcan siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanim xaricində idi. Bir neçə
dəqiqə əvvəl içimi doldurmuş sevinc tam çaşqınlıqla əvəz olundu.
Qəflətən o, maşını kəskin saxladı və düz mənim gözlərimin içinə baxdı.
Və əgər sənin gözlərinin içinə baxırlarsa, heç nəyi gizlədə, yalan danışa bilməzsən.
Və istənilən qadın - əgər hissləri tamamilə ölməyibsə - kişinin gözlərindən onun
ehtirasın əsarətində olduğunu başa düşəcək. Bu nə qədər ağlasığmaz görünsə də,
əlamətləri nə qədər yersiz və zamansız üzə çıxsa da, başa düşəcək. Elə o andaca
kürənsaçlı qızın dediyi sözlər yadıma düşdü.
Bu mümkün deyildi. Amma bu belə idi.
Heç vaxt, həyatım boyu heç vaxt ağlıma da gəlməzdi ki, o, - bu qədər ildən sonra – hələ
xatırlayır. Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl - ələ verib dünyanı kəşf edirdik.
Mən onu sevirdim - əlbəttə, əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə.
Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda,
77
hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş
vermişdi.
İndisə biz böyümüşük və öz əməllərimiz üçün cavab verməyi öyrənmişik. Uşaq vaxtı
olanlarsa elə orada da qalıb.
Yenidən onun gözlərinə baxdım. Mən inanmaq istəmirdim, ya da bacarmırdım.
-Mənim cəmi bir mühazirəm qalıb, sonra isə Bakirə Ananın şərəfinə bayramlar
başlayacaq. Mənə dağlara getmək lazımdır, - o, davam etdi. -Mən sənə bir şey
göstərməliyəm.
Sehirli anlar haqqında danışan bu mükəmməl insan mənim qarşımda dayanmışdı - və
hər şeyi tərsinə edirdi: həm yersizcəsinə inadkar idi, həm də yetərincə bədgüman, həm
hadisələri tələsdirirdi və eyni vaxtda da hansısa qarışıq təkliflər edirdi. Onu belə görmək
mənim üçün ağır idi.
Mən maşının qapısını açdım, düşdüm, kapota söykəndim. Xeyli vaxt, demək olar ki,
boş olan prospektə baxdım. Siqaret yandırdım, düşünməyə çalışdım. Mən özümü elə
apara bilərdim ki, guya heç nə başa düşmürəm - özümü inandırardım ki, söhbət ən
məsum şeylərdən gedir, guya, doğrudan da, uşaqlıq dostu, bu təklifi öz rəfiqəsinə edib.
Bəlkə o, həddindən artıq çox səyahət edib və reallığı başqa cür qavrayır.
Bəlkə mən hər şeyi şişirdirəm.
O, maşından sıçrayıb çıxdı, çömbəlib yanımda oturdu.
-Mən çox istərdim ki, sən axşam mənimlə mühazirəyə gedəsən, - təkrar etdi. - Mümkün
deyilsə, - eybi yox, incimərəm.
Vəssalam! Yer kürəsi 360 dərəcə fırlandı və başlanğıc nöqtəyə qayıtdı. Mən hər şeyi
səhv anlamışam - budur, o, artıq təkid eləmir, məni buraxmağa hazırdır. Ehtiras əsiri
kişilər özlərini belə aparmırlar.
Mən özümü çox axmaq hiss elədim və eyni zamanda yüngüllük duydum. Bəli, mən
qala bilərəm - heç olmasa, bir günlük. Biz birlikdə şam edərdik, ola bilsin, hətta, içki içib
bir azca keflənərdik - uşaq vaxtı belə şey olmayıb. Bir neçə dəqiqə əvvəl ağlıma gələn
bütün səfeh fikirləri unutmaq üçün gözəl fürsət yaranmışdı, Madriddən bu yana bizi
buxovlayan buz qabığını qırmaq imkanı düşmüşdü.
Bir gün heç nəyi dəyişmir. Uzağı, rəfiqələrimə danışmağa sözüm olacaq.
-İkiçarpayılı nömrə, - mən zarafatyana dedim. - Şam yeməyinin hesabı da sənlikdi,
çünki mən gənc olmasam da, kasıb tələbəyəm. Pulum yoxdur.
Biz çemodanları nömrəyə qoyduq, oteldən çıxdıq, mühazirənin olacağı yerə tərəf getdik.
Hələ vaxt vardı və biz kafeyə girdik.
-Mən sənə bir şey vermək istəyirəm, - o dedi və balaca qırmızı kisəciyi mənə uzatdı. Elə
həmin dəqiqə onu açdım. İçində köhnə, paslanmış medalyon vardı: bir üzündə müqəddəs
Məryəm ananın, o birisində -İsanın ürəyinin təsviri.
-Səninkidi, - o, mənim təəccübləndiyimi görüb dedi.
Və mənim ürəyim yenə də təlaşlandı.
-Bir dəfə - onda payız idi, hava da düz indiki kimi idi, biz yəqin ki, on yaşında - filan
olardıq - sahildə oturmuşduq - böyük palıd ağacı olan yerdə. Mən bu söhbətə hazırlaşa -
hazırlaşa bir neçə həftə özlüyümdə təkrarladığım sözləri demək istəyirdim. Ancaq təzəcə
başlamışdım ki, sən medalyonunu itirdiyini qışqırıb sözümü kəsdin və onu axtarmağı
xahiş etdin.
Yadıma düşdü. Aman Allahım, mənim yadıma düşdü.
-Mən onu tapdım. Ancaq sahilə qayıdanda o qədər uzun vaxt deməyə hazırlaşdığımı
dilimə gətirməyə cəsarətim çatmadı. Və mən and içdim ki, medalyonu sənə ancaq o gün
– təxminən, iyirmi il əvvəl başladığım cümləni axıra çatdıranda verəcəm. Uzun müddət
78
onu ağlımdan çıxartmağa çalışdım, amma heç nə alınmadı. Və artıq mənim onunla
yaşamağa gücüm yoxdur.
O, fincanı yerə qoydu, siqaret yandırdı və tərpənməz baxışlarını tavana zillədi. Sonra
mənə tərəf döndü və dedi:
-Cümlə çox sadədir.
Mən səni sevirəm. Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik.
Biz başa düşürük ki, bu günün sehirli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda
həyat bizdən öz magiyasını, öz hünərini gizlədir.
Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və
hələ də içində bir yerlərdə yaşayır. O, həmin sehirli anların dərkinə qadirdir. Bəli, biz
körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox.
Bu körpə mövcudluğunu davam etdirir: körpələr xoşbəxtdirlər, zira artıq rəhmət
qazanıblar.Və əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata nə vaxtsa
baxdığımız kimi – uşaq saflığı ilə və şövqlə baxa bilməsək, onda bizim
mövcudluğumuzun heç bir anlamı olmayacaq.
İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər,
Allaha qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də Onun qanununu pozur -
hərçənd adamlar onların bu cinayətini hesaba qatmırlar.
Sinəmizdə gəzdirdiyimiz körpənin bizə dediklərini eşidək. Utanmayaq ondan,
çəkinməyək. Onun qorxmasına yol verməyək - zira o təkdir və onun səsi, demək olar ki,
heç vaxt eşidilmir.
İzn verək - heç olmasa, azacıq - yaşamımızın ixtiyarını əlinə götürsün. O körpəyə
əyandır ki, bir gün o birindən fərqlənir.
Elə edək ki, o yenidən özünü sevimli hiss etsin. Onu sevindirək - hətta buna görə
vərdişlərimizin əksinə çıxmaq lazım gəlsə belə, hətta bu kənardan axmaqlıq təsiri
bağışlasa belə.
Yadımıza salaq ki, insanın müdrikliyi Tanrının gözündə dəlilikdir. Əgər biz ruhumuzda
yaşayan körpəyə qulaq assaq, gözlərimiz yenidən parıldayacaq. Əgər həmin körpəylə
əlaqəni itirməsək, həyatla da əlaqəmiz qırılmayacaq.
Ətrafımdakı rənglər parlaqlaşdı: səs güclənirdi və qədəhin stola dəyən dibi də bərk
cingildəyirdi.
Mühazirə sona çatan kimi bütün kampaniya - ona yaxın adam - şam eləməyə yollandı.
Hamı birdən danışırdı, mənsə gülümsəyirdim -gülümsəyirdim, çünki bu axşam tamamilə
fərqliydi. Uzun illər ərzində ilk dəfə hər şey öz - özünə baş verirdi - planlaşdırılmadan və
qayğısızcasına.
Nə böyük xoşbəxtlik! Mən Madridə getmək qərarını verəndə, bütün hərəkətlərim
kontrol altındaydı. İndi hər şey dəyişib. İndi - mən burdayam - Bilbaoda, heç vaxt
olmadığım yerdə, baxmayaraq ki, o, mənim doğma şəhərimdən üç saatlıq məsafədədir.
Mənimlə bir stol arxasında əyləşənlərdən ancaq birini tanıyıram. Lakin hamı sanki yüz
ilin tanışıyıqmış kimi müraciət edir. Özüm - özümə heyrətlənirəm - çünki danışmağı,
içməyi, əylənməyi onlardan heç də pis bacarmıram.
Mən ona görə burdayam ki, həyat qəflətən məni yaşama təhvil verib. Mən nə qorxu, nə
günah, nə utanc hiss edirəm. Onu görən kimi və onun səsini eşidən kimi haqlı olduğuna
inandım - elə anlar var ki, riskə getmək, çılğın əməllər etmək mütləq lazımdır.
«Mən nə qədər vaxtımı kitab - dəftərlə əlləşərək, fövqəlinsani səylər göstərərək boşa
sərf etmişəm - könüllü qul olmaq üçün, - mən fikirləşdim. - Mən bu işi əldə etmək üçün
niyə dəridən - qabıqdan çıxırdım ki? Bir insan, bir qadın kimi o mənə nə verə bilər?»
79
Heç nə. Yəni mən ancaq ona görə doğulmuşam ki, həyatımın qalanını dəftərxana stolu
arxasında, hakimlərə məhkəmə proseslərini aparmaqda yardımçı olmaqla keçirim?
Yəqin belə fikirlər çox içməkdən yaranır: «İşləməyən dişləməz» - axı, bunu
babalarımız hələ binayi - qədimdə deyiblər.
Bu yuxudur. Və o indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır? Və ilk dəfə
ağlıma gəldi ki, onunla dağlara getməyə dəyər. Onsuz da tətil başlayır - qarşıda bütöv bir
həftə var.
- Sən onun nəyisən? - bizim stolun arxasında oturmuş gözəl qadın məndən soruşdu.
- Uşaqlıq dostuyuq, - mən cavab verdim.
- O, uşaq vaxtı da bunu bacarırdı?
- «Bunu» - yəni nəyi?
Stol arxasındakı söhbət get-gedə sönükləşirdi.
- Özün bilirsən, - o dedi. -Möcüzə yaratmağı.
- O, elə o vaxtdan yaxşı danışmağı bacarırdı, - nə dediyimi düz-əməlli anlamadan cavab
verdim.
Stol arxasındakıların hamısı gülüşdü - o da hamı ilə birlikdə. Mənsə nəyin onları bu
qədər əyləndirdiyini yenə də başa düşmədim. Ancaq şərabın təsirilə özümü azad hiss
edirdim və baş verənləri idarə etməyə ehtiyac görmürdüm.
Mən ətrafa baxdım, nə barədəsə bir-iki replika atdım və bir dəqiqədən sonra onları
unutdum. Və yenidən tətil haqqında düşünməyə başladım.
Burda oturmaq mənimçün xoş idi, maraqlı idi. Mənim təzə tanışlarım ciddi problemlərin
müzakirələri arasında yaranan fasilələrdə zarafatlaşır, məzələnirdilər və mənə elə gəlirdi
ki, dünyada baş verən hər şeyin mənə birbaşa dəxli var. Hər halda həyat, heç olmasa, bir
gecəliyə qarşımda televiziya ekranından, qəzetdən dayanmamışdı.
Hə, Saraqosa qayıdanda danışmağa sözüm olacaq. Əgər onun dəvətini qəbul etsəm,
xatirə və təəssüratlar bütün bir il üçün bəs edəcək.
«O, mənim Soriya haqqında danışdıqlarımı dinləməməkdə tamamilə haqlıydı» - mən
düşündüm və özümün özümə yazığım gəldi: neçə illərdi ki, yaddaşımın rəfində eyni
əhvalatlar yatır?!
- Bir az da iç, - və ağbaş kişi stəkanımı doldurdu.
Mən də uşaqlarıma və nəvələrimə, əslində danışacaq çox az şeyim olduğunu fikirləşib
içdim.
- Mən sənə ümid edirəm - o, yalnız mənim eşidə biləcəyim səslə dedi:
- Gedək Fransaya.
Şərab mənim dilimi açmışdı.
- Əgər bir məsələyə aydınlıq gətirsək. Ancaq o halda.
- Hansı məsələyə?
- Mühazirədən əvvəl dediklərinə. Kafedə.
- Medalyon haqqında?
- Yox, - mən var-gücümlə ayıq görünməyə çalışaraq və düz onun gözlərinin içinə
baxaraq cavab verdim. - Sənin onda mənə dediklərin haqqında.
- Yaxşı, biz sonra bu haqda danışarıq, - o, mövzunu dəyişməyə cəhd edərək dedi.
Sevgi etirafı. Onda biz danışa bilmədik, amma indi mən onu bütün məsələnin, məhz,
bundan ibarət olduğuna inandıra bilərdim.
- Əgər səninlə getməyimi istəyirsənsə, mənə qulaq asmalısan.
- Daha burda yox ki. Burda biz əylənirik.
- Sən Soriyadan çox tez getdin, - mən təslim olmurdum.- Mən səni doğma yerlərə
bağlayan yeganə bağam. Məhz, o, sənə irəli getmək üçün güc verir.
80
«Vəssalam. Heç bir sevgidən söhbət belə ola bilməz».
O, mənə səssizcə, sözümü kəsmədən qulaq asırdı. Lakin qəfildən kimsə fikrini
öyrənmək üçün onu çağırdı və bizim söhbətimiz qırıldı.
Nə isə, heç olmasa, mən hər şeyi aydınlaşdırdım, - mən öz-özümə dedim. Belə sevgi
ancaq nağıllarda olur.
Ona görə ki, real həyatda biz baş tutmayan sevgini sevgi hesab etmirik. Sevgi, yalnız
sevdiyimiz şəxsi fəht eləməyə ümid - qoy, lap cüzi
olsun - qalanda əhəmiyyət kəsb edir.
Yerdə qalanlar - fantaziyadır. Və sanki mənim fikirlərimi oxuyurmuş kimi, o, stolun o
başından mənə tərəf bərkdən dedi:
- Məhəbbətin şərəfinə içək!
O da azacıq kefli idi. Mən bu imkandan istifadə etmək qərarına gəldim.
- Məhəbbətin bəzən uşaq ağılsızlığı olduğunu anlamağa qadir müdriklərin şərəfinə.
- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa - ona görə axmaqdır ki, elə bilir,
məhəbbəti dərk etməyə qadirdir, - o cavab verdi.
Stol arxasındakılar onu eşitdilər və bir dəqiqədən sonra sevgi qızğın mübahisənin
mövzusuna çevrildi. Hər kəsin öz nəzər nöqtəsi vardı, hər kəs dişi ilə, dırnağı ilə öz
həqiqətini müdafiə edirdi və ehtirasların yatışması üçün bir neçə şüşə şərab gərək oldu.
Elə bu vaxt kiminsə yadına düşdü ki, artıq gecdir və sahibi restoranı bağlamağa
hazırlaşır.
- Sərbəst beş gün! - stolun o biri başından kimsə qışqırdı. - Sahibi siz ciddi söhbətlər
etdiyiniz üçün restoranı bağlamaq istəyir.
Hamı güldü, hamı – ondan başqa.
- Bəs, səncə, ciddi şeylər barədə harda danışmaq lazımdır?
- Kilsədə! – birinci şəxs cavab verdi.
Bu dəfə bütün restoran gülüş səsindən guruldadı.
O qalxdı. Mən fikirləşdim ki, o, indicə dava salacaq - axı biz hamımız bir on il əvvələ,
gənclik dövrünə qayıtmışdıq. O dövrə ki, dava - öpüş, həyasız sığallar, qulaq batıran
musiqi və coşğun sürətlə birlikdə – gecə yığıncaqlarının vacib elementlərindən idi.
Ancaq yox – o, sadəcə mənim əlimdən tutdu və qapıya tərəf getdi.
- Biz getməliyik, – dedi. - Artıq gecdir.
Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər tapmaq və itirmək
qabiliyyətinə sahib olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir
və yol boyu zümzümə edir.
Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb,
sönükləşməyib, ancaq mən də tədricən tarazlığımı bərpa edirəm. Necə deyərlər, mən
situasiyaya nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm.
Və mənim üçün situasiyanı nəzarətdə saxlamaq çətin deyil, ona görə ki, artıq dəlicəsinə
sevmirəm. Kim ki, öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək.
«Mən qəlbimi sərbəst buraxmaq istərdim», - deyə düşünürəm. Əgər mən ürəyimi ona
verə bilsəydim - heç olmasa bir week-endlik – yanaqlarıma düşən yağış damcılarının dadı
indi fərqli olardı. Əgər sevmək asan olsaydı, o, məni qucaqlayardı və zümzümə etdiyi
melodiyanın taktında başqa əhvalat danışardı və o, bizim əhvalatımız olardı. Əgər orada
uzaqda, bayramların arxasında, Saraqosa qayıdan yol görünməsəydi, mən istərdim ki,
meyxoşluğum heç vaxt keçməsin, onu öpmək, oxşamaq, ancaq sevgililərə məxsus sözləri
pıçıldamaq və eşitmək üçün yetərincə azad olum.
Ancaq yox. Bacarmıram.
81
İstəmirəm. O isə təklifinə «hə» deyəcəyimi hələ bilmir. Bu risk mənim nəyimə gərəkdir,
axı? Çünki, bu anda keflilik məni nəşələndirmişdi, çünki mən bir - birinə eynilə bənzəyən
günlərdən yorulmuşdum.
Lakin bu yorğunluq keçəcək. Mən də o dəqiqə Saraqosa - özüm seçdiyim və öz xoşumla
yaşadığım şəhərə qayıtmaq istəyəcəyəm. Məni məşğələlər gözləyir, müsabiqə gözləyir.
Mən nə vaxtsa rastlaşmalı olduğum (bu isə o qədər də asan olmayacaq) - ərim gözləyir.
Məni sabit və sakit, uşaqlı, nəvəli, təminatlı, təqaüdlü, illik məzuniyyətli həyat gözləyir.
Ona hansı qorxuların əzab verdiyindən xəbərsizəm, əvəzində öz qorxularımı yaxşı
tanıyıram. Və onların sayı yetərincədir -yenilərini istəmirəm.
Mən kimisə onun qədər sevməyi bacarmazdım: heç vaxt bacarmazdım.
Mən onu çox yaxşı tanıyıram - axı, biz uzun müddət yanaşı yaşamışıq:
Onun bütün zəifliklərini, qorxularını tanıyıram. Mən başqaları kimi ona valeh olmağı
bacarmaram.
Və bir də mən bilirəm ki, məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə
biləcəyi dəlik qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki,
axının qarşısında dayanmağa heç kimin
gücü çatmayacaq.
Əgər divarlar yıxılsa, məhəbbət hər şeyi zəbt edəcək və hamının üzərində hakim olacaq:
nəyin mümkün, nəyin qeyri - mümkün olması
onun vecinə deyil. Onu maraqlandırmır - sevdiyimiz şəxsi yanımızda saxlamağa
gücümüz çatacaq, ya yox. Məhəbbət idarə olunmazdır.
Yox, mən divarda dəlik qoya bilmərəm - hətta çox kiçiyini belə.
- Bir dəqiqə!
O, ani olaraq susdu. Yaş körpüdən kiminsə tələsik addımları eşidildi.
- Gedək, - o, əlimdən yapışaraq dedi.
- Dayanın! Bircə dəqiqə! - Yolçu qışqırdı. - Mən sizinlə danışmalıyam!
Ancaq o, addımlarını yeyinlətdi.
- Bizi çağırmır, - o dedi. - Otelə gedək.
Bununla belə, məhz, bizə müraciət edirdilər - küçədə başqa heç kim yox idi.
Mənim ürəyim əsdi, bir anda ayıldım. Yadıma düşdü ki, Bilbao - basklar ölkəsinin
paytaxtıdır və burda tez-tez terror aktları baş verir. Addımlar
yaxınlaşırdı.
- Gedək! - o dedi və daha da sürətlə yeridi.
Lakin artıq gec idi. Aramızda sanki yerin altından çıxmış, başdan - ayağadək yaş kişi
fiquru peyda oldu.
- Dayanın! - həmin adam təkrar etdi. - Bir dəqiqəlik! Allah xatirinə!
Mən qorxudan qaçmaq istədim, hansı möcüzəyləsə yanımızda patrul maşının
əyləclərinin zingildəməsi üçün yalvardım. Qeyri - ixtiyari ondan bərk - bərk yapışdım,
ancaq o, əllərimi itələdi.
- Yalvarıram, - yad kişi dilləndi. - Mən sizin burda olduğunuzu eşitdim. Tanrı eşqinə,
kömək edin! Mənim oğlumu xilas edin!
O ağladı və təkrar – təkrar:
- Sizə yalvarıram! Yalvarıram! - deyərək diz çökdü.
Mənim dostum dərindən nəfəs aldı, başını aşağı saldı, gözlərini yumdu. Yaranmış
səssizlikdə yağış damlalarının tappıltısı və körpünün ortasında diz çökmüş adamın necə
ağlaması eşidilirdi.
82
- Otelə get, Pilar, - nəhayət, dostum dilləndi - Uzan, yat. Mən ancaq səhərə yaxın
qayıdacam.
***
Məhəbbət - başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək
istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə - gizlədir.
- Bir ətrafa bax, - o dedi. - Gəl diz çökək, yerin ürəyinin necə döyündüyünə qulaq asaq.
- İndi yox, - mən cavab verdim. - Mən jaketimi çirkləndirə bilmərəm. Ondan bir dənədir.
Biz zeytun ağacları ilə örtülü təpələrlə gedirik. Bilbaodakı dünənki yağışdan sonra
günəşli səhər yuxuya bənzəyirdi. Mənim qara eynəyim yox idi - ümumiyyətlə, özümlə
heç nə götürməmişdim, çünki elə həmin gün Saraqosa qayıtmağa hazırlaşırdım. Gecə
ondan götürdüyüm köynəkdə yatmalı oldum, otelimizin yanındakı kiçik dükandan özümə
mayka aldım, yuduğum - bir gün əvvəl geyindiyim quruyana qədər dəyişək kimi nə isə
olsun deyə.
- Məni hər gün eyni paltarda görmək, yəqin səni bezdirib, - bu adi söhbətin məni
gerçəkliyə qaytarmasını istədiyim üçün zarafatyana dedim.
- Mən xoşbəxtəm, çünki sən – burdasan.
Medalyonu mənə qaytardığı andan etibarən o, mənə daha sevgisi haqqında danışmır.
Lakin şəndir və özünü 18 yaşlı gənc kimi aparır.Və indi mülayim səhərin şəfəqlərinə
bürünmüş halda yanımda addımlayır.
- Sənin orada nə işin var? – mən üfüqü gizlədən Pireneyin qollarını göstərib soruşdum.
- Dağların o biri üzü –Fransadır, – o, təbəssümlə cavab verdi.
- Mən məktəbdə coğrafiyanı oxumuşam. Bilmək istəyirəm, niyə ora gedirik və orda nə
edəcəyik?
- Niyə? Ona görə ki, mən sənə bir ev göstərmək istəyirəm. Ola bilsin, o səni
maraqlandırdı.
- Əgər sən əmlak satan agent olmaq qərarına gəlmisənsə, məni yadından çıxart. Mənim
pulum yoxdu.
Mənimçün fərqi yox idi – Navarraya gedirik, ya Fransaya. Təki bayramda Saraqosa
geri dönməyim.
«Hə, necədir? – ağlım ürəyimdən soruşdu. – Onun təklifini qəbul etdiyin üçün
məmnunsan. Sən dəyişmisən və özün bunu hiss edirsən».
Yox, bir qram da dəyişməmişəm. Sadəcə bir az dincəlmişəm.
- Bir daşlara bax.
Doğrudan da, çaydaşı kimi sığallı, hamardırlar, amma burda, Navarranın
düzənliklərində heç vaxt dəniz olmayıb.
-Onları kəndlilərin, ziyarətçilərin, macəra axtaranların dabanları cilalayıb, - o dedi. –
Daşlar dəyişib, lakin yolçular da həminki deyil.
- Bildiklərinin hamısını sənə səyahətlər öyrədib?
- Yox.Vəhyin möcüzələri.
Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və dərinə getməməyə üstünlük
verdim. Mən günəşə, düzlərə, üfüqdəki sıra dağlara necə qarışdığımı hiss edirdim.
- Biz hara gedirik? – mən soruşdum.
- Hələ ki, heç hara. Biz sadəcə səhərdən, günəşdən, gözəl mənzərədən, həzz alırıq. Hələ
qarşıda bizi maşınla uzun yol gözləyir, – o deyir və ani tərəddüddən sonra əlavə edir. –
Sən medalyonu gizlətdin?
83
- Gizlətdim, – mən cavab verirəm və addımlarımı yeyinlədirəm. Bu səhərin sərbəstliyini
və sevincini korlamamaq üçün bu haqda danışmaq istəmirəm.
Qabaqda şəhərcik peyda olur. Orta əsrlər üçün xarakterik olaraq o, təpənin
zirvəsindədir və mən aralıda onun kilsə zəngini və qəsrin xarabalığını görürəm.
- Gəl, ora gedək, – mən xahiş edirəm.
O, tərəddüd edir, ancaq sonra razılaşır. Yolda sovməə ilə (kişik kilsə) rastlaşırıq və mən
ora girmək istəyirəm. Mən dua edə bilmirəm, ancaq kilsənin sükutu məni həmişə
sakitləşdirir.
«Özünü günahlandırma, sənin heç bir günahın yoxdur, - mən özümə deyirəm. – Əgər o
sevirsə, bu onun öz işidir».
O, medalyonu soruşdu. Mən bilirəm – o gözləyirdi ki, biz yenidən kafedəki köhnə
söhbətə qayıdacağıq. Gözləyirdi – həm də istədiyini eşitməyəcəyindən qorxurdu. Bax, elə
buna görə hadisələri tələsdirmir, o mövzuya toxunmur.
Ola bilsin ki, o, məni doğrudan da sevir. Ancaq biz bu sevgini nə isə fərqli, daha dərin
bir şeyə çevirməliyik.
«Nə çərənləyirəm, – özümə deyirəm. – Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq
nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir.
Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir».
Yarım saatdan sonra sovməəyə çatırıq. Pillələrdə qoca kişi oturub.
Yola çıxdığımız andan o, rastlaşdığımız ilk insandır. – zira indi payızdır, Tanrının
onlara yenidən bərəkət əta edər.
...Tanrının onlara yenidən bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini
qazanmasına imkan verəcəyi ümidilə çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar.
- Salam, – o, qocaya deyir.
- Salam.
- Bu şəhərciyin adı nədir?
- San-Martin de Unks.
- Unks? – mən təkrar soruşuram. – Cırtdan adına oxşayır.
Qoca zarafatı başa düşmür və mən bir qədər pərt halda, sovməənin qapısına doğru
yönəlirəm.
- Olmaz, - qoca məni dayandırır. – Günorta bağlıdır. İstəyirsinizsə - dörd üçün gəlin.
Lakin sovməənin qapısı aralıdır. Və mən, - qarışıq da olsa, -çünki günəşin parlaq şüaları
gözqamaşdırır – içərini görürəm.
- Cəmi bir dəqiqəlik... Mən dua eləmək istəyirəm.
- Təəssüf, ancaq icazə verə bilmərəm. Bağlıdır.
O, mənim qoca ilə söhbətimi dinləyir və qarışmır.
- Yaxşı, gedək burdan, - mən deyirəm. - Mübahisə etməyək.
O, əvvəlki kimi boş, soyuq nəzərlərlə mənə baxır.
- Bəyəm, sən, sovməəni görmək istəmirsən? - deyə soruşur.
Mən bilirəm, mənim özümü belə aparmağım onun xoşuna gəlmir. O, məni - zəif,
qorxaq, öz istədiyini əldə etməyi bacarmayan biri hesab edir. Şahzadə qız öpüşsüz -
filansız qurbağaya çevrildi.
- Dünən olanları yadına sal, - mən deyirəm. - Barda sən mübahisənin davam etməsini
istəmirdin və onu yarımçıq qoydun. Amma mən indi həmin şeyi təkrarlayanda, sən məni
mühakimə edirsən.
Qoca laqeydcəsinə bizə qulaq asır. Yəqin, çox məmnundur - onun gözləri önündə heç
olmasa nə isə baş verir, zira, burda, bu balaca şəhərdə bütün səhərlər, bütün gündüzlər,
bütün gecələr bir-birindən fərqlənmir.
84
- Qapı bağlı deyil, - o, qocaya müraciət edir. - Əgər sənə pul lazımdırsa, biz verə bilərik,
az da olsa. Ancaq bu xanım kilsəyə baxmaq istəyir.
- İndi - olmaz.
- Yaxşı görək! Biz onsuz da girəcəyik!
Və mənim əlimdən yapışaraq içəri daxil olur.
Ürəyim az qalır yerindən çıxsın - Qoca qəzəblənə, polis çağıra, səyahətimizi korlaya
bilər.
- Niyə belə elədin?
- Çünki sən sovməənin içini görmək istəyirdin.
Ancaq məndə alınmır: gözlərim baxmır - bu deyişmə və mənim qadağaya münasibətim
belə gözəl bir səhərin bütün cazibəsini məhv elədi.
Mən diqqətlə bayırda baş verənlərə qulaq kəsilirəm, qocanın necə polis çağırdığını
təsəvvürümə gətirirəm. Kafirlər. Soyğunçular. Onlar qanunu pozurlar, qadağaları
tapdalayırlar. Axı, qoca onlara dedi - bağlıdır, ziyarət saatı qurtarıb! O xəstə və
taqətsizdir, onun bizi saxlamağa gücü çatmazdı, biz yaşlıya hörmət etməmişik və bu
polisin gözündə bizim günahımızı ağırlaşdıracaq.
Mən içəridə gözlərin alışması üçün nə qədər vaxt gərəkdirsə, düz o qədər qalıram. Lakin
ürəyim elə bərk döyünür ki, onun ürəyimin tappıltısını eşidəcəyindən qorxuram.
- Biz gedə bilərik, - mən «Atamız» duasını oxumaq üçün lazım olan vaxtı ötürərək
deyirəm.
- Pilar, qorxma. Sənə bu qocanın çaldığına oynamaq lazım gəlməyəcək.
Mən qarovulçu ilə konfliktin dostumla mübahisəyə səbəb olmasını istəmirəm.
Sakitliyimi qorumalıyam.
- Nədən danışdığını başa düşmürəm, - mən cavab verirəm.
- Elə adamlar var ki, daima kiminləsə - ətrafdakılarla, özləriylə, həyatla döyüşürlər. Və
tədricən onların başlarında müəyyən bir teatral oyun yaranmağa başlayır, onun
librettosunu isə öz uğursuzluqlarının və məyusluqlarının diqtəsiylə yazırlar.
- Mən bu cür çoxlarını tanıyıram.
- Bədbəxtlik ondadır ki, onlar bu pyesi təkbaşına oynaya bilməzlər, - o davam edir. - Və
onda onlar başqa aktyorların köməyindən istifadə edirlər.
İndi, təxminən, buna bənzər bir şey baş verdi. Qoca kimdənsə nəyə görəsə acıq çıxmaq,
hirsini kiminsə üstünə tökmək istəyirdi və bizi seçdi. Əgər biz ona qulaq assaydıq,
qadağasına boyun əysəydik, onda bu an məğlubiyyətin acısını çəkərdik, peşman olardıq.
Biz onun uğursuzluqlarının və miskin həyatının bir hissəsinə çevrilərdik.
Lakin onun düşmənçiliyi çox açıq idi, ona görə də ondan qorunmaq bizim üçün çətinlik
törətmədi. Bundan da pisi, adamların həyatın ədalətsizliyindən şikayətlənərək,
başqalarından məsləhət, yardım, himayə gözləyərək, özlərini qurban kimi aparmağa
başlayaraq bizi də «səhnəyə» çağırmasıdır.
O, mənim gözlərimə baxdı.
- Ehtiyatlı ol, - o dedi. – Belə oyuna qoşulsan - mütləq məğlub olacaqsan.
O haqlıdır. Amma yenə də mən rahat deyildim: ürəyimdə xoşagəlməz hiss qalmışdı.
- Mən dua elədim. İstədiyim hər şeyi elədim. Biz çölə çıxa bilərik.
Və biz bayıra çıxırıq. Kilsədəki yarıqaranlıq və günəşin gözqamaşdıran işığı arasındakı
kontrast elə güclüdür ki, mən bir neçə dəqiqə heç nə görmürəm. Görmə qabiliyyətim
bərpa olanda qocanın orada olmadığını sezirəm.
- Gedək, nahar edək, - o deyir və şəhərciyə tərəf yönəlir.
85
Nahar zamanı mən iki stəkan şərabın axırına çıxdım. Hələ ömrüm boyu bu qədər çox
içməmişdim. Mən əyyaşa çevrilirəm.
«Ağ eləmə».
O, ofisiantla danışır. Ətrafda hələ Qədim Romaya aid tikililərinin xarabalıqlarının
qaldığını öyrənir. Mən söhbətə qoşulmağa cəhd edirəm, ancaq pis əhval - ruhiyyədə
olduğumu gizlədə bilmirəm.
Şahzadə qurbağaya çevrildi. Nə olsun ki? Əgər mənə heç nə gərək deyilsə - nə kişi, nə
məhəbbət - bunun nə əhəmiyyəti var?
«Mən, axı, əvvəldən bilirdim, - mən düşünürəm. - Bilirdim ki, o mənim dünyamın
tarazlığını pozacaq. Ağlım mənə xəbərdarlıq etdi - ancaq ürəyim onun məsləhətini
eşitmək istəmədi».
Mənə çatan o cüzi nəsnənin əldə olunması çox baha başa gəldi. Mən arzuladığım bir
çox şeydən imtina etməli, qarşıma sərilən bir çox yollardan üz çevirməli oldum.
Mən arzularımın çoxunu ən böyük arzuma – ruhumun sakitliyinə qurban verdim. Və
indi onu itirmək istəmirəm.
- Səni nə isə narahat edir, - o, qarsonla söhbətini kəsib soruşur.
- Hə, düz tapmısan. Məncə, o qoca polisə xəbər verdi. Məncə belə balaca şəhərdə bizi
tapmaq o qədər də çətin olmayacaq. Və məncə, sənin tərsliyinə salıb, məhz, burda nahar
etmək istəmənin ucbatından biz tətilimizin üstündən xətt çəkə bilərik.
O, içində mineral su olan stəkanı əlində fırladır. O, yəqin bilir ki, mən yalan danışıram
və iş heç də qocada deyil. İş ondadır ki, mən xəcalətdən ölürəm. Niyə biz yaşamımızın
başına belə iş açırıq? Niyə gözdə çöpü görürük, amma dağlara, çöllərə, zeytun meşələrinə
fikir vermirik?
- Qulaq as, - o deyir. - İnan ki, boş yerə narahat olursan: qoca çoxdan evindədir və bu
hadisəni də artıq unudub.
«Axmaq, mən buna görə narahat deyiləm» - mən fikirləşirəm.
- Ürəyinin səsinə qulaq as, - o davam edir.
- Mən elə belə də eləyirəm, - mən deyirəm. – qulaq asıram. Və burdan getmək istəyirəm.
İçimdə nə isə xoşagəlməz hiss var.
- Bu günlük daha içmə. Şərab sənə kömək eləmir.
Bu ana qədər mən özümü birtəhər saxlamışdım. İndi mənə çatır - ən yaxşısı, içimdə
yığılıb qalan hər şeyi deməkdir.
- Sən əminsən ki, hər şeyi bilirsən. Sən sehrli anlar haqqında, böyük adamın qəlbində
saxlanmış körpə haqqında danışırsan. Və mən başa düşmürəm ki, sənin burda, mənim
yanımda nə işin var?!
- Mən sənə valeh oluram, - o gülür. - Sənə və sənin necə öz ürəyinə qarşı mübarizə
aparmana.
- Necə, necə? - mən bir də soruşuram.
- Heç nə, mən elə-belə… - o cavab verir.
Ancaq mən onun nə demək istədiyini artıq başa düşmüşəm.
- Özünü aldatma. Əgər istəyirsənsə, biz bunu aydınlaşdıra bilərik. Sən mənim hisslərim
barədə yanılırsan.
O, stəkanı oynatmağı dayandırıb, düz mənim gözlərimin içinə baxır:
- Yanılmıram. Mən bilirəm - sən məni sevmirsən.
Mən əməlli - başlı çaşıram.
- Lakin mən sənin məhəbbətin uğrunda mübarizə aparacam, - o davam edir. - Dünyada
elə şeylər var ki, onların uğrunda sonuna qədər mübarizə eləməyə dəyər.
Mən ona nə cavab verəcəyimi bilmirəm.
86
- Məsələn, sənin uğrunda, - o sözünü bitirir.
Mən baxışlarımı yayındırıram və özümü elə göstərirəm ki, guya, restoranın interyerinə
baxıram. Mən özümü qurbağa kimi hiss edirdim və birdən yenə şahzadəyə çevrildim.
«Mən onun sözlərinə inanmaq istəyirəm, - mən gözlərimi üzərində balıqçı qayıqları
təsviri olunmuş rəsmə zilləyərək fikirləşirəm. – Bu heç nəyi dəyişməyəcək, amma hər
halda mən özümü bu qədər zəif, lazımsız hiss etməyəcəyəm».
- Sənə belə hücum etdiyimçün bağışla, - mən deyirəm.
O gülümsəyir və ofisiantı çağırıb hesabı ödəyir.
Geri qayıdanda mənim çaşqınlığım keçməmişdi. Günahkar kim idi? Günəş? - Ancaq indi
payızdır və günəş nəinki yandırmır, heç isitmir də. Qoca?–Ancaq qoca artıq xeyli vaxt idi
ki, mənim həyatımdan getmişdi.
Hər şey günahkar ola bilərdi - yeni olan hər şey. Təzə ayaqqabı ayağı sürtür. Yaşam da
belədir - o, bizi qəfildən yaxalayır və qeyri - müəyyənliyə sürükləyir. Hətta biz bunu
istəməsək də, hətta bu bizə lazım olmasa da.
Mən ətrafı seyr edərək fikrimi dağıtmağa çalışıram, amma daha zeytun sahələrini,
təpənin zirvəsindəki şəhərciyi, qocanın kandarında oturduğu sovməəni görə bilmirəm.
Bütün bunlar mənə yaddır, heç nə tanış deyil.
Mən dünənki ziyafəti və onun elə hey zümzümə etdiyi nəğməni xatırlayıram:
Bu gecə Buenos - Ayresdə nə isə var,
Nə isə, heç bilmirəm…
Onda bəs mən nəyi bilirəm?
Qalxdım və geyindim, evdən çıxdım, Arenales küçəsinə getdim…
Əgər biz Bilbaodayıqsa, Bueons - Ayresin bura nə dəxli var? Və «Arenales» - hansı
küçədir? O, bununla nə demək istəyirdi?
- Dünən sənin dayanmadan oxuduğun hansı mahnı idi? - mən soruşuram.
- «Dəlinin balladası», - o cavab verir. - İndi niyə soruşursan?
- Heç, elə-belə, - mən cavab verirəm.
Ancaq mənki bunun elə - belə olmadığını bilirəm. Mən bilirəm, o - tələ idi, ona görə
oxuyurdu. O, hansısa tanış, mənim min dəfə eşitdiyim bir şeyi mızıldana bilərdi, lakin o,
mənim heç vaxt eşitmədiyim mahnını seçdi.
Bəli, bu tələdir. Nə vaxtsa, radioda və ya diskdə mən bu nəğməni eşidən kimi o və
Bilbao yadıma düşəcək, ömrümün payızının bahara çevrildiyi günlər yadıma düşəcək.
Mən ruh yüksəkliyini, macəra ruhunu və allah bilir, hardan peyda olmuş körpəni
xatırlayacam.
O, hər şeyi nəzərə alıb. O ağıllı və təcrübəlidir, o həyatı tanıyır və ürəyi istəyən qadını
fəth etməyi bacarır.
«Mən dəli oluram», - öz - özümə deyirəm. İki gün dalbadal içdiyim üçün əyyaşa
çevriləcəyimdən qorxuram. Elə bilirəm ki, onun bütün hiylə və fəndlərdən xəbəri var.
Əminəm ki, onun qayğısı məni tora salır və idarə edir.
Restoranda o necə dedi? «Mən sənin öz ürəyinə qarşı necə mübarizə aparmağına valeh
oluram».
O yanılır - Mən ürəyimlə artıq çoxdan və böyük uğurla döyüşürəm. Mən əlçatmazı
sevməyəcəyəm.
Mən öz imkanlarımın sərhəddini bilirəm, necə ki, əzab çəkmək bacarığımın sonsuz
olmadığını bilirəm.
- Mənə nə isə de, - geri, maşının yanına qayıdarkən mən xahiş edirəm.
87
- Nə deyim?
- Nə isə. Danış mənimlə.
Və o, Müqəddəs Məryəmin Fatimədə möcüzəli zühurundan danışmağa başlayır.
Bilmirəm, o, bunu indi niyə xatırladı, ancaq üç çobanın necə onunla söhbət etməsi
haqqındakı əhvalat fikrimi dağıdır.
Və tezliklə ürəyim sakitləşir. Yəni mən son həddimi bilmirəm? Yəni mən özümü idarə
edə bilməyəcəyəm?!
Biz getdiyimiz yerə gecə çatdıq. Mən kiçik meydançanı, otra əsrlərdən qalma tikililərə
və su quyusuna zəif sarı işıq salan fənəri qatı duman pərdəsindən güclə seçirdim.
- Duman! - o, ucadan sevinclə dedi.
Mən təəccüblə ona baxdım.
- Biz Sent-Savendəyik, - o davam etdi.
Şəhərciyin adı mənə heç nə demirdi. Ancaq artıq Fransada olduğumuzu anladım və mən
də sevindim.
- Sən məni niyə, məhz, bura gətirmisən? - mən soruşdum.
- Sənə ev satmaq istəyirəm, - o gülə-gülə cavab verdi. - Bir də ki, mən söz vermişdim ki,
Müqəddəs Məryəmqüsursuz hamiləliyi gününə qədər qayıdacağam.
-Bura?
-Məhz, bura yox. Bura yaxına bir yerə.
O əyləci basdı. Biz maşından düşərək əl - ələ verib qatı dumanın içinə irəlilədik.
-Bu yer mənim həyatıma gözlənilmədən daxil olub, - o dilləndi.
«Necə ki, sən - mənim», - mən düşündüm.
-Bir dəfə, məhz, burda mən başa düşdüm ki, yolumu azmışam. Yox, belə yox. Daha
doğrusu, mən yenidən öz yolumu tapdığımı başa büşdüm.
-Sən tapmaca danışırsan, - mən dedim.
-Sənə nə qədər ehtiyacım olduğunu, məhz, burda anladım.
Mən, yenə - özüm də niyəsini bilmədən - ətrafa baxdım.
-Bunun sənin yoluna nə dəxli var?
-Biz kirayə mənzil tapmalıyıq, çünki bu şəhərdəki hər iki mehmanxana yalnız yayda
işləyir. Sonra yaxşı bir restoranda şam edərik - polisdən qorxmadan rahatca oturarıq və
tələsik maşına qaçmaq da lazım gəlməyəcək. Şərab dilimizin bağını sökəndə isə doyunca
söhbət edərik.
Hər ikimiz güldük. Mən yüngülləşdim. Yolboyu ağlıma gələn cəfəngiyyatların
siyahısını tutmağa başladım. İspaniyanı Fransadan ayıran sıra dağlar keçəndə isə ruhumu
qorxudan və gərginliklən təmizləməsi üçün Allaha dua etdim.
Mən artıq səfeh qız rolunu oynamaqdan, özümü mümkünsüz məhəbbətdən qorxan
rəfiqələrim kimi - hərçənd heç biri bunun nə olduğunu dəqiq bilmir - aparmaqdan
yorulmuşam. Əgər zamanında dayanmasaydım, onunla yanaşı keçirdiyim bu sayılı
günlərin mənə verə biləcəyi bütün yaxşılıqları itirərdim.
«Ehtiyatlı ol, - mən fikirləşdim. – Əgər bənddə çat əmələ gəlsə, dünyada heç bir qüvvə
onu bərpa edə bilməyəcək».
- Müqəddəs Məryəm, bizi qoru: indi və axirətdə, - o dedi.
Mən susdum.
- Niyə «Amin» demədin?
Çünki artıq bunu vacib və gərəkli hesab etmirəm. Vaxt vardı ki, din mənim həyatımın
bir hissəsi idi. Vardı, amma daha keçdi.
O geri döndü və biz maşına yönəldik.
88
- Ancaq mən hələ də dua edirəm, - mən davam etdim. - Biz Pireneyləri keçəndə mən
dua elədim. Amma bu mexaniki baş verdi, heç bilmirəm, öz duama inanıram, ya yox.
- Niyə?
- Ona görə ki, əzab çəkirdim və Allah məni eşitmirdi. Ona görə ki - və bu tez-tez olurdu
- mən bütün qəlbimlə sevməyə çalışırdım, ancaq mənim sevgim əzilirdi, ona xəyanət
edilirdi. Əgər Allah məhəbbətin özüdürsə, o, mənim hisslərimə daha ehtiyatlı yanaşa
bilərdi.
- Hə, Allah məhəbbətin özüdür. Ancaq bu məsələlərdən Müqəddəs Ananın başı daha
yaxşı çıxır.
Mən qəhqəhə ilə güldüm, ancaq nəzərlərimi ona çevirəndə zarafat etmək fikrində
olmadığını, tam ciddi danışdığını gördüm:
Müqəddəs Anaya «qeydsiz - şərtsiz sevməyin» sirri əyandır. O, sevərək və əzab çəkərək
bizi cəhənnəm əzabından xilas edir. İsa da bizi ilkin günahdan beləcə xilas etmişdi.
- İsa-Allahın oğludur. Müqəddəs Anasa–sadəcə qismətinə Onu öz bətnində gəzdirmək
xoşbəxtliyi nəsib olmuş adi qadındır, - mən yersiz gülüşümü ciddi tonla ört-basdır etməyə
çalışaraq cavab verdim. Mən istəyirdim ki, o bilsin - mən onun etiqadına hörmət edirəm.
Lakin etiqad və sevgi heç vaxt mübahisə etmir, belə sevimli şəhərcikdə isə – xüsusilə.
O, maşının qapısını açaraq oturcaqdan bizim rükzaqları götürdü. Mən əlimi
özümünkünə uzadanda, o, təbəssümlə əlimi itələdi:
- İcazə ver, mən aparım.
«Mənimlə çoxdan belə nəzakətlə rəftar etməmişdilər» deyə fikirləşdim.
Biz rastımıza çıxan ilk qapını döyürük, ancaq qadın səsi deyir ki, burda kirayəyə otaq
vermirlər. İkinci qapının arxasından cınqır belə çıxmır. Üçüncü evdə qoca bizi
gülərüzlə qarşılayır, lakin məlum olur ki, çarpayı ikinəfərlikdir. Mən imtina edirəm.
- Bəlkə biz irəli, bundan böyük şəhərə gedək?- çıxanda mən soruşdum.
- İndicə otaq tapacağıq, - o cavab verdi. – Sən Özgə haqqındakı pritçanı eşitmisən? Bu -
yüz il qabaq yazılmış bir əhvalaın fraqmentidir, müəllifi…
- Kimin yazdığı vacib deyil, danış, - Sent-Savendəki yeganə meydanda onunla yanaşı
addımlaya - addımlaya xahiş edirəm.
- Bir nəfər, cürbəcür yollarla həyata uyğunlaşmağa çalışan, ancaq bütün əziyyətləri boşa
çıxan köhnə dostu ilə rastlaşır. «Ona bir az pul vermək lazımdır» deyə o fikirləşir. Amma
belə alınır ki, elə həmin axşam dostunun varlandığını və bütün borclarını qaytardığını
eşidir.
Onlar sevimli barlarına gedirlər və dostu hamının əvəzinə hesabı ödəyir. Ondan uğurunun
səbəbini soruşanda isə o, cavab verir ki, lap yaxın vaxtlaradək Özgə kimi yaşayırmış.
- «Özgə» kimdir?- ondan soruşurlar.
- Özgə - o kəsdir ki, mənə həmişə onun kimi olmağı öyrədiblər, amma mən o deyiləm.
Özgə əmindir ki, insan bütün yaşamı boyu, qocalanda acından ölməmək üçün necə pul
toplamaq barədə fikirləşməyə məcburdur. Və bu barədə o qədər çox fikirləşir, o qədər
nəhəng planlar qurur ki, yaşadığından ömrünün sonuna sayılı günlər qalanda xəbər tutur.
O əl - ayağa düşür, lakin artıq gecdir.
- Bəs onda sən özün kimsən?
- Mən - ürəyinin səsini dinləyən hər hansı birimiz kimiyəm. Adi insanam - həyatın
misteriyasına məftun olan insan, möcüzəyə açıq olan insan, gördüyü hər işdən sevinən və
ilham alan insan. Bədbəxtlik ondadır ki, daima məyusluq qorxusunun təsiri altında əzilən
Özgə məni istədiyim kimi hərəkət etməyə qoymurdu.
- Lakin əzab deyilən bir şey də var, - bardakı digər müştərilər ona etiraz edirlər.
89
- Məğlubiyyət də var. Və dünyada heç kim ondan sığortalanmayıb, dahası - heç kim
ondan canını qurtarmayacaq. Odur ki, ən yaxşısı öz arzularının reallaşması uğrunda
vuruşmaq və bu müharibədə bir neçə döyüşü uduzmaqdır, nəinki nəyin uğrunda
vuruşduğunu heç vaxt bilmədən darmadağın edilmək.
- Vəssalam?- qulaq asanlar soruşurlar.
- Vəssalam. Bu həqiqət mənə əyan olanda, qərara gəldim ki, hər zaman olmaq istədiyim
kimi olum. Özgə orda, mənim evimdə qaldı, o mənə baxırdı, amma mən onu bir daha
özümə yaxın buraxmadım, baxmayaraq ki, o məni qorxutmağa, gələcəyim haqqında
fikirləşməmək, qara gün üçün tədarük görməməklə böyük risk etdiyimi beynimə
yeritməyə çalışırdı.
Və Özgəni həyatımdan qovduğum həmin andan etibarən, İlahi enerji öz möcüzələrini
göstərməyə başladı.
«O, bu əhvalatı uydurdu. Bu uydurmadır, hərçənd ola bilsin ki, ağıllı dır», - gecələmək
üçün yer axtardığımız müddət ərzində mən fikirləşdim. Lakin bütün Sent - Savendə cəmi
– cümlətanı 30 ev güclə olardı, odur ki, tezliklə o, mənim haqlı olduğumu qəbul etməli
oldu və qabağa - bundan daha böyük bir şəhərə getmək fikri ilə razılaşdı.
O, nə qədər böyük ruh yüksəkliyi hiss edir - etsin, Özgəni özündən nə qədər çoxdan və
uzağa qovur - qovsun, Sent - Savenin camaatının ağlına belə gəlmirdi ki, bu şəhərdə
gecələmək onun arzusudur və heç bir vəchlə bizə yardım etmək istəmirdilər. Bir də mənə
elə gəlirdi ki, o, həmin əhvalatı danışanda mən özümü görürdüm - öz qorxularımı,
qətiyyətsizliyimi, möcüzə vəd edən hər şeydən qaçmaq arzumu, onlara görməmək - çünki
sabah hər şey bitə bilər və biz əzab çəkməli olarıq - istəyimi tanıyırdım.
Allahlar aşıq - aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək
istəyirik, ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan - sevgili, ev, iş,
karyera, arzu. Allahları maraqlandırmır ki, sənin həyatında hər şey öz yerindədir və sən
istənilən arzunu iradə və zəhmətin sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim
ümidlərimizlə, planlarımızla hesablaşmırlar; Kainatın hansısa küncündə onlar aşıq - aşıq
oynayırlar - və budur, təsadüfən seçim sənin üstünə düşür. Və o andan etibarən qələbə və
ya məğlubiyyət – təsadüfün əlindədir.
Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya
dağıtmağa - onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq -
qadirdir.
Hələ ki, külək onun tərəfə əsirdi. Lakin küləklər allahlar qədər dəyişkən və şıltaqdırlar –
indicə varlığımın ən dərin qatlarında mən də mehəbənzər nə isə hiss etdim.
Sanki Özgənin əhvalatının tamamilə gerçək olduğunu və Kainatın hər zaman
xəyalpərvərlərin tərəfini tutduğunu mənə sübut etmək üçün tezliklə biz kirayə otaq - iki
çarpayılı - tapa bildik. İlk öncə mən vanna qəbul etdim, paltarımı yudum və təzə
maykamı çiynimə saldım. Özümü tamamilə fərqli hiss etdim və bu mənə inam verdi.
«Nə bilmək olar, Bəlkə Özgənin bu maykadan xoşu gəlmir», - mən öz - özümə güldüm.
Ev sahibləri ilə şam etdikdən sonra – payızda və qışda bu şəhərcikdə restoranlar da
bağlanır - o, səhər alıb qaytaracağına söz verərək bir şüşə şərab istədi.
Biz geyindik, iki stəkan götürdük və evdən çıxdıq.
- Gəl, quyunun yanında oturaq, - mən təklif etdim.
Elə belə də etdik - oturduq və isinə - isinə, sakitləşə - sakitləşə şərab içməyə başladıq.
- Deyəsən, Özgə qayıdıb və sənin bədəninə keçib,- mən zarafat etdim.-Kefin çox pisdir.
90
O güldü:
- Mən dedim ki, biz otaq tapacağıq və tapdıq. Kainat həmişə bizə arzularımızı həyata
keçirməkdə kömək edir - onlar nə qədər axmaq olursa - olsun. Zira onlar bizim
arzularımızdır və dəyəri yalnız bizə məlumdur.
Meydan bir addım o yanı görməyə imkan verməyən və fənərin işığında sarımtıl rəngə
çalan dumana bürünmüşdü.
Mən dərindən nəfəs aldım. Daha təxirə salmaq mümkün deyildi.
- Gəl, sevgidən danışaq, - mən dedim. - Daha bundan qaçmayaq. Axı, sən son günləri
necə keçirdiyimi bilirsən. Əlimdə olsaydı, belə mövzu, ümumiyyətlə yaranmazdı. Amma
əgər artıq yaranıbsa, mən onun haqqında fikirləşməyə bilmirəm.
- Məhəbbət təhlükəlidir.
- Bilirəm. Mən sevmişəm. Sevgi - narkotikdır. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət
hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan
- baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz
keçinə bilərsən. Sən sevimli varlıq haqqında iki dəqiqə fikirləşirsən və üç saat yadına da
düşmür. Lakin tədricən ona öyrəşirsən və tamamilə ondan asıla hala düşürsən. Onun
haqqında üç saat fikirləşirsən və iki dəqiqəliyə unudursan. Əgər o, yanında yoxdursa, sən
növbəti dozadan məhrum olunmuş narkomanların yaşadıqlarını hiss edirsən. Belə
dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan narkomanlar kimi
sən də sevginin xatirinə hər şeyə hazırsan.
- Qorxulu bənzətmədir, - o dedi.
Doğrudan da, mənim misalım şərabla, quyu ilə, meydanı üzük kimi əhatəyə almış orta
əsrlərə aid evlərlə yaxşı tutuşmurdu. Ancaq bununla belə hər şey, məhz, mənim dediyim
kimi idi. Əgər o, bu qədər səyi sevgi əldə etmək üçün çəkibsə, onu hansı təhlükələrin
gözlədiyini bilməlidir.
- Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır, - mən fikrimi
bitirdim.
O, dumana baxa - baxa xeyli müddət cavab vermədi. Deyəsən, bir daha o, mənə sevgi
barədə söhbətlərin təhlükəli dalğalarında üzməyi təklif etməyəcək. Bəli, mən çox sərt
danışdım, amma başqa nə edə bilərdim?
«Məsələ bağlandı», - deyə fikirləşdim. Birlikdə keçirdiyimiz üç gün - üstəgəl mən eyni
paltarda gəzirdim - öz məqsədindən imtina etmək üçün ona yetdi. Mənim qadınlıq
qürurum sındırılmışdı, lakin eyni zamanda mən həm də yüngüllük hiss edirdim.
«Yəni ürəyimin dərinliklərində mən elə bunu istəyirdim?»
Yəqin ki… Çünki sevgi küləyinin necə bir fırtınaya çevriləcəyini artıq hiss edirdim.
Çünki artıq bəndin divarında əmələ gələn çatı görə bilirdim.
Biz hələ bir xeyli içdik və boş – boş şeylərdən danışdıq - bizə otaq vermiş ev sahiblərini
müzakirə etdik, nə vaxtsa bu şəhərciyin əsasını qoymuş müqəddəsi xatırladıq. O, mənə
dumanda itmiş kiçik meydanla üzbəüz yerləşən kilsə ilə bağlı bir neçə əfsanə danışdı.
- Sən mənə qulaq asmırsan, - birdən o dedi.
Doğrudan da - fikrim hardasa uçurdu. Mən yanımda elə bir insanın olmasını istərdim ki,
onu görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit
olum, çünki sabah onu itirmək qorxusu yoxdur. Onda vaxt da yavaş axardı və biz də
söhbət üçün qabaqda bütöv bir ömrün olduğunu bilərək sadəcə susardıq. Və mənə çətin
qərarlar qəbul etmək, ciddi şeylər üçün baş sındırmaq, sərt sözlər demək lazım gəlməzdi.
Biz susuruq və bu çox şey deyir. Həyatımız boyu ilk dəfədir ki, biz susuruq, hərçənd
mən bunu indicə - o bir şüşə də şərab tapmaq üçün ayağa qalxanda dərk elədim.
91
Biz susuruq. Mən onun addımlarını eşidirəm - o, bizim bir saatdan çox vaxt
keçirdiyimiz, şərab içə - içə dumana baxdığımız quyunun yanına qayıdır.
Həyatımızda ilk dəfədir ki, biz susuruq - sözün əsl mənasında susuruq. Yox, bu bizi
Madriddən Bilbaoya qədər maşında sıxan sükut deyil. Heç San-Martin-de-Unks
yaxınlığındakı sovməədə dayanarkən mənim ürəyimi qorxudan donduran da deyil.
Belə sükut hər cür sözdən daha çox şey deyir. Belə sükut mənə deyir ki, bizim bir -
birimizə nə isə izah etməmizə daha heç bir ehtiyac yoxdur.
Addımlar kəsilir. O mənə baxır və yəqin ki, qarşısında gözəl mənzərə peyda olur –
fənərin zəif işıqlandırdığı gecə, quyu, qadın.
Orta əsrlərə aid evciklər, XI əsrə aid kilsə, səssizlik.
Mən sükutu pozmaq qərarını verəndə şərabın ikinci şüşəsi yarısına qədər boşalmışdı.
- Dünən səhər ağlıma gəlmişdi ki, əyyaşa çevrilirəm. Bütün günü içirəm. Bu üç sutka
ərzində keçən bir ildə içdiyimdən çox içmişəm.
O, bir söz belə demədən əllərini saçlarımda gəzdirir. Mən onun toxunuşunu hiss edirəm
və kənara çəkilmirəm.
- Mənə bir az həyatından danış,- mən xahiş edirəm.
- Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və imkanım
daxilində bunu ləyaqətlə eləməyə çalışıram.
- Bu necə yoldur belə?
- Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. -
Məhəbbətsə - çox çətin yoldur.
- Çətindir ona görə ki, o səni ya göylərə qaldıracaq, ya da cəhənnəmə atacaq, - mən
deyirəm, hərçənd dediklərimi o qədər də özümə aid etmirəm.
O cavab vermir. Ola bilsin ki, o, hələ də səssizliyin girdabındadır, ancaq şərab yenidən
mənim dilimi açıb və fikrimi bildirmək ehtiyacı hiss edirəm.
- Sən dedin ki, bu şəhərcikdə nə isə dəyişib.
- Hə, mənə belə gəlir. Ancaq mən əmin deyiləm, buna görə də səni bura gətirmək
istədim.
- Deməli, bu sınaqdır?
- Yox, bu mənim doğru qərar verməmə kömək edəcək Ona bəxşişdir.
- O kimdir?
- Müqəddəs Ana.
Müqəddəs Ana. Özüm də başa düşə bilərdim. Bu qədər səyahətlərdən, kəşflərdən, yeni
üfüqlərdən sonra onda hələ də uşaq vaxtı vurulmuş katolik peyvəndinin güclü olması
mənə bərk təsir edir. Amma mən və mənim dostlarım – hər halda bu baxımdan – çox
dəyişmişik: qəbahət və günahlar artıq çoxdan bizə ağırlıq eləmir.
- Nə yaxşı ki, bu qədər çətinliklərdən sonra sən əvvəlki inamını qorumağı bacarmısan.
-Yox, bacarmadım. Mən onu itirdim və yenidən qazandım.
- Anaya inamı? Namümkünə, mübhəmə, fantastikaya? Sən cismani sevginin nə
olduğunu bilmirsən? Sən aktiv seksdən qaçırsan?
- Heç də yox. Burda hər şey qaydasındadır. Mənimçoxlu qadınım olub.
Mən qısqanclığın məni sancdığını hiss edirəm və özüm də buna təəccüblənirəm. Ancaq
daxilimdəki mübarizə yatışıb və mən onun yenidən başlamasını istəmirəm.
- Niyə-o - «Məryəm»? Niyə müqəddəs Ananı bizə digərlərinə bənzəyən adi qadın kimi
göstərmirlər?
Bir udumla o şüşənin axırına çıxır - orda lap az qalmışdı.
Məndən yenə şərab istəyib - istəmədiyimi soruşur - o tapa bilər - mən imtina edirəm.
92
- Mən ancaq sənin cavab verməni istəyirəm. Hər dəfəsində biz müəyyən mövzulara
toxunanda sən söhbəti dəyişirsən.
- O, elə ən adi qadın idi. O, dünyaya başqa uşaqlar da gətirmişdi. Müqəddəs kitabda
deyilir ki, İsa üç qardaşın böyüyü idi. İsanın ruhdan əmələ gəlməsinin başqa anlamı var:
Mariya yeni bərəkətli eranı başlayır, yeni mərhələ açır. O - kosmik gəlindir, səmanı qəbul
edən və onun mayalandırdığı Torpaqdır. Və həmin anda, onun öz taleyini qəbul etməyə
cəsarəti çatdığından O, Allaha Yerə düşmək imkanı verir. Və Müqəddəs Anaya çevrilir.
Mən onun fikirlərinin gedişini izləyə biləcək halda deyiləm. Və o bunu başa düşür:
-O, Allahın qadın simasıdır. Onun öz ilahi təbiəti var.
Onun nitqi aydın səslənmir - sözlər çətinliklə, gərginliklə tələffüz olunur, sanki onları
deməklə günah işləyir.
- İlahə? – mən soruşuram.
Mən onun məni başa salmasını gözləyirəm, lakin o söhbəti davam etdirmir. Hələ bir
neçə dəqiqə əvvəl mən ondakı katolikliyin nə qədər möhkəm olduğuna ironiya ilə
gülürdüm, indi isə mənə elə gəlir ki, o, küfr danışır.
- Məryəm kimdir? İlahə kimdir? – mən təkid edirəm.
- Bunu izah eləmək çətindir, - aydın görünür ki, o özünü yaxşı hiss etmir, hər dəqiqə –
daha çox. - Məndə bəzi şeylər var. Əgər istəsən, oxuya bilərsən.
- Mən indi heç nə oxumayacağam! Sən başa sal!
O əlini şərab şüşəsinə uzadır, lakin o boşdur. Biz artıq bizi quyunun yanına nəyin
gətirdiyini unutmuşuq. Nə isə fövqəladə əhəmiyyətli bir şeyin baş verməsi hissi yaranır -
sanki o hər bir sözü ilə möcüzə yaradır.
- Danış da!
- Onun simvolu - sudur, Onu duman əhatə edir. İlahə özünü su ünsüründə aşkar edir və
göstərir.
Sanki, ətrafımızdakı duman canlandı, öz həyatını qazandı, konkret müqəddəs bir
substansiyaya çevrildi - hərçənd mən əvvəlki kimi onun sözlərinin anlamını tam başa
düşmürdüm.
- Çox dərinə getməyəcəyəm. Əgər istəsən - özün məndəki əlyazmanı oxuyarsan. Bircə
onu bil ki, bu qadın – İlahə, Müqəddəs Məryəm, yəhudi Şəhina, misirli İzida, Böyük
Ana, Sofiya - bütün dünyəvi dinlərdə mövcuddur. Onu yaddaşlardan silməyə, qadağan
etməyə çalışıblar, O simasını gizlədir və dəyişirdi, ancaq Onun kultu minilliklərdən
keçərək bu günümüzə çatıb. Allahın simalarından biri - qadın simasıdır.
Mən ona baxıram. Parıldayan gözləri qarşımızdakı duman kələfinə zillənib. Başa
düşürəm ki, artıq təkid etməmək olar – o, onsuz da söhbətinə davam edəcək.
- Onun haqqında Bibliyanın birinci fəslində yazılıb. Yadındadır - «… və Allahın ruhu
suların üstündən uçurdu»? Və O Onu ulduzlardan yuxarıda və aşağıda qoydu. Bu - Yerin
və Səmanın mistik nigahıdır. Müqəddəs kitabın sonuncu fəslində də Onun haqqında
danışılır
Nə vaxt ki
Ruh da, gəlin də deyir: gəl!
Eşidən də deyəcək: gəl!
Qoy, susuzluqdan yanan gəlsin,
Və qoy istəyən həyat suyunu havayı götürsün.
- Niyə Allahın qadın simasının simvolu sudur?
- Bilmirəm. Ancaq, adətən, O, bu vasitələri Özünü aşkar etmək üçün seçir. Yəqin, ona
görə ki, su - həyatın mənbəyidir, axı ana bətnində doqquz ay biz suyun əhatəsində oluruq.
93
Su - qadın Hökmünün simvoludur, hətta ən mükəmməl və ən kamil kişilərin belə ona
şübhəylə yanaşmağa, ona iddia etməyə cəsarəti çatmaz.
O, bir anlıq susur və davam edir:
- O, özünü bu və ya digər formada hər bir dində, hər bir etiqadda göstərir - ancaq
müqləq göstərir. Mənim üçün – bir katolik olaraq – onun cizgiləri Müqəddəs Məryəmin
obrazında aydın görünür.
O, mənim əlimdən tutur və beş dəqiqədən sonra biz artıq Sent-Savendən çıxırıq. Yolda
üzərinə xaç bərkidilmiş sütunun yanından keçirik, lakin– çox qəribədir! - adətən, İsa
Məsihin obrazı yerləşdirilən yerdə biz Müqəddəs Məryəmin obrazını görürük. Onun
sözləri yadıma düşür və təsadüf məni təəccübləndirir.
Və indi zülmət və duman bizi başdan - ayağa qədər tamamilə qoynuna alır. Mən özümü
suda, ana bətnində təssəvvür edirəm - o yerdə ki, hələ zaman yoxdur, hələ varlıq şüurla
yüklənməyib. Bəli, oun danışdığı hər şeyin anlamı - özü də tükürpədici anlamı var. Mən
mühazirədə yanımda oturmuş yaşlı xanımı xatırlayıram. Məni dartıb meydana aparan
kürən qızı xatırlayıram - axı, o da deyirdi ki, su - İlahənin simvoludur.
- Burdan 20 km aralıda mağara var, - o davam edir. – 11 fevral 1858-ci ildə balaca bir
qız iki başqa uşaqla birlikdə onun yaxınlığında odun yığırdı. Qız xəstəhal, zəif idi, astma
xəstəliyindən əziyyət çəkirdi, onun valideynləri isə o qədər kasıb idilər ki, az qala
dilənirdilər. Həmin qış günündə qız çox da böyük olmayan çayın dayaz yerindən
keçməyə qorxdu - birdən islanar, soyuqlayar və yatağa düşər, valideynləri isə onun
gətirdiyi qəpik - quruşsuz keçinə bilməzlər.
Elə bu anda onun qarşısında ağ paltarlı, üzəri qızılı qızılgüllərlə bəzədilmiş səndəllərdə
qadın zühur edir. O, qıza bir şahzadə qədər ehtiramla müraciət edərək ondan bir lütf
göstəməsini - bura bir neçə dəfə bir də gəlməsini istəyir və yoxa çıxır. Bütün bu
gördüklərindən yerlərindəcə qurumuş digər iki uşaq, əhvalatı qarşılarına çıxan hər kəsə
danışırlar.
Amma qızın həyatı o andan etibarən əsl işgəncəyə çevrilir. Onu həbsə alırlar, tələb
edirlər ki, belə bir hadisənin heç vaxt olmadığını desin. Məxluqdan cürbəcür möcüzə və
ənam istəməsi üçün ona pul söz verirlər. İlk günlərsə onun valideynlərini hamının gözü
qarşısında qızın bu görüşü özünə diqqət çəkmək məqsədilə uydurduğunu deyərək rüsvay
edirlər.
Qızın isə - onun adı Bernadetta idi - gördüyü şəxsin kimliyi haqqında təssəvvürü belə
yox idi. Ağ paltarlı Qadını «O» adlandırırdı və onun təşvişə düşmüş valideynləri kömək
üçün yerli keşişə müraciət edirlər. O qızdan xahiş edir ki, növbəti dəfə görüşəndə
qadından adını soruşsun.
Bernadetta deyilən kimi edir, lakin cavab əvəzinə təbəssüm alır. «O» daha 18 dəfə qıza
zühur edir - demək olar ki, hər dəfəsində səssizcə. Hərçənd bir dəfə qadın
Bernadettadan torpağı öpməsini istədi. Qızcığaz səbəbini anlamadı, lakin itaət etdi.
Başqa bir dəfə isə «O» mağarada çuxur qazmağı xahiş elədi. Bernadetta onun xahişini
yerinə yetirdi və elə o saat çuxurdan palçıqlı su axmağa başladı - bəs necə, axı, hərdənbir
pis havalarda mağarada qabanlar gizlənirdilər.
-İç - qadın əmr elədi.
Su o qədər çirkliydi ki, Bernadetta üç dəfə su götürdü və ağzına yaxınlaşdırmaqdan
çəkinərək üç dəfə yerə səpələdi. Nəhayət, iyrənə - iyrənə də olsa, əmri yerinə yetirdi.
Onun qazdığı çuxursa yenidən su ilə doldu.
94
Bir gözü kor olan adam sudan bir neçə damcı gözünə tökdü və həmin dəqiqə gözləri
açıldı. Yenicə dünyaya gəlmiş oğlunun ölüm ayağında olmasından başını itirmiş gənc ana
onu bu bulağın suyuna saldı - temperatur həmin gün sıfırdan aşağı düşdü və körpə
sağaldı.
Yavaş - yavaş möcüzəli bulağın sorağı ətrafa yayıldı və minlərlə adam kəndə axışmağa
başladı. Bernadetta isə hələ də sehrli qonağın adını öyrənməyə çalışırdı, lakin o, cavab
əvəzi yalnız gülümsəyirdi.
Amma gözəl günlərin birində «O» qızcığaza tərəf çevrildi və dedi:
- Mən Müqəddəs Ruhdan Doğanam.
Sevincinin həddi - hüdudu olmayan Bernadetta bu barədə danışmaq üçün var - gücü ilə
keşişin yanına qaçdı.
- Belə şey mümkün deyil, - keşiş cavab verdi. – Övladım, indiyə qədər heç kim eyni
zamanda həm ağac, həm də meyvə ola bilməyib. Sən gəl onun üstünə müqəddəs su çilə.
Keşişin qatı inamına görə, yalnız Allah bütün başlanğıcların başlanğıcından var ola
bilərdi, Allahsa - bütün əlamətlərə görə – kişidir.
Bernadetta «O» nun üzərinə müqəddəs su çilədi, ancaq qadın yalnız xəfifcə gülümsədi -
başqa heç nə baş vermədi.
16 iyulda qadın son dəfə göründü. Bundan az sonra Bernadetta mağaranın yaxınlığında
yerləşən kiçik kəndin həyatını nə qədər dəyişdiyini ağlına belə gətirmədən rahibə oldu.
Bulaq qurumadı və möcüzələr davam etdi.
Əhvalatın sorağı əvvəl Fransaya, sonra da bütün dünyaya yayıldı. Kənd böyüməyə və
dəyişməyə başladı, şəhərə çevrildi. Tacirlər gəldilər. Mağazalar və mehmanxanalar
açıldı. Bernadetta öldü və doğma yerlərdən çox uzaqlarda dəfn edildi. O, nə baş
verdiyini heç vaxt bilmədi.
Kilsəni çətin vəziyyətdə qoymağa cəsarət edən insanlar meydana çıxdılar - xoşbəxtlikdən
Vatikan o zamanadək Zühuretmənin mümkünlüyünü etiraf etmişdi - və möcüzələr
yaratmağa başladılar, lakin tezliklə şarlatan və fırıldaqçı adı ilə ifşa edildilər. Kilsə sərt
qaydalar qoydu - filan gündən yalnız həkimlər və alimlərin apardığı ciddi yoxlamadan
keçmiş fenomenlər möcüzə kimi tanınır.
Ancaq su hələ də axır və xəstələr sağalır.
Mənim qulağıma nə isə səs gəldi və mən qorxdum.
Ancaq o, hərəkətsiz oturmaqda davam edir. Ətrafımızdakı dumana isə ad aldı, keçmiş
qazandı. Mən danışılan əhvalat və onun bütün bunları haradan bildiyi haqqında
düşünürəm. Mənim cavabım yoxdur.
Mən Allahın qadın siması haqqında düşünürəm. Mənimlə yanaşı oturmuş adamın
ziddiyyətli ruhu var. Bir müddət əvvəl o mənə yazırdı ki, seminariyaya daxil olmaq
fikrindədir, lakin o əmindir ki, Allah qadın simalıdır.
O hərəkətsizdir. Mən isə özümü Yer Ananın bətnində həbsə salınmış kimi hiss edirəm -
harda ki, nə zaman var, nə məkan. Bernadettanın əhvalatı sanki gözlərimin qarşısında,
bizi ağuşuna alan dumanda baş verir.
Və yenə onun səsi eşidilir:
- Bernadetta iki mühüm şeyi bilmirdi. Birinci, xristianlıq gələnə qədər bu dağlarda
keltlər yaşayırdı, İlahə kultu isə onlanın sivilizasiyasının əsasında dururdu. Bir çox
nəsillər Allahın qadın simasını dərk edirdilər, Onun sevgisinin, Onun şöhrətinin bir
hissəciyi onlara ünvanlanmışdı.
- Bəs ikinci?
95
- İkincisi isə, Zühurun baş verməsindən bir az əvvəl Vatikan ierarxiyası gizli yığıncağa
toplaşmışdı. Onların həmin yığıncaqda nəyi müzakirə etdiklərini kənar şəxslərdən heç
kim bilmirdi, lurdlu keşişsə - xüsusilə.
Kilsə başçıları müqəddəs ruhdan mayalanma haqqında ehkamı verməyin lazım olub -
olmadığını qərarlaşdırırdılar. Və sonda qərara alındı ki, lazımdır. Bunun nəticəsi papanın
«İneffabilis Dei» fitvası oldu. Ancaq geniş dindar kütləsinə onun mənasını heç kim başa
salmadı.
- Bəs bütün bunların sənə nə dəxli var? - mən soruşuram.
- Mən Onun şagirdiyəm. O məni hazırlayıb, - o deyir.
- Yəni sən – Onu görmüsən?
- Görmüşəm.
Biz meydana geri dönürük, bizi kilsədən ayıran bir neçə metr yolu qət edirik. Fənərin
işığında quyunu və qırağındakı şüşəni, iki stəkanı görə bilirəm. «Yəqin orda aşiqlər
oturublarmış, - mən düşünürəm. - Səssizcə oturublar və bir-biri ilə sözsüz - yalnız
ürəkləriylə danışıblar. Ürəklər hər şeyi söyləyəndən sonra, onlar ulu sirlərə ortaq
oldular».
Yenə də bizim sevgi barədə söhbətimizdən heç nə alınmadı. Bu heç vacib də deyil. Mən
hiss edirəm ki, nə isə çox mühüm bir nəsnənin astanasındayam və daha çox başa düşmək
üçün ondan istifadə etməliyəm. Yadıma bir anlıq universitetdəki məşğələlərim, Saraqos,
ömrüm boyu rastlaşmaq istədiyim həyat yoldaşı düşür, lakin bütün bunlar uzaq, dumanlı
örtüyə - lap Sent-Savenin üzərindəki kimi - bürünmüş görünür.
- Sən niyə mənə Bernadetta haqqında danışdın?
- Özüm də bilmirəm, - o üzümə baxmadan cavab verir. – Bəlkə ona görə ki, biz Lurdun
yaxınlığındayıq. Bəlkə ona görə ki, sabah – «İneffabilis Dei» (müqəddəs ruhdan hamilə
olma) günüdür. Bəlkə də ona görə ki, sənə sübut eləmək istəyirdim: mənim dünyam
kənardan göründüyü kimi boş və divanə deyil. Onun bir hissəsi həm də başqa
insanlardan ibarətdir. Və onlar söylədiklərinə inanırlar.
- Mən heç vaxt sənin dünyanın divanə olduğunu deməmişəm. Bu daha çox mənim
dünyama aiddir. Mən həyatımın ən gözəl illərini kitab - dəftərlə əlləşərək itirirəm,
halbuki onlar məni hər şeyi əzbər bildiyim yerdən çıxatmayacaqlar.
Mən hiss elədim ki, yüngülləşirəm: mən onu başa düşürdüm.
Mən gözləyirdim ki, o yenə də İlahədən danışacaq, ancaq o mənə sarı çevrilərək dedi:
-Yatmaq vaxtıdır. Biz çox içmişik.
***
O, dərhal yuxuya getdi. Mənsə hər şeyi-dumanı, şərabı, meydanı, söhbəti xatırlaya-
xatırlaya xeyli oyaq qaldım. Sonra onun mənə verdiyi əlyazmanı oxudum və xoşbəxtlik
dalğası hiss etdim: Allah-əgər O, gerçəkdən mövcuddursa-həm Atadır, həm də Ana.
Mən işığı söndürdüm və quyunu araya almış səssizlik barədə düşünməkdə davam etdim–
məhz, həmin dəqiqələrdə, bizim hər ikimizin susduğumuz vaxt, onun mənə nə qədər
yaxın olduğunu duyurdum.
Nə o, nə də mən bir söz belə demədik. Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur,
zira onun öz səsi var və öz yerinə özü danışır. Həmin gecə, quyunun yanında, sükut bizim
ürəklərimizin yaxınlaşmasına, bir - birini daha yaxşı tanımasına imkan verdi. Mənim
ürəyim diqqətlə onun ürəyini dinləyirdi və dinlədikcə də xoşbəxtlikdən oxuyurdu.
96
Gözlərimi yummazdan əvvəl mən onun «Özgənin qovulması» adlandırdığı ritualı yerinə
yetirməyə qərar verdim.
«Bax, mən burdayam, bu otaqda, bu şəhərcikdə - əvvəllər heç vaxt olmadığım bir yerdə,
- mənim fikirlərim axırdı. – Vərdiş elədiyim hər şeydən uzaqda. Həyatda heç vaxt məni
maraqlandırmamış nəsnələr haqqında düşünürəm. Mən - bir neçə dəqiqəlik də olsa -
özümü elə göstərə bilərəm ki, guya dəyişmişəm».
Və mən həmin bir neçə dəqiqəni necə yaşamaq istədiyimi təsəvvür etməyə başladım.
Mən şən, hər şeylə maraqlanan, xoşbəxt olmaq istərdim. Hər saniyədən dolu-dolu istifadə
etmək, həyat suyunu acgözlüklə içmək. Yenidən arzuya inanıb, etibar etmək. Mənim
üçün əziz və istəkli olan uğrunda mübarizə aparmaq üçün güc qazanmaq.
Sevgiyə sevgiylə cavab vermək.
Bəli, bu odur - mənim olmaq istədiyim qadın. Və o, qəflətən mənim qarşımda peyda
oldu və mənə çevrildi.
Və mən qəlbimin necə Tanrının, ya da İlahənin nuru ilə dolduğunu hiss elədim - onlara
artıq çoxdan inanmırdım. Və bir də həmin an Özgənin necə mənim cismimi tərk edərək
bu balaca otağın küncündə oturduğunu gördüm.
Mən ona baxırdım - indiyə qədər mən olana: o zəifdir, amma güclü görünməyə cəhd
edir. O hər şeydən qorxur, amma özünü inandırır ki, bu qorxu yox, buludlarda uçmayan
adamın müdrikliyidir. O, köhnə mebelinin üzü bozarmasın deyə, arasından günəşin
parlaq şüaları dolan pəncərələri bərk-bərk mıxlayır.
Mən otağın küncündə Özgəni görürdüm - zəif, yorğun, məyus. Mən görürdüm ki, o,
necə tamamilə azad olmalı olan nəsnələri-öz hisslərini- boğur və dustaq edir. Necə
gələcək sevgi haqqında keçmiş əzablarına əsasən hökm çıxartmağa çalışır.
Ancaq məhəbbət-həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının
əhəmiyyəti yoxdur-bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq.
Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki
yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır.
Ondan imtina etsək - həyat ağacının bardan əyilmiş budaqlarına baxa - baxa və o bardan
dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar - sadəcə əlini uzatmalısan.
Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar saatlarla, günlərlə,
həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də.
İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir.
Və bizi xilas edir.
Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat
bütöv bir axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, zira
mən yenə onun səsini eşitməyə başlamışam.
Ürəyim mənə dedi ki - mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya
getdim.
Mən oyananda o, açıq pəncərənin qarşısında dayanaraq dağlara baxırdı. Mən onu
çağırmadım, əgər o çevrilsə, o dəqiqə gözlərimi yummağa hazır vəziyyətdə səssizcə
uzandım.
Sanki mənim fikirlərimi oxuyurmuş kimi o çevrildi. Mənə baxdı:
-Sabahın xeyir.
-Sabahın xeyir. Pəncərəni bağla, soyuqdu.
97
Özgə xəbərdarlıq etmədən peyda oldu. O, hələ də küləyin istiqamətini dəyişməyə, onun
qüsurlarını və zəifliklərini görməyə, «Yox, bu qeyri - mümkündür» deməyə çalışırdı.
Ancaq özü də bilirdi ki, gecdir.
-Çıx otaqdan, mən geyinim,- mən dedim.
-Mən səni aşağıda gözləyirəm,- o cavab verdi.
Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən
pəncərəni açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə
örtülü torpağı, çayı – mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı.
Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq
deyildi, çünki bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan
yanğına çevrilən cüzi qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək,
keçirmək mümkün deyil. Mən bilirdim.
Və istəyirdim.
Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri,
arzuların həyata keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin
gizlinlərindən qalxan küləkləri cilovlamağa gücüm çatmayacaq. Bilirdim ki, bu sə hərdən
etibarən bələdçim və müşayətçim sevgi olacaq, baxmayaraq ki, o mənim qəlbimdə
uşaqlıqdan, onu birinci dəfə gördüyüm vatxdan məskən salıb. Zira mən onu heç vaxt
unutmamışam - onun uğrunda mübarizə aparmağı ləyaqətsizlik hesab eləsəm də. Bu çətin
sevgi idi və mənim pozmaq istəmədiyim sərhədlərlə əhatə olunmuşdu.
Yaddaşımda Soriyadakı meydan və ondan itirdiyim medalyonu axtamağı xahiş elədiyim
dəqiqə canlandı. Mən bilirdim – bəli, onun mənə nə demək istədiyini mən bilirdim, ancaq
eşitmək istəmirdim, çünki o, günlərin bir günü pul qazanmaq məqsədilə, macəra dalınca,
arzularını həyata keçirmək üçün ata yurdunu tərk edən cavanlardan idi. Mənə isə real və
mümkün olan sevgi gərək idi, mənim bakirə bədənim və qəlbim gözəl şahzadəni gözləyir
və istəyirdi.
O zamanlar mən sevgi barədə çoz az şey bilirdim. Onu mühazirədə görəndə, təklifini
qəbul edəndə, elə fikirləşirdim ki, yetkin qadının, öz şahzadəsi ilə görüşə tələsən
qızcığazın ürəyini cilovlamağa gücü yetəcək. Sonra o xatırlatdı ki, hər böyüyün ürəyində
mütləq körpə yaşayır - və onda mən vaxtilə olduğum qızcığazın, sevgisini itirmək
qorxusu ucbatından sevməkdən qorxan o balaca şahzadə qızın səsini yenidən eşitdim.
Dörd gün ərzində mən ürəyimin səsini batırmağa çalışdım, ancaq o, daha bərk səslənirdi
və Özgə daha çox çarəsizləşirdi. Hardasa, ürəyimin ən məhrəm guşəsində əvvəlki
qızcığaz hələ mövcud idi, hələ inanırdı ki, arzular çin olur. Özgə ağzını da açmağa macal
tapmadı – mən onun maşınına oturdum, onunla Bilbaoya getməyə razılıq verdim, risk
eləmək qərarına gəldim.
Və elə bu səbəbdən - mənim əvvəlki «mən»imin cüzi hissəsi hələ yaşayırdı – sevgi məni
yenə tapdı, dünyanın müxtəlif qütblərində uzun axtarışlardan sonra tapdı. Sevgi,
Saraqosun səssiz küçəsində Özgənin dərsliklərdən, sarsılmaz prinsiplərdən və qərəzli
fikirlərdən quraşdırdığı əngəlləri aşaraq yenidən mənimlə görüşdü.
Mən pəncərəni və ürəyimi açdım. Gün işığı otağı doldurdu, sevgi – mənim qəlbimi.
Bir neçə saat dalbadal biz gah qarda, gah yolda gəzdik, adını heç vaxt bilməyəcəyim
balaca şəhərcikdə qəhvə içdik. Orada, meydanda qəribə varlığın-yarıilan, yarıgöyərçin -
heykəli ilə bəzədilmiş fəvvarə vardı.
O, bu abidəni görəndə gülümsədi:
98
- Əlamətdir. Kişi və qadın başlanğıcı birləşdirilib.
- Mən əvvəllər heç vaxt sənin dünən dediklərin barədə fikirləşməmişdim, - mən etiraf
elədim. – Baxmayaraq ki, bu tamamilə məntiqəuyğundur.
- «Və Allah insanı özü kimi yaratdı, İlahi obraza uyğun yaratdı: kişi və qadını yaratdı», -
o, Müqəddəs Kitabdan bir ayəni səsləndirdi. – Çünki bu onun özü kimi və özünəbənzər
idi - kişi və qadın.
Mən görürdüm ki, onun gözləri bu gün başqa cür parıldayır. O, xoşbəxt idi və hər xırda
şeyə görə qəhqəhə çəkirdi. Arabir yolda rastımıza çıxan yolçularla - əyinlərində kül
rəngli paltar, çölə işləməyə gedən əkinçilərlə, növbəti zirvənin fəthinə hazırlaşan
rəngbərəng kostyumlu alpinistlərlə söhbətə girişirdi.
Mən fransızca çox pis danışmağımdan utanaraq dinmirdim, lakin mənim qəlbim onun
sevincinə sevinirdi.
O, elə xoşbəxt idi ki, onunla danışan hər kəs özündən asılı olmadan gülümsəyirdi.
Yəqin, ürəyi ona nə isə pıçıldamışdı və indi o bilirdi: mən onu sevirəm. Bununla belə o,
yenə də özünü mənimlə uşaqlıq dostu kimi aparırdı.
- Görürəm, sən xoşbəxtsən,- mən dedim.
- Hə, çünki həmişə bu dağlarda səninlə gəzməyi, günəşin qızıl suyuna çəkdiyi
meyvələrdən yığmağı arzulamışam.
«Günəşin qızıl suyuna çəkdiyi meyvələr». Bu şer misrasını kimsə lap çoxdan yazmışdı,
o isə təkrar etdi - lap vaxtında və lap yerində.
- Yəqin sənin xoşbəxt olmağının səbəbi təkcə bu deyil, - meydanında bu cür əcaib
fəvvarəsi olan şəhərciyi gəzərkən mən soruşdum.
- Hə? O nə səbəbdir elə?
- Sən bilirsən ki, mənə yaxşıdır. Axı, sən, mənim bu gün burda olduğum, dəftər-kitab
dağına yox, əsl dağlara dırmaşdığım üçün məsuliyyət daşıyırsan. Sən məni xoşbəxt
elədin. Biz xoşbəxtliyi başqaları ilə bölüşəndə xoşbəxtlik artır.
- Sən Özgəni qovmusan?
- Hardan bildin?
- Bildim, çünki sən özün də tamamilə dəyişmisən. Bir də – ona görə ki, hər birimizin
həyatında elə bir vaxt gəlib çatır ki, bu qovulma mütləq baş verməlidir.
Lakin Özgə bütün səhəri məni daban-dabana izləyirdi. Yaxınlaşmağa çalışırdı. Amma
hər keçən dəqiqə onun səsi daha da zəifləməyə başlayırdı, onun obrazı isə sanki əriyirmiş
kimi öz dəqiq cizgilərini itirirdi. Mənim yadıma vampirlər haqqındakı filmlərin finalında
qəddar qaniçənin necə külə çevrildiyi düşdü.
Biz növbəti xaçlı dirəyin yanından keçirik - burda da onun üzərinə İsanın yox,
Məryəmin təsviri həkk olunub.
- Nə barədə fikirləşirsən? – o soruşdu.
- Vampirlər barədə. Zülmət gecənin yaratdığı və özlərini möhkəmcə öz içlərinə həbs
etmiş varlıqlar barədə. Onlar var-güclərilə özlərinə yoldaş axtarırlar. Lakin sevməyə
qadir deyillər. Məhz, buna görə də belə bir inam mövcuddur ki, vampiri yalnız nizəni düz
ürəyinə batırmaqla öldürmək olar. Əgər bu zərbəni vurmaq mümkün olsa, onda oyanmış
ürək şəri məhv edən sevgi enerjisini azadlığa buraxır.
- Bu heç vaxt mənim ağlıma gəlməyib. Amma, məncə, sən haqlısan.
Mən nizəni düz ürəyə batıra bildim. Və o, cadudan azad olaraq bütün mövcudiyyətə
açıldı. Onda, Özgə üçün yer qalmadı.
Mən min dəfə onun əlini sıxmaq istədim və min dəfə özümü saxladım. Mən təşviş
içində idim - onu sevdiyimi demək istəyirdim, lakin bilmirdim ki, necə başlayım.
99
Biz dağlardan danışırdıq, çaylardan danışırdıq. Biz düz bir saatlıq meşədə azdıq, ancaq
sonunda lazımlı cığırı tapdıq. Biz ehtiyat üçün götürdüyümüz buterbrodları yedik və
susuzluğumuzu ərimiş qarla yatırdıq. Günəş qüruba tərəf meyllənməyə başlayanda Sent-
Savenə qayıtmaq qərarına gəldik.
Bizim addımlarımız daş tağların altında aydın əks-səda verirdi. Mən qeyri-ixtiyari əlimi
müqəddəs su olan kasaya saldım və xaç çəkdim. Onun sözləri yadıma düşdü: su -
İlahənin simvoludur.
- Ora gedək, - o dedi.
Biz qaranlıq, boş kilsənin içiylə irəliləyərək altında birinci minilliyin əvvəllərində
yaşamış zahid, müqəddəs Savenin sərdabəsi olan əsas mehraba yaxınlaşdıq. Onun
yıxılmış divarları artıq bir neçə dəfə təzədən yüksəldilib.
Bəli, elə yerlər var ki - müharibə, təqib, laqeydlik onların üzərindən keçir və onları
məhv edir, lakin onlar müqəddəs olaraq qalır. Bir vaxt kimsə bura gələcək, baxacaq,
nəyinsə çatışmadığını görəcək və bərpa edəcək.
Mən çarmıxa çəkilmiş İsanın obrazına baxdım və məndə qəribə, lakin çox aydın bir hiss
yarandı, sanki Onun başı mənim arxamca çevrildi.
- Bura.
Biz Müqəddəs Ananın mehrabı qarşısında dayanmışdıq.
- Obraza bax.
Mariya qucağındakı körpəsi ilə birlikdə. İsa göyləri göstərir.
Mən gördüyüm barədə dedim.
- Diqqətlə bax, - o təkidlə dedi.
Mən rənglənmiş və qızıl suyuna çəkilmiş taxta heykəlin bütün xırda detallarına diqqət
yetirirəm və ustanın Məryəmin paltarlarının qırışlarını necə kamilcəsinə yonduğuna valeh
oluram. Yalnız indi körpə İsanın səmaya dikəlmiş barmağını görürəm və dostumun nədən
bəhs etdiyini başa düşürəm.
Baxmayaraq ki, İsa Məryəmin əllərində oturub, əslində İsa Onu saxlayır. Və adama elə
gəlir ki, sanki Körpənin səmaya qaldırdığı əli Onu göylərə qaldırır. Onu Nişanlısının
olduğu yerə qaytarır.
- 600 il əvvəl bu heykəli yaratmış sənətkar nə istədiyini bilirdi.
Taxta döşəmədə kiminsə ayaq səsləri eşidildi. Kilsəyə daxil olmuş qadın əsas mehraba
yanaşdı və onun qarşısında şam yandırdı.
Biz onun səssiz duasına mane olmaqdan çəkindiyimiz üçün sakit və hərəkətsiz
dayanmışdıq.
«Sevgi ehtiyatlılığı sevmir», - onun özünü unutmuş halda necə Məryəmin obrazını seyr
etdiyinə baxaraq düşündüm. Hələ bir az əvvəl kainat onun varlığı olmadan da anlamla
dolu idi. İndi isə onun yanımda dayanması mənə hava-su kimi lazımdır - əks halda bütün
əşyaların gerçək parıltısı məndən gizlənir.
Qadın gedəndən sonra o, yenə danışdı:
- Rəssam Müqəddəs Ananı, İlahəni, Allahın mərhəmətli simasını tanıyırdı. Sən mənə
sual vermişdin, amma sənə konkret bir cavab verə bilməmişəm. Sən bütün bunları hardan
bildiyimi soruşmuşdun, düzdür?
«Yox, elə deyil, mən soruşdum, sən də cavab verdin», - mən demək istədim, amma
susdum.
- Mən bu rəssam kimi öyrənmişəm, - o davam etdi. - Mən səmanın yüksəkliklərindən
enmiş sevgini qəbul elədim. Məni yönləndirəndə mən müqavimət göstərmədim. Sən
100
yəqin ki, monastıra getmək istəyim barədə yazdığım məktubu xatırlayırsan. Mən hələ də
sənə bu haqda danışmamışam, lakin mənim arzum həyata keçdi.
Və həmin dəqiqə mühazirədən əvvəlki söhbəti yadıma saldım. Ürəyim təşvişə düşdü və
mən diqqətlə Məryəmin üzünə baxmağa başladım. O gülümsəyirdi.
«Bu ola bilməz, - mən fikirləşdim. – Hətta əgər o, monastıra gedibsə də, sonra oranı tərk
edib. Xahiş edirəm, de ki, seminariyadan çıxmısan».
- Mənim gəncliyim coşqun və dolğun kecib, - Bu arada o, mənim nə barədə
fikirləşdiyimi tapmağa cəhd etməyərək sözünə davam edirdi. – Mən başqa xalqları
tanıdım, fərqli mənzərələr gördüm. Mən Allahı işıqlı dünyanın hər yerində axtardım.
Mən başqa qadınları sevdim. Mən çoxlu peşələr öyrəndim.
Qısqanclıq yenidən məni sancdı. «Özgənin qayıtmasına imkan vermək olmaz», - mən
gözlərimi gülümsəyən Məryəmdən çəkməyərək özlüyümdə dedim.
- Yaşamın misteriyası məni ovsunlamışdı və mən onun mənasını daha dərindən dərk
eləmək istədim. Adamlar mənim sorğu-suallarımın cavabında deyirdilər ki, bunu
filankəs bilir, o birini peşmənkəs.
Mən Hindistanda və Misirdə oldum. Magiya və meditasiyanın biliciləri, əlkimyaçı və din
xadimləri ilə tanış oldum. Və nəhayət, tapmalı olduğumu tapdım: İnam hardadırsa,
həqiqət də daim ordadır.
İnam hardadırsa, həqiqət də daim ordadır. Mən kilsəyə təzədən və başqa gözlə baxdım –
zamanın cilaladığı, dəfələrlə külə çevrilmiş və dəfələrlə bərpa edilmiş daş plitələr.
İnsanları belə nəhəng əmək sərfinə, inanılmaz inadkarlığa nə sövq etmişdi? Onları
ucqarlarda, dağların başında bu kiçik məbədi təzədən tikmək üçün var–qüvvələri ilə
çalışmağa nə məcbur etmişdi?
Nə? - İnam.
- Buddistlərin öz həqiqətləri olub, krişnaitlərin öz həqiqətləri, indusların,
müsəlmanların, yəhudilərin öz. Əgər insan səmimi inam sahibidirsə, o, Tanrıyla vəhdətdə
olmağı bacaracaq və möcüzə yaratmağa qadir olacaq. Ancaq bunu bilmək kifayət deyildi
- seçim etmək üçün qətiyyət də lazım idi.
Mən katolikliyi seçdim, çünki bu etiqadda tərbiyə almışdım, uşaqlıq illərimə onun
möcüzələri hopdurulub. Əgər mən yəhudi doğulmuş olsaydım, iudaizmi seçərdim. Allah
təkdir - baxmayaraq ki, onun minlərlə adı var, lakin onu hansı adla çağırmaq seçimi,
məhz, sənə aiddir. Yenidən addım səsləri eşidildi.
Naməlum bir adam yaxınlaşdı, bizi nəzərdən keçirdi, sonra baş mehrabın yanına getdi
və iki şamdan götürdü. Yəqin, o kilsə gözətçisi, ya da keşiş idi.
Mən bizi sovməəyə buraxmaq istəməyən qocanı xatırladım. Amma bu şəxs heç bir söz
demədi. O çıxandan sonra dostum mənə dedi:
- Mənim bu axşam görüşüm var.
- Xahiş edirəm, söhbəti dəyişmə. Gerisini danış.
- Mən bu yaxınlıqdakı seminariyaya daxil oldum. Dörd il mümkün olan hər şeyi
öyrəndim. Həmin vaxt mən İllüminatlarla, xarizmatiklərlə, çoxdan qapadılmış qapını
açmağa çalışan cərəyanların davamçıları ilə tanış odum. Mən anladım ki, Allah –
uşaqlıqda varlığıyla bizi qorxutduqları cəllad deyil. Xristianlığın ilkin, həç nə ilə
ləkələnməmiş, qüsursuz mahiyyətinə qayıtmaq cəhdi yarandı.
- Onların İsa və Kilsənin eyni şey olmadığını başa düşmələrinin üzərindən cəmi iki min
il keçəndən sonra? - mən təmkinli ironiya ilə soruşdum.
- İstədiyin qədər zarafat edə bilərsən, amma söhbət, məhz, bundan gedir. Mən bizim
monastıra rəhbərlik eldən rahiblərdən birinin yanında öyrənməyə başladım. Və o, mənə
təlqin elədi ki, vəyh alovunu, Müqəddəs Ruhu mütləq qəbul eləmək lazımdır.
101
Onun sözlərindən mənim ürəyim sıxıldı. Məryəm isə bayaqkı kimi gülümsəyir, körpə
İsa şən - şən mənə baxırdı.
Nə vaxtsa mən də bütün bunlara inanırdım, lakin zaman keçdi və yaşadığım illər
ərzində meydana çıxan, sağlam və məntiqli düşüncə sahibi olduğuma, torpağın üstündə
möhkəm dayandığıma inam hissi məni dindən uzaqlaşdırdı. Əgər neçə illər məni müşayət
etmiş, əvvəlki uşaq inamı - mələklər və möcüzələrə inam - yenidən dirilsəydi, nə yaxşı
olardı! Lakin təkcə istəklə onu qaytarmaq qeyri - mümkündür.
- Ustadım mənə dedi: «Əgər bildiyinə inansan, əvvəl - axır biləcəksən», o davam etdi. -
Mən hücrəmin tənhalığında öz - özümlə danışmağa başladım. Mən Müqəddəs Ruhun
mənə əyan olması və bilməli olduğum hər şeyi öyrətməsi üçün dua edirdim. Və tezliklə
başa düşdüm ki, mənim səsimlə birgə sözləri mənim əvəzimə deyən, başqa bir, müdrik
səs də eşidilir.
- Mən də belə vəziyyətdə olmuşam, - mən onun sözünü kəsdim.
O susaraq gözlədi, amma mən başqa heç nə deyə bilmədim.
- Danış, mən qulaq asıram.
Ancaq sözlər gəlmirdi. O, elə gözəl şeylər haqqında danışırdı ki, mən o qədər ifadəli
sözlər tapa bilməzdim.
- Özgə hər an qayıtmağa çalışır, - o, sanki mənim düşüncələrimi oxuyaraq dedi. - Özgə
istəmədən axmaq bir söz deməkdən qorxur.
- Hə, - mən var gücümlə qorxuya yenilməməyə çalışaraq cavab verdim. - hərdən elə olur
ki, mən kiminləsə qızğın şəkildə danışıram və birdən, hansısa bir anda əvvəllər heç vaxt
ağlıma gəlməyən şeylər haqqında danışmağa başlayıram. Mənə elə gəlir ki, sanki mən
sadəcə həmişə məndən çox-çox ağıllı, həyatdan yaxşı başı çıxan birinin sözlərini
çatdırıram. Ancaq bu nadir hallarda baş verir. Adətən, mən susmağa və dinləməyə
üstünlük verirəm. Və təzə nə isə öyrənəcəyimə inanıram, baxmayaraq ki, axırda hər şeyi
unuduram.
- İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur. Əgər bizim buğda dəni boyda
inamımız olsa, bu dağı yerindən tərpədə bilərik. Bax, mən bunu yaxşı yadımda
saxlamışam. Və bu gün mən öz sözlərimi hörmətlə dinləyə-dinləyə təəccüblənirəm.
Apostollar savadsız, cahil balıqçılar idilər. Lakin onlar göylərdən enən Alovu qəbul
edirdilər. Onlar öz cahilliklərindən utanmırdılar–Onların Müqəddəs Ruha İnamı vardı. Bu
vergi yalnız onu qəbul etmək istəyənlərə məxsusdur. Yetər ki, inanasan, qəbul edəsən,
səhv buraxmaqdan qorxmayasan.
Məryəm təbəssümlə qarşımda dayanmışdı. Dünyada hamıdan çox onun ağlamaq üçün
səbəbləri vardı - amma o gülümsəyirdi.
- Davam elə, - mən dedim.
- Mən artıq hər şeyi dedim. Vergini qəbul etmək lazımdır. Və onda o özünü göstərəcək,
öz ifadəsini tapacaq.
- Bu şey belə işləmir.
- Bəyəm, sən məni başa düşmürsən?
- Düşürəm. Ancaq mən bütün insanlar kimiyəm – mən qorxuram. Haqqında
danışdığından sən, sənin qonşun istifadə edə bilər, mən yox.
- Sən anlayanda ki, biz hamımız qarşımızdakı, bizə baxan bu körpəyə bənzəyirik, hər
şey dəyişəcək.
- Amma o vaxta qədər biz işığa çox yaxınlaşdığımızı anlayacağıq və öz alovumuzu
yandıra bilməyəcəyik.
O cavab vermədi.
102
- Sən seminariya barədəki fikrini tamamlamadın, - bir azdan mən onun yadına saldım.
- Mən seminariyadan çıxmayacağam.
Və mən nə isə deməyə macal tapmamış ayağa qalxdı və mehraba tərəf yönəldi.
Mən tərpənmədim. Başım fırlanırdı, nə baş verdiyini başa düşmürdüm. «Seminariyadan
çıxmayacağam»!
Ən yaxşısı fikirləşməməkdir. Bənd parçalanıb, sevgi qəlbi batırıb və axının qarşısını
almaq mənim iradəmdə deyil. Bir çıxış yolu da var - Özgəni köməyə çağırmaq, ruhi
zəifliyin sərt, cəsarətsizliyin – soyuq qadına çevirdiyi məni. Lakin mən daha bunu
istəmirdim. Mən daha həyata onun gözləri ilə baxa bilmirdim.
Fikir selini qəfil səslənən səs qırdı - şiddətli və uzun, sanki yanımda kimsə nəhəng
fleytada not götürdü. Mənim ürəyim əsdi.
Birinci səsin ardınca ikincisi eşidildi. Sonra daha biri. Mən geri baxdım: taxta pilləkən
kilsənin soyuq gözəlliyi və harmoniyası ilə kəskin kontrast yaradan başdansovdu tikilmiş
meydançaya qalxırdı. Meydançada mən qədimi orqan gördüm.
Və – onu. Yarıqaranlıqda mən onun sifətini seçə bilmirdim, ancaq bilirdim - o ordadır.
Mən yerimdən qalxdım, amma o dəqiqə onun həyəcanlı səsi eşidildi:
- Pilar! Yerindən tərpənmə!
Və mən itaət elədim.
- Qoy, Müqəddəs Ana məni ilhamlandırsın, - o davam elədi. - Qoy, musiqi bu gün
mənim duam olsun.
Və «Ave Mariya»nı çalmağa başladı. Saat altıya yaxın olardı, «Anqelus»un vaxtı, işıq
və qaranlığın qarışdığı vaxt yaxınlaşırdı. Orqanın səsi sanki divarların qədim
daşlarına hoparaq, müqəddəslərin statuyalarını bürümüş əfsanələrin ruhu və duaların
qızğınlığı ilə qarışaraq boş kilsəyə yayılırdı. Musiqi qəlbimin lap dərinliklərinə keçsin
deyə, ordakı bütün qorxuları, günah hissini silsin deyə, məni düşündüyümdən daha yaxşı,
daha güclü olduğuma inandırsın deyə, gözlərimi yumdum.
Mən dəhşətli dərəcədə dua eləmək istədim, din yolundan döndüyüm vaxtdan bu yana
mənimlə ilk dəfə idi ki, belə bir şey baş verirdi. Mən əvvəlki kimi skamyada
oturmuşdum, lakin ruhum Müqəddəs Ananın qarşısında diz çökmüşdü, «Hə» deyən
qadının ayaqlarına düşmüşdü.
Hərçənd, o «yox» da deyə bilərdi və onda mələk başqasını axtarıb tapardı və onun rədd
cavabı Allahın gözündə günah olmazdı, Allah Öz övladlarının nəyə qadir olduqlarını
yaxşı bilir. Ancaq o dedi «sənin İradənə tabeyəm» Hərçənd dərk edirdi ki, seçdiyi taledə
mələyin sözləri ilə birlikdə əzab – əziyyətdə qazanır; hərçənd qəlbinin gözü ilə sevgili
oğlunun ata evini necə tərk elədiyini, insanların onun ardınca necə getdiyini və sonra onu
dandığını artıq görə bilirdi, ancaq o dedi «sənin İradənə tabeyəm» hərçənd hər bir
qadının həyatındakı ən ali, ən müqəddəs anı o, pəyədə yaşamalı və malların əhatəsində
doğmalı oldu, zira Müqəddəs Kitabda belə yazılmışdı, «sənin İradənə tabeyəm»
hərçənd o, təlaş içində oğlunu küçədə axtarırkən onu məbəddə tapdı. Və oğlu, ondan
mane olmamasını istədi, çünki o, başqa öhdəlikləri yerinə yetirməli, başqa vəzifəni
həyata keçirməli idi,
«sənin İradənə tabeyəm» hərçənd bilirdi ki, ömrünün sonuna qədər oğlunu axtaracaq,
əzab sancısı həmişəlik onun ürəyində qalacaq və hər dəqiqə onun həyatı üçün əsəcək, zira
o həyat- təhlükə altındadır, oğlusa qovulur və təqib edilir, «sənin İradənə tabeyəm»
hərçənd camaatın içində oğlu ilə rastlaşanda ona yaxınlaşa bilməyəcək, «sənin İradənə
tabeyəm» hərçənd o, kiminləsə oğluna xəbər göndərəndə ki - burdadır, oğlu əli ilə öz
103
şagirdlərinə göstərərək, ona çatdırılmasını əmr etdi: «budur mənim anam və mənim
qardaşlarım», «sənin İradənə tabeyəm» hərçənd hər şey sona çatanda və hamı yaxasını
kənara çəkəndə, çarmıxın altında, düşmənlərin rişxəndinə və dostların qorxaqlığına
dözərək təkcə o, daha bir qadın və bir şagird qaldı, «sənin İradənə tabeyəm» İlahi, sənin
İradənə tabeyəm. Zira övladlarının ruhən nə qədər zəif olduğu yalnız sənə əyandır və hər
birinin üzərinə onun daşımağa gücü çatacaq ağırlığı qoyursan. Zira Sən mənim sevgimi
anlayırsan, çünki bu - yeganə şeydir ki, həqiqətən mənə məxsusdur, yeganə şeydir ki,
mən özümlə başqa dünyaya götürə bilərəm. İlahi, elə elə ki, o, öz cəsarətini və
təmizliyini qorusun, dünyanın ona qurduğu bütün tələləri və qurğuları keçə, yaşaya
bilsin, dünyanın uçurumuna və dibsizliyinə düşməsin. Orqanın səsi kəsildi və günəş də
dağların arxasında gizləndi - bu eyni anda baş verdi, sanki Eyni bir Əlin hərəkətinə
boyun əydi. Musiqi, doğrudan da, onun duasına çevrildi və onun duası eşidildi. Mən
gözlərimi açdım - kilsə qaranlığa qərq olmuşdu və Məryəmin obrazı önündə bircə dənə
şam yanırdı.
Və budur, mən onun yaxınlaşan addımlarını eşitdim. Tənha şamın işığı mənim göz
yaşlarımı və mənim təbəssümümü işıqlandırdı – o, Məryəmin təbəssümü qədər gözəl
olmasa da, qəlbimin yaşadığını sübut edirdi.
O mənə baxdı, mən ona. Mənim əlim axtarmağa başladı və onun əlini tapdı. Mən onun
ürəyinin indi daha bərk döyündüyünü hiss etdim, az qala zərbələrin səsini eşidirdim, axı
biz sakit və səssizcə dayanmışdıq.
Ancaq mənim ruhum rahat, ürəyimsə sakit idi.
Mən onun əlini sıxdım, o məni qucaqladı. Deyə bilmərəm, heykəlin yanında nə qədər
qaldıq, bunun nə qədər çəkdiyini bilmirəm – zaman donmuşdu.
Məryəm bizə baxırdı. Öz taleyinə «hə» demiş gənc kəndli qız. Bətnində Allahın oğlunu,
qəlbində İlahəyə sevgini daşımağa razılıq vermiş Qadın. O, bizi anlamağa qadirdir.
Mən ondan heç bir şey haqqında soruşmaq istəmirdim. Kilsədə keçirdiyimiz anlar
tamamilə kifayət etdi ki, bizim səyahətimiz anlam qazansın. Onunla keçirdiyimiz dörd
gün tamamilə kifayət etdi ki, diqqətəlayiq heç nəyi ilə yadda qalmayan bu il əhəmiyyətli
və vacib olsun.
Və buna görə də mən ondan heç bir şey haqqında soruşmadım. Biz ələ - ələ tutaraq
kilsədən çıxdıq və otağımıza qayıtdıq. Başımda hər şey bir - birinə qarışmışdı -
seminariya, Müqəddəs Ana, onun kiminləsə axşama nəzərdə tutulmuş görüşü.
Və onda mən dərk elədim: o da, mən də ruhlarımızı eyni taleyə tapşırmaq istəyirik,
ancaq Fransada seminariya, Saraqosda isə universitet var. Mənim ürəyim sıxıldı. Mən
orta əsrdən qalma evciklərə, dünən gecə yanında oturduğumuz quyuya nəzər saldım.
Yadıma Özgə qadının - bu yaxınlara qədər mən olanın - kədəri düşdü.
«İlahi, Sən özün görürsən - mən əvvəlki inamımı diriltməyə çalışıram. Bir haldaki mənim
başıma belə iş gəlib, məni tərk eləmə, tək qoyma», - mən qorxunu qovaraq yalvardım.
O çox yatmadı, mən də pəncərədəki qara uçuruma baxaraq oyandım. Sonra biz yenə də
yuxuya getdik, oyandıq, bizim azdanışan ev sahiblərimizlə şam elədik və o, onlardan evin
açarını istədi.
- Bu gün biz gec qayıdacağıq, - o, sahibəyə dedi.
- Gənclərə əylənmək lazımdır, - qadın razılıqla başını tərpətdi. – Və bayramı mümkün
qədər yaxşı keçirmək.
- Mən bir şey barədə soruşmalıyam, - biz maşına oturanda mən dedim. – İstəmirdim,
amma özümlə bacarmıram.
- Seminariya barədə?
104
- Hə, mən başa düşmürəm, - cavab verdim, özümsə fikirləşdim: «Hərçənd artıq bunun
heç bir əhəmiyyəti yoxdur».
- Mən həmişə səni sevmişəm, - o danışmağa başladı. – Mənim başqa qadınlarım olub,
ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu
sənə qaytaracağım, cəsarətimi toplayaraq «Mən səni sevirəm» deyəcəyim ümidilə.
Dünyada hansı yolla gedirəm-gedim, o, məni mütləq sənin yanına gətirirdi. Mən sənə
yazırdım və üzərində sənin imzan olan hər zərfi qorxa-qorxa açırdım - axı, cavab
məktublarından istəniləni mənə sənin başqası ilə görüşdüyün xəbərini gətirə bilərdi.
Məhz, onda mən mənəvi çağırışı eşitdim. Daha doğrusu, mən bu çağrıya cavab verdim,
çünki o məndə - elə sən də - uşaqlıqdan mövcud idi. Mən anladım ki, Tanrı mənim
yaşamımda həddindən artıq vacib yer tutur və əgər arzumun ardınca yollanmasam, heç
vaxt xoşbəxt ola bilməyəcəyəm. Mən İsanın simasını dünyada qarşıma çıxan hər kasıbın
üzündə görürdüm və mən Onu görməzdən gələ bilməzdim.
O susdu, mənsə onu tələsdirməmək qərarına gəldim.
İyirmi dəqiqədən sonra o, maşını saxladı və biz düşdük.
- Biz Lurddayıq, - o dedi. – Buraları yayda görəsən.
İndi isə mən adamsız küçələr, bağlı mağazalar, mehmanxanaların girişində polad
şəbəkələr görürdüm.
- Yayda burda altı milyon turist olur, - o şövqlə davam etdi.
- Bilmirəm yayda necədi, amma hal-hazırda o xəyalət-şəhəri xatırladır.
Biz körpünü keçdik. Əzəmətli dəmir darvazanın bir tayı – kənarlarında mələk fiqurları
olan - açıq idi. Və biz içəri girdik.
- Sonra nə baş verdiyini danış, - mən xahiş elədim, baxmayaraq ki, bir az əvvəl təkid
etməməyə qərar vermişdim. – İsanın simasının adamların üzündə necə tanınmasından
danış.
Elə o dəqiqədə başa düşdüm – o söhbətini davam etdirmək istəmir. Ola bilsin ki, indi
vaxtı deyil və bura da yeri deyil. Ancaq bir halda ki başlayıb, sona çatdırmalıdır.
Biz hər iki tərəfində qarlı düzənliklər sərilmiş geniş prospektlə irəlilədik. Uzaqda
məbədin silueti görünürdü.
- Danış, - mən təkrar elədim.
- Sən artıq hər şeyi bilirsən. Mən seminariyaya daxil oldum. Hələ birinci il Allahdan
sənə olan sevgimi bəşəri sevgiyə çevirmək üçün kömək etməsini istədim. İkinci kursda
başa düşdüm ki, mənim dualarım eşidilib. Üçüncü il - nə qədər qəribsəsəm də, qəti
əminlik yarandı ki, sevgim yavaş-yavaş mərhəmətə, duaya, ehtiyac duyanlar üçün
yardıma çevrilir.
- Bəs niyə sən yenidən məni axtardın? Niyə məndə bu odu yenidən alovlandırdın? Niyə
Özgənin qovulması haqqında danışdın, yaşamımın nə qədər miskin və mənasız olduğuna
gözlərimi açdın?
Mənim səsim titrəyirdi, sözlər dolaşırdı. Keçən hər dəqiqə o, seminariyaya daha yaxın
və məndən daha uzaq olurdu.
- Niyə qayıtdın? Niyə bu əhvalatı mənə yalnız bu gün danışdın - axı, sən görürdün ki,
mən səni sevməyə başlayıram?!
- İndi deyəcəyim sənə axmaqlıq kimi görünəcək, - o, azca yubanaraq cavab verdi.
- Görünməyəcək! Mən daha gülməli olmaqdan qorxmuram. Və bunu mənə sən öyrətdin.
105
- İki ay əvvəl mənim ruhi müəllimim onunla birlikdə bir qadının yanına getməmi xahiş
elədi - o, ölürdü və bütün əmlakını bizim seminariyaya vəsiyyət eləməyə hazırlaşırdı.
Qadın Sent-Savendə yaşayırdı.
Məbəd artıq lap yaxında idi. Mən təhtəlşüurda hiss etdim: Ona çatan kimi söhbət
kəsiləcək.
- Dayanma, - mən xahiş etdim. – Mənim izahata haqqım var.
- Onun evinə girdiyim dəqiqə mənim yadımdadır. Pəncərələr Pireneylərə açılırdı və
qarın parıltısından daha da gözqamaşdırıcı görünən günəş hər tərəfi doldurmuşdu. Mən
əşyaları siyahıya almağa başladım, amma tezliklə dayanmağa məcbur oldum. İş ondaydı
ki, mərhumənin zövqü tamamilə mənim zövqümə uyğun idi – o, mənim aldığım diskləri
alırdı, pəncərənin arxasındakı bu mənzərəni seyr edə-edə mənim də qulaq asacağım
musiqiyə qulaq asırdı. Rəflərdə xeyli kitab vardı – onlardan bəzilərini mən oxumuşdum,
digərlərini isə məmnuniyyətlə oxuyardım. Mebel də, şəkillər də, otaqlara səpələnmiş
cürbəcür xırda əşyalar da - hər şey elə idi ki, sanki onları mən özüm seçmişdim. Və
həmin gündən mən o evi unuda bilmirəm. Hər dəfə dua eləmək üçün sovməəyə girəndə
yadıma düşürdü ki, mənim dünyadan imtinam bütöv deyil. Mən belə bir evdə səninlə
necə yaşadığımı, həmin musiqini dinlədiyimi, dağların qarlı zirvələrinə, buxarıdakı alova
baxdığımı təsəvvür edirdim. Mən bizim uşaqların otaqlarda necə o yan - bu yana
qaçdıqlarını, Sent-Saveni dövrəyə almış çöllərdə necə oynadıqlarını təssəvvür edirdim.
Mənsə, baxmayaraq ki, heç vaxt o evdə olmamışdım, onun necə göründüyünü dəqiq
bilirdim. Və mən istərdim ki, o, daha heç bir söz deməsin, onda mən xəyal qura bilərdim.
Ancaq o davam edirdi:
- İki həftə əvvəl mən ruhi yorğunluğumun öhdəsindən gələ bilmədim. Öz müəllimimi
tapdım, ona baş verən hər şeyi danışdım. Səni sevdiyimi və evi siyahıya alarkən hansı
hissləri keçirdiyimi etiraf elədim.
Pəncərənin arxasında xırda yağış yağmağa başladı. Mən başımı aşağı saldım, bərk-bərk
jaketə büründüm. Mən sonra nələr baş verdiyini öyrənməyə qorxurdum.
- O isə mənə dedi: «Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən
düşünürsən ki, bu sənin taleyindir, get, axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik
yaymağa qadirdir». «Bunun mənim taleyim olub-olmadığını bilmirəm, - mən ona dedim.
– Bu monastıra qapanmaq qərarını verəndə mən ruhi rahatlıq tapdım». «Onda dünyaya
get, bütün şübhələrindən azad ol,- o cavab verdi. – dünyada qal, ya da seminariyaya
qayıt. Ancaq özün üçün seçəcəyin həmin yerdə sən özünlə tam vəhdətdə olmalısan.
Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və
cəsarətlə baxa bilməz».
O cibində nə isə çıxartdı və mənə uzatdı. Bu açar idi.
- Mənim müəllimim o qadının evinin açarını mənə verdi və dedi ki, əşyaları satmaqda
tələsməyim. Mən bilirəm – o, mənim ora səninlə qayıtmamı istəyirdi. Madriddəki
mühazirəni o, mənim üçün təşkil eləmişdi, bizim yenidən görüşməmiz üçün.
Mən onun əlindəki açara baxdım və səssizcə gülümsədim. Ancaq sinəmdə sanki zənglər
çalınırdı, başımın üstündə göylər açılmışdı. O, Allaha xidmət edəcək, lakin özünəməxsus
şəkildə - mənim yanımda. Çünki mən bunun uğrunda mübarizə aparacam.
- Götür, - o dedi.
Mən əlimi uzatdım, açarı barmaqlarımın arasında sıxdım, cibimdə gizlətdim.
Məbədin baziliki artıq qarşımızda idi. Mən söz deməyə macal tapmamış kimsə onu
gördü və ona tərəf qaçdı. Narın çisək yağmaqda davam edirdi və mən burda nə qədər
qalacağımızı bilmədiyimdən bir dəqiqə belə unutmurdum - mənə islanmaq olmaz,
106
dəyişək yoxdur.
Mən ancaq bu barədə fikirləşməyə çalışdım və yer və göy arasında asılı olan və taleyin
əlinin nə zaman ona toxunacağını gözləyən ev haqqındakı fikirləri qovdum.
O, məni səslədi və mən yaxınlaşanda bir neçə nəfərə təqdim elədi. Kimsə haradan
gəldiyimizlə maraqlandı və o Sent-Savenin adını çəkəndə dedi ki, orada müqəddəs zahid
dəfn olunub. Rəvayətə görə, məhz, o, birinci dəfə meydanın ortasında quyu tapıb və
başlanğıcda şəhərcik əvvəlki kimi yaşamaq istəməyən, dağlarda Allah axtaran möminlər
üçün sığınacaq qismində nəzərdə tutulub.
- Onlar indi də ordadırlar,- mən daha kiminsə səsini eşitdim.
Mən bu əhvalatın nə qədər gerçək olduğunu bilmirdim və «onların» kimliyi barədə heç
bir təsəvvürüm yox idi.
Təzə adamlar da gəldilər və hamı mağaranın girişinə tərəf istiqamətləndi. Digərlərindən
böyük görünən bir nəfər mənimlə fransızca danışdı, lakin mənim, demək olar ki, heç nə
anlamadığımı görəndə sınıq ispan dilinə keçdi:
- Siz bura qeyri-adi bir adamla gəlmisiniz. Möcüzə yaradan bir adamla.
***
Mən heç nə demədim, ancaq yadıma Bilbaodakı axşam və ona sarı atılan ümidsiz kişi
düşdü. Onda hara getdiyini o, mənə demədi, mənəsə bu maraqlı idi. İndisə mənim
fikirlərim evdə cəmlənib - mən onun necə olacağını dəqiq bilirdim: orada hansı kitablar
və disklər olacaq, pəncərədən hansı mənzərə görünəcək.
Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz dayanıb, günlərin bir günü biz ora
gələcəyik. Mənim sakitcə onun qayıtmasını gözləyəcəyim ev. Balaca qız və oğlanın
dərsdən sonra qaça-qaça gələrək yaşam sevinci liə dolduracağı ev.
Adamlar Zühürün baş verdiyi yerə çatana qədər yağışın altında bükülərək səssizcə
getdilər. Hər şey düz mənim təsəvvürümdəki kimi idi – mağara, Müqəddəs Ananın
heykəli və bir vaxtlar möcüzənin baş verdiyi yerdə, şüşənin altında çeşmə. Ziyarətçilərin
bəziləri dua edirdi, digərləri sadəcə gözlərin yumaraq sakitcə oturmuşdu. Mağaranın
qabağından çay axırdı və onun səsi mənə sakitləşdirici təsir etdi. Müqəddəs Məryəmin
obrazını görəndə mən qısa bir dua pıçıldadım - Müqəddəs Anadan mənə kömək
eləməsini istədim, zira mənim ürəyimə daha əzab gərək deyil.
«Əgər qismətimdə, əzab çəkmək varsa, qoy o, tez gəlsin, - mən deyirdim. – Çünki
mənim qarşımda bütöv bir həyat var və ondan mümkün olduqca yaxşı istifadə eləmək
lazımdır. Əgər o seçim etməlidirsə, qoy tez eləsin. Onda mən onu gözləyəcəyəm. Ya da
unudacağam. Gözləmək - işgəncədir. Unutmaq - ağırdır. Ancaq əzablardan ən dəhşətlisi
– hansı qərarı verəcəyini bilməməkdir».
Qəlbimlə hiss elədim ki, mənim dualarım eşidildi.
***
Bazilikanın üzərindəki saat gecəyarısını göstərəndə bizim ətrafımıza artıq yetərincə çox
adam toplaşmışdı - yüzdən az olmazdı. Onların arasında keşişlər, rahiblər vardı və hamı
gözlərini obrazdan çəkmədən yağışın altında hərəkətsiz dayanmışdı.
- Eşq olsun sənə, Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm! – mənim yanımda kimsə
dilləndi və elə həmin an saatın sonuncu zərbəsi səsləndi.
107
- Eşq olsun! – hamı xorla cavab verdi və əl çaldı.
Dərhal bizə gözətçi yaxınlaşdı və sakitliyi qorumamızı xahiş etdi – biz başqa zəvvarlara
mane oluruq.
- Axı, biz uzaqdan gəlmişik, - bizim qrupdan kimsə dedi.
- Onlar da, - gözətçi yağışın altında dayanmış adamları göstərərək cavab verdi. – Buna
baxmayaraq səssiz dua edirlər.
Mən gözətçinin ziyarətgaha bir daha girməməsini elə çox istərdim ki.. Mən buradan çox
uzaqda, onunla təklikdə olmaq, əlindən tutmaq, nələr hiss etdiyimi demək istəyirdim. Biz
planlar qurardıq, ev haqqında və məhəbbət haqqında danışardıq. Mən onu
sakitləşdirərdim, mən mehriban və nəvazişli olardım, mən deyərdim ki, onun arzusunun
həyata keçməsinə az qalıb - çünki mən onun yanındayam və ona kömək edəcəyəm.
Gözətçi tezliklə uzaqlaşdı, keşişlərdən biri isə astadan təsbehlə dua eləməyə başladı. O,
duanın «iman gətirirəm» adlı son hissəsinə çatanda hamı gözlərini qapayaraq hərəkətsiz
dayanmışdı.
- Bu adamlar, kimdi onlar? – mən soruşdum.
- Xarizmatiklər, - o cavab verdi.
Mən bu sözü artıq eşitmişdim, amma mənasını izah edə bilməzdim. O bunu daşa düşdü.
- Bu adamlar Müqəddəs Ruhun alovunu qəbul edirlər. İsanın qoyduğu alovu, o alovu ki,
yalnız bəzilərinə onun odundan öz şamını yandırmaq qismət olur. Bu adamlar
xristianlığın ilkin həqiqətinə - hamının möcüzə yaratmağa qadir olduğu ideyasına
yaxındırlar. Bu adamlar Gün İşığına Bürünmüş Qadına bəllidirlər, - o, gözləri ilə
Məryəmin heykəlini göstərərək dedi.
Adamlar sanki yalnız onların eşitdiyi bir əmrə tabe olaraq yavaş səslə oxumağa
başladılar.
- Sən əsirsən. Donmusan? Sən bunda iştirak etməyə bilərsən.
- Bəs sən?
- Mən qalacağam. Bu – mənim yaşamımdır.
- Onda mən də qalıram, - mən cavab verdim, baxmayaraq ki, buradan çoz uzaqda olmağı
üstün tutardım. – Əgər bu sənin dünyandırsa, mən onun bir hissəsi olmaq istəyirəm və
bunu öyrənəcəyəm.
Adamlar oxumaqda davam edirdilər. Mən gözlərimi yumdum, anlamadığım fransız
sözlərini mənasız səs yığını kimi tələffüz edərək melodiyanı izləməyə çalışdım. Vaxt belə
tez ötürdü.
Bütün bunlar tezliklə qurtaracaq. Və biz Sent-Savenə qayıda biləcəyik. Yalnız ikimiz - o
və mən.
Mən fikirləşmədən, avtomatik oxumaqda davam edirdim və tezliklə başa düşdüm ki,
musiqi məni ovsunlayır, sanki o öz həyatını yaşayır və mənə hipnoz kimi təsir edir.
Yüngül titrətmə keçdi, mən artıq yağışa əhəmiyyət vermirdim, dəyişəyim olmadığını
yadıma salmırdım. Musiqi məni oxşayırdı, əhvalımı yüksəldirdi, Allahın yaxın olduğu və
mənə kömək elədiyi zamanlara aparırdı.
Mənim tamamilə musiqiyə qarışdığım anda o kəsildi.
Mən gözlərimi açdım. Bu dəfə gözətçi yox, keşiş işə qarışdı. O, dua edənlərin sırasındakı
həmkarına yanaşdı və ona astadan nə isə deyərək getdi.
İkinci keşiş bizə tərəf çevrildi:
- Biz dualarımızı çayın o biri sahilində etməli olacağıq.
Və budur, biz səssizcə göstərilən yerə yönəlirik. Mağara ilə üzbəüz dayanan körpüyə
qalxırıq, çayın qarşı sahilinə keçirik. Bura gözəldir - ağaclar, düzənlik və indi bizimlə
mağara arasında uzanmış çay. Buradan Müqəddəs Məryəmin işıqlandırılmış heykəli
108
aydın görünür və biz başqa zəvvarlara mane olmaqdan çəkinmədən yüksək səslə oxuya
bilərik.
Belə bir hiss təkcə məndə yaranmayıb – o sanki hamıya sirayət edir: adamlar başlarını
səmaya qaldıraraq və gülümsəyərək bərkdən oxumağa başlayırlar, yağış damlaları isə bu
arada onların üzüylə axır. Kimsə əllərini göyə açır, bir andan sonra hamı onun etdiyini
təkrarlayır və musiqinin ritminə uyğun yırğalanır.
Məndə daxili mübarizə gedir – mən həm bu vəhdətdə əriyirəm, həm də eyni zamanda
ətrafımda nələrin baş verdiyini diqqətlə izləmək istəyirəm. Yanımdakı keşişlərdən
hansısa ispanca oxumağa başlayır və mən də onun sözlərini təkrar edirəm. Bu yalvarışlar
Müqəddəs Ruha və Məryəmə ünvanlanmışdı - dua edənlərin üzərinə ensinlər, onlardan
hər birini öz nemətləri ilə mükafatlandırsınlar, öz qüdrətlərindən pay versinlər deyə.
- Qoy, bizə dil qabiliyyəti iltifat edilsin, - o biri keşiş dedi və sonra bu cümləni ispanca və
italyanca təkrarladı.
Sonra baş verənləri tam dərk eləmədim. Ətrafımda dayanan adamlardan hər biri mənə
məlum olmayan dildə danışmağa başladılar. Bu nitqdən daha çox əlaqəsiz səs-küy idi -
sözlər sanki birbaş qəlbdən gəlirdi, heç bir məntiqi ardıcıllıq olmadan. Mən dərhal bizim
kilsədəki söhbətimizi - onun vəyh haqqında və hər bir elmin hər şeydən əvvəl öz
qəlbinin səsini dinləmək bacarığından ibarət olması haqqında danışdıqlarını xatırladım.
«Ola bilsin ki, bu mələklərin dilidir», - mən, onları yamsılamağa çalışaraq və bunun
mənasız olduğunu hiss edərək fikirləşdim.
Sanki transdaymış kimi hamı çayın o biri sahilinə, Məryəmin heykəlinə baxırdı. Mən onu
gözlərimlə axtardım, gördüm ki, əllərini göyə qaldıraraq məndən aralanıb və o da surətlə
hansısa sözlər deyir, sanki Məryəmlə danışır. O, hərdən razılaşaraq gülümsəyirdi, hərdən
də elə bil, anlamırdı.
«Budur onun dünyası», - mən düşündüm.
Bütün bunlar məni qorxutmağa başlayırdı. Yanımda tutmaq istədiyim kişi danışırdı ki,
Allah həm də qadın cinsinə aiddir, naməlum, ağlagəlməz dillərdə sözlər deyirdi, transa
düşürdü və adama elə gəlirdi ki, mələklərə yaxınlaşıb. Və mənim xəyalını qurduğum
dağdakı ev reallıqdan itirdi, onun geridə qoyduğu dünyanın bir hissəsinə çevrilirdi.
Madriddəki mühazirələrdən başlayaraq son bir neçə gün mənə bir yuxu, mənim yaşam
məkanından və zamanından kənar səyahət kimi görünürdü. Ancaq bu yuxuya dünyanın
sonsuzluğu hissi, kitab marağı, yeni macəraların ruhu hopmuşdu. Nə qədər mübarizə
aparsam da, mənə məlum idi ki, məhəbbət qadın ürəyini tez alovlandırır, odur ki, mənim
küləyə əsmək, suya isə bəndi yıxmaq icazəsi verməyim – sədəcə zaman məsələsidir.
Prinsipcə, nə qədər buna qarşı olsam da, mən əvvəllər sevmişəm və indi mən yaranmış
situasiyanı necə həll etmək barədə fikirləşirdim.
Lakin burda nə isə elə bir şey vardı ki, mən dərk eləmək gücündə deyildim. Allah
qanunları dərslərində mənə bu katolik dinini öyrətmirdilər. Öz həyat yoldaşımı mən belə
təssəvvür etmirdim, belə görmürdüm.
«Həyat yoldaşı… nə qəribə söz birləşməsidi», - mən düşündüm və düşüncələrimə özüm
də heyrətləndim.
Çay və kaha mənim qəlbimdə qorxu və qısqanclıq doğurdu. Qorxu – çünki bu mənim
üçün yeni idi, yeniliksə həmişə qorxudur. Qısqanclıq – çünki mən tədricən başa
düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdə böyükdür, məhəbbət elə sərhədləri keçir,
elə yerlərdə gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib.
«Bağışla məni, Müqəddəs Məryəm, - mən dedim. – Bağışla ki, bu qədər cılız, yazıq,
miskin olan mən bu adamın təkcə məni sevməsini tələb eləyirəm». Bəs əgər onun əsl
taleyi – dünyadan çəkilmək, seminariyaya qapanmaq və mələklərlə dua etməkdirsə, necə
109
olsun?
O öz arzusuna qarşı nə qədər müqavimət göstərə biləcək, onun evi, musiqini, qiraəti
atması üçün nə qədər vaxt keçəcək? Və hətta o, seminariyaya qayıtmasa belə, onu əsl
arzusuna yaxın buraxmamaq üçün mən hansı bədəli ödəməli olacağam?
Adama elə gəlirdi ki, ətrafda hamının bütün fikrini elədiklərinə cəmləşdirmişdi – hamı,
məndən savayı. Mən gözümü ondan çəkmirəm, o isə mələklərin dilində danışır.
Tənhalıq qorxu və qısqanclığı sıxışdırdı. Mələklər özlərinə həmsöhbət tapdılar, mənsə tək
dayanmışdım.
Bu qəribə dildə danışmağa məni nəyin vadar elədiyini bilmirəm. Ola bilsin, onunla
dəhşətli dərəcədə görüşmək, görüşmək və nələr hiss etdiyimi ona danışmaq zərurəti. Ola
bilsin, qəlbimin mənimlə söhbət etməsinə ehtiyacım vardı – ürəyim şübhələrlə dolu idi və
mənə cavablar lazım idi.
Ancaq mən nə etmək lazım gəldiyini bilmirdim, - nə qədər gülünc göründüyüm
düşüncəsi böyüyür və möhkəmlənirdi. Lakin mənim yanımda, mənim ətrafımda adamlar
dayanmışdılar – kişilər və qadınlar, qocalar və cavanlar, dünyəvilər və ruhanilər, rahiblər
və tələbələr. Onların yaxınlığı mənə güc verdi və mən Müqəddəs Ruhdan mənə qorxunu
yenməm üçün güc istədim.
«Cəhd elə, - mən özümə dedim. Anlamadığın sözləri deyə bilmək üçün ağzını açmaq və
cəsarətini toplamaq kifayətdir. Cəhd elə».
Və mən cəhd etmək qərarına gəldim. Lakin əvvəl nə vaxt başladığını başa düşmədiyim
bu sonsuz – uzun günü əvəz etmiş gecənin mənim üçün zühur gecəsi olmasını istədim.
Və Tanrı da, sanki mənim dualarımı eşitdi. Və sözlər asan səslənməyə başladı, tədricən
onlar insan dilinin cizgilərini itirdilər. Artıq utanc məni o qədər də incitmirdi, özümə
inam artmışdı və dilim də itaətkar və çevik oldu. Mən əvvəlki dediklərimdən heç nə başa
düşmürdüm, ancaq bu qəribə sözlər mənim qəlbimə aydın idi.
Mən cəsarətimi topladığım və mənasız sözləri dediyim üçün sevinc dalğası hiss elədim.
Mən azad idim, əməllərimə izahat verməyə və ya axtarmağa artıq ehtiyacım yox idi. Yeni
əldə etdiyim bu azadlıq məni göylərə qaldırırdı – elə bir yerə ki, orda yanında özünü heç
zaman atılmış hiss etməyəcəyin, hər şeyi bağışlayan Böyük Məhəbbət mənə qucağını
açacaq.
«Mənə elə gəlir ki, mən təzədən inanıram», - məhəbbətin yaratmağa qadir olduğu bütün
o möcüzələrə təəccüblənərək fikirləşdim. Mən hiss edirdim – Müqəddəs Məryəm öz
libası ilə məni örtərək və qızındıraraq əllərində saxlayır. Naməlum sözlər mənim
dodaqlarımdan get-gedə daha yüngül və çevik qopurdular. Mən ağladım, göz yaşlarımın
səbəbini özüm də bilmədən. Sevinc mənim ürəyimi doldurdu, məni başdan-ayağacan
batırdı. O, qorxudan, mənim miskin həqiqətimdən, həyatımın hər saniyəsini etmək
məqsədindən güclü idi.
Mən başa düşürdüm – bu göz yaşları mənə yuxarıdan göndərilib, axı, hələ məktəbdə
rahibələr mənə təlqin edirdilər ki, ən ali yüksəliş anında müqəddəslər ağlayırlar. Mən
gözlərimi qaranlıq səmaya baxaraq açdım, göz yaşlarının yağış damlaları ilə necə
qarışdığını hiss elədim. Torpaq canlı idi, yüksəklikdən enən su özü ilə dağ zirvələrinin
möcüzəsini gətirirdi. Biz bu möcüzənin bir parçasıydıq.
- Nə yaxşı, Allah qadın ola bilər, – mən yavaşca dedim, çünki başqaları oxuyurdular. –
Əgər bu belədirsə, onda onun, məhz, qadın siması bizə sevməyi öyrədib.
110
- Gəlin «çadırlarla» dua edək, - keşiş dedi və dərhal da cümləsini ispan, fransız, italyan
dillərində təkrarladı.
Mən yenə çaşdığımı və nə baş verdiyini anlamadığımı hiss elədim. Kimsə mənə
yaxınlaşdı, qolunu çiynimə doladı. Başqa biri də o biri tərəfdən qucaqladı.
Biz səkkizimiz də birlikdə qucaqlaşaraq dairə yaradırıq, elə əyilirik ki, başlarımız bir-
birinə toxunur.
Doğrudan da, bu canlı çadıra oxşayır. Yağış güclənir, lakin heç kim ona fikir vermir.
Dayandığımız poza bizim bütün diqqətimizi və bədənimizin istiliyini tələb edir.
- Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm, mənim oğluma kömək elə, qoy o, öz
yolunu tapsın, - məni sağ tərəfdən qucaqlamış kişi deyir. – «Ave Mariya»nı mənim
oğlum üçün oxuyaq.
- Amin, - digərləri cavab verir və səkkiz baş duaya başlayır.
- Müqəddəs Məryəm, məni nurlandır, mənə loğmanlıq qabiliyyəti göndər, - bizim çadırda
qadın səsi deyir. – «Ave Mariya» oxuyaq. Yenə «Amin» və ardınca da dua səslənir.
Səkkiz nəfərdən hər biri öz xahişini bildirir və hamı onu öz duası ilə dəstəkləyir. Mən
özüm özümə heyrət edirəm – çünki uşaq kimi dua edirəm və uşaq kimi də inanıram ki,
bizə Ənam veriləcək.
Bir anlığa sakitlik yarandı. Mən başa düşdüm ki, mənim Məryəmə dua ilə müraciət
eləmək vaxtım çatıb. Başqa şəraitdə mən utandığımdan ölərdim – deməyə heç nə
tapmazdım. Amma burda Zühuretmiş vardı və mənə inam verirdi.
- Müqəddəs Məryəm, mənə sevməyi öyrət, Sən sevdiyin kimi, - mən öz səsimi eşidirəm.
– Qoy, bu sevgi məndə və kimə xitab olunubsa, onda möhkəmlənsin. «Ave Mariya»
oxuyaq.
Biz birlikdə dua edirik və mən yenə də azad oluram.
Neçə illər mən öz ürəyimə qarşı mübarizə aparmışam, çünki unudulmaqdan, əzabdan,
kədərdən qorxurdum. Lakin həmişə bilirdim ki, əsl məhəbbət – bütün bunlardan
yüksəkdir, bilirdim ki, ölmək yaxşıdır, nəinki bir daha sevməmək.
Ancaq mənə elə gəlirdi ki, bunun üçün gərəkli cəsarətə başqaları sahibdir, məndəsə o
yoxdur. Və yalnız indi anladım – var! Hətta məhəbbət özü ilə ayrılıq, tənhalıq, qüssə
gətirsə belə, o, bizim onun üçün ödədiyimiz bədələ dəyər.
«Təkcə bu barədə fikirləşmək olmaz, mən diqqətimi mərasimdə cəmləşdirməliyəm».
Bizim qrupu idarə edən keşiş dairəni açmamızı istədi və dedi ki, indi biz xəstələr üçün
dua edəcəyik. İnsanlar yağışın altında Allahın və Müqəddəs Məryəmin şərəfinə dualar
edir, oxuyur, oynayırdılar. Hərdənbir hamı əllərini göyə qaldıraraq yırğalana-yırğalana
naməlum dillərdə danışmağa başlayırdı.
- Aramızdan kimin gəlini axsayırsa, bilsin ki, o sağalır, - birdən qadın dedi.
Dualar və onunla birlikdə nəğmələr və rəqslər bərpa olundu. Aradabir həmin qadının səsi
eşidilirdi:
- Aramızdan kimin bu yaxınlarda anası ölübsə, qoy qəti əmin olsun ki, o Allahın
rəhmətini qazanıb.
Sonra o mənə danışdı ki, peyğəmbərlik vergisi deyilən nəsnə, məhz, budur və bəzi
adamlar özlərindən minlərlə mil uzaqda bu dəqiqə nələr baş verdiyini və ya verəcəyini
hissetmə qabiliyyətinə sahibdirlər.
Və o heç vaxt xəbər tutmadı ki, mən möcüzələrdən danışan qadının səsinin gücünə
inanırdım. Mən gözləyirdim ki, bu qadın ikimizin sevgisi haqqında danışacaq, ümid
edirdim ki, o deyəcək – bu məhəbbətə bütün mələklər, müqəddəslər, Allah və İlahə xeyir-
dualarını verdilər.
111
Mərasimin nə qədər davam etdiyini bilmirəm. Adamlar dəfələrlə naməlum dillərdə
danışır, oxuyur, oynayır, öz yaxınları üçün dualar edir, möcüzə göndərilməsini istəyir,
onlara xeyir-dua verildiyini bildirirdilər.
Və nəhayət, mərasimə rəhbərlik edən keşiş dilləndi:
- Gəlin, xarizmatik yeniləşmədə bu gün birinci dəfə olanlar üçün dualar edək.
Belə çıxır ki, mən burda tək deyiləm. Bu fikrin dərki məni sakitləşdirdi.
Yenidən nəğmələr səsləndi. Bu dəfə mən hamı ilə birgə oxumurdum, yalnız qulaq asır və
arzularımın xeyir-dua almasını istəyirdim.
Mənəsə çox şey lazım idi.
- Xeyir-dua alaq, - keşiş dedi.
Hamı üzünü çayın o biri sahilindəki işıqlandırılmış mağaraya tərəf çevirdi. Keşiş bir neçə
dua oxudu və bizə xeyir-dua verdi. Bundan sonra hamı bir-birini öpdü, bayram
münasibətilə təbrik etdi və dağılışdı.
O, mənə yaxınlaşdı. Siması adətən olduğundan daha şən idi.
- Sən tamam yaşsan, - o dedi.
- Sən də, - mən gülərək cavab verdim.
Biz maşına oturduq və Sent-Savenə qayıtdıq. Mən bu dəqiqəni necə arzulayırdım, amma
indi o an çatanda – bilmirəm, nə deyim. Dağlardakı evi, kitabları və diskləri, anlaşılmaz
dilləri və səkkiz ibadətçinin yaratdığı çadırı hansı sözlərlə təsvir etmək olar?
O, iki dünyada yaşayır. Nə vaxtsa və hardasa bu dünyalar qovuşacaqlar və mən bunun
necə baş verəcəyini mütləq anlamalıyam.
Lakin belə anlarda sözlər heç bir anlam daşımır. Sevgi yalnız sevgi ilə dərk olunur.
- Mənim təkcə bir sviterim var, - biz otağa daxil olanda o dedi. – Geyin onu. Sabah
özümə başqasını alaram.
- Gəl, paltarları kaloriferin üstünə asaq. Sabaha qədər quruyacaq, - mən cavab verdim. –
Mənim maykam var, dünən onu yumuşam.
Bir neçə anlıq sakitlik çökdü.
Paltar. Çılpaqlıq. Soyuq.
O, çemodanından bir dənə də futbolka çıxartmalı oldu.
- Gecəköynəyi əvəzinə yarayar?
- Əlbəttə.
Mən çırağı söndürdüm. Qaranlıqda yaş paltarı əynimdən çıxartdım, kaloriferin üstünə
asdım və tənzimləyicini tam gücü ilə açdım.
Mənim siluetimi görməsi və çılpaq olduğumu bilməsi üçün küçə fənəri yetərincə işıq
salırdı. Mən maykamı geyindim və yorğanın altına girdim.
- Mən səni sevirəm, - onun səsini eşitdim və cavabında dedim:
- Mən səni sevməyi öyrənirəm.
O siqaret yandırdı.
- Necə bilirsən, indi münasib vaxtdır?
Mən onun nədən danışdığını bilirdim. Qalxdım və onun çarpayısının qırağında oturdum.
Siqaretin qızılı qığılcımı bərabər fasilələrlə onun sifətini işıqlandırırdı. O, mənim əlimdən
tutdu və biz bir az belə oturduq. Sonra mən əlimi çəkdim və onun başını sığalladım.
- Sən soruşmamalısan, - mən cavab verdim. – Məhəbbət sual vermir, əgər biz düşünməyə
başlasaq, qorxmağa başlayacağıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə
etməyə belə çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu ola bilər, qorxu
112
cazibəni pozacaq. Axmaq səslənir, amma bu belədir. Ona görə də soruşmaq yox, hərəkət
eləmək lazımdır. Sən özün də dəfələrlə dediyin kimi - riskə getmək lazımdır.
- Mən bilirəm. Və əvvəllər heç vaxt soruşmamışdım.
- Sən artıq mənim ürəyimə sahib olmusan, - özümü onun sözlərini eşitmirmiş kimi
göstərərək dedim. – Sabah məni tərk edə bilərsən, amma bu günlərin möcüzəsini biz
daim xatırlayacağıq: romantik məhəbbəti, arzunu, imkanı. Ancaq məncə, Tanrı fövqaladə
və sonsuz müdriklik sahibi olduğundan cəhənnəmi cənnətin ortasında gizlədib. Və ona
görə belə edib ki, biz həmişə ayıq olaq. Ona görə ki, biz Mərhəmətin sevincindən həzz
ala-ala Qanunlar sütununu da unutmayaq.
Mənim saçlarımı sığallayan əllər gərginləşdi.
- Sən bacarıqlı şagirdsən, - o dedi.
Bu qeyd məni təəccübləndirdi, ancaq sonra səsim yadıma düşdü: «Əgər bildiyinə
inansan, əvvəl-axır biləcəksən».
- Fikirləşmə ki, mən toxunulmazam, - mən dedim. – Mənim çox kişilərim olub. Mən
hətta yaxşı tanımadığım kişilərlə də sevgi oynamışam.
- Mən də, - o cavab verdi.
O istədi ki, bu təbii səslənsin, lakin onun əlinin təmasının dəyişməsindən anladım, mənim
sözlərim onu ağrıtmışdı.
- Lakin bu səhərdən etibarən mən yenə bakirə oldum. Başa düşməyə çalışma – yalnız
qadın bilir, mən nədən danışıram. Mən sevgini özümçün təzədən açıram. Və bu kəşf
zaman tələb edir.
O mənim yanağıma toxundu. Mən dodaqlarımla azacıq onun dodaqlarına toxundum və
öz çarpayıma qayıtdım.
Özüm də bilmirəm ki, niyə özümü başqa cür yox, məhz, bu cür aparırdım. Başa
düşmürəm – onu özümə daha möhkəm bağlamaq istəyirdim, yoxsa azadlığa buraxmaq.
Ancaq bu gün elə uzun oldu ki… Mən düşünmək üçün həddindən artıq yorulmuşdum.
Gecə mən tamamilə sakit və rahat oldum. Elə bir dəqiqə oldu ki, dərin yuxuda olsam da,
oyandığımı sandım. Mən yanımda sanki çoxdan tanıdığım qadının varlığını duydum, ona
görə də özümü müdafiə olunmuş və sevimli hiss etdim.
Əslində isə mən saat yeddidə dözülməz istidən ayıldım. Yadıma düşdü ki, paltarı
qurutmaq üçün qızdırıcını tam gücüylə işləməyə qoymuşam. Bayır hələ qaranlıq idi. Onu
oyatmamaq üçün səssiz hərəkət eləməyə çalışaraq mən qalxdım.
Qalxdım və gördüm ki, o yoxdur.
Məni təlaş bürüdü. Və özgə də həmin dəqiqə gözlərini açaraq dilləndi: «Hə, görürsən?
Sən razılıq verən kimi o yoxa çıxdı. Bütün kişilər eynidir».
Təlaş hissi dəqiqəbədəqiqə güclənirdi. Mən özümə nəzarəti itirə bilməzdim. Lakin Özgə
səsini kəsmədən danışırdı:
«Mən hələ burdayam. Sən küləyə istiqamətini dəyişməyə icazə verdin, sən qapıları
taybatay açdın ki, sevgi həyatına daxil olaraq onu batırsın. Əgər vaxt itirmədən hərəkətə
başlasaq, hər şeyi təzədən nəzarət altına ala bilərik».
Mən buludlarda uçmağa son qoymalıyam. Mən diqqətli olmalıyam.
«O getdi, - Özgə davam edirdi. – Və indi sən mümkün qədər tez bu daldabucaqdan canını
qurtarmalısan. Sənin Saraqosadakı həyatın hələ dəyişməyib, qayıt ona. Tələs, var-gücünlə
qaç. Nə qədər ki, bu qədər ağır zəhmətlə əldə etdiklərini itirməmisən».
«Onun, yəqin ki, bir səbəbi olmalıdır», - mən fikirləşdim.
113
«Kişilərin həmişə səbəbi var, - Özgə mənə etiraz elədi. – O cavab vermədi, üzü isə
dalğın ifadə aldı. «Bu cür suallardan qaçmaq lazımdır, mən fikirləşdim. – Yoxsa, o, elə
düşünər ki, mən onun həyatına soxulmaq istəyirəm».
Biz səssiz bir az da getdik və bu bapbalaca şəhərciyin meydanında «Restoran «El Sol»»
yazılmış neon elanı gördük.
-Açıqdır, gəl, girək, - vəssalam, onun dediyi təkcə bu oldu.
Qırmızı bibərlə əhatəyə alınmış ançouslar boşqaba ox şəklində düzülüb, yanında da
qoyun pendirinin yarımşəffaf tikələri.
Stolun mərkəzində yanan şam və «Rioxi» şüşəsi qoyulub.
-Orta əsrlərə aid çaxır anbarından, - ofisiant – oğlan izah elədi.
Bu gec saatda barda heç kim yox idi. O ayağa durdu, telefona yaxınlaşdı, sonra isə stola
qayıtdı. Mən dəhşətli dərəcədə onun kimə zəng etdiyini soruşmaq istəyirdim, ancaq bu
dəfə özümü saxlaya bildim.
-Biz gecə üçün yarısına qədər işləyirik, - ofisiant davam etdi. – Lakin əgər siz
bağlanandan sonra da qalmaq istəsəniz, əlavə vetçina, pendir, şərab da verə bilərik və siz
meydanda oturarsınız. Şərab sizi donmağa qoymaz.
-Yox, oturmağa vaxtımız yoxdur, - o cavab verdi. – Biz səhər Saraqosda olmalıyıq.
Oğlan piştaxtanın arxasına qayıtdı. Biz təzədən qədəhləri doldurduq. Onda, Bilbaoda
olduğu kimi mən yenə də yüngüllük hiss etdim: «Rioxo» öz yumşaq təsirini göstərməyə
və söhbətin çətin anlarında kömək etməyə başlamışdı.
Mən bir qurtum da içdim və dedim:
-Sən maşın sürməkdən yorulmusan, həm də biz içirik. Yaxşı olardı ki, burda bir yerdə
gecələyək. Yolda mən parador gördüm.
O, razılıq əlaməti olaraq başını tərpətdi və dedi:
-Bir o stola bax. Yaponlar bunu şibumi adlandırırlar – sadəlikdə mürəkkəblik. Adamlar
pul yığırlar, bahalı restoranlara gəlirlər və elə hesab edirlər ki, dəbdəbəli yaşayırlar.
Mən bir az da içdim.
Parador. Onunla yanaşı daha bir gecə.
Əsrarəngiz şəkildə bərpa olmuş bakirəlik.
-Seminaristin dəbdəbə haqqında necə mülahizə yürütdüyünü eşitmək gülməlidir, - mən
öz düşüncələrimdən qopmağa çalışaraq dedim.
-Niyə ki? Məhz, seminariyada mən başa düşdüm ki, inamımızın sayəsində biz nə qədər
Allaha yaxınlaşırıqsa, O, bir o qədər sadələşir. Və o, nə qədər sadələşirsə, mövcudluğu
bir o qədər güclü hiss olunur.
Onun əli stolun üstü ilə sürüşdü.
-İsa ağac kəsə – kəsə, ağac yona – yona, şkaf, çarpayı, stul düzəldə - düzəldə öz
missiyasını öyrənib. Hansı iş görməyimiz vacib deyil – istənilən şey bizi Tanrı sevgisinin
dərkinə gətirib çıxarda bilər - İsa bunu göstərmək üçün bizə dülgər qismində göndərilib.
Qəflətən o dayandı:
-Bu barədə danışmaq istəmirəm. Başqa sevgi barədə danışmaq istəyirəm.
Onun əlləri mənim üzümə toxundu.
Şərab bir çox şeyləri onun üçün yüngülləşdirmişdi. Elə mənim üçün də.
-Niyə susdun? Niyə Allah haqqında, Bakirə Məryəm haqqında, mənəvi aləm haqqında
danışmaq istəmirsən?
-Mən başqa sevgidən danışmaq istəyirəm, - o təkrar etdi. – Kişi və qadının sevgisindən.
Bu sevgidə də möcüzələr baş verir.
Mən onun əllərini sıxdım. Bəlkə də ona İlahənin böyük sirləri əyandır – lakin məhəbbət
haqqında o da mənim qədər bilir. Hərçənd bütün dünyanı gəzib.
114
Və o, tələb olunan bədəli ödəməyə məcburdur – ilk addımı o atmalıdır. Çünki qadın
daha yüksək bədəl ödəyir – o özünü verir.
Biz hələ uzun müddət beləcə oturduq: əl – ələ tutaraq. Mən onun gözlərində qədim
qorxuların əksini görürdüm – onlar həqiqi sevginin keçməli olduğu sınaqlar idi. Mən
onun gözlərində dünən gecə ona təslim olmadığımı, bizim uzun ayrılığımızı, monastırda
belə əhvalatların baş vermədiyi dünyanın axtarışına sərf edilmiş illəri görürdüm.
Mən onun gözlərində görürdüm ki, o dəfələrlə bunun necə baş verəcəyini – mənim saç
düzümümdən tutmuş paltarımın rənginə qədər bizi əhatə edəcək hər şeyi xəyalından
keçirib. Mən ona «hə» demək, «xoş gəlmisən» demək istəyirdim, demək istəyirdim ki,
mənim ürəyim bu döyüşdə qalib gəldi. Mən onu necə sevdiyimi, bu dəqiqə necə
arzuladığımı demək istəyirdim.
Lakin susmaqda davam edirdim. Susmaq və sanki kənardan, yuxuda olduğu kimi, onun
daxili mübarizəsini izləmək. Mən görürdüm ki, onun qarşısında mənim «yox» um
dayanıb, məni itirmək qorxusu, yaddaşdakı, belə anlarda səslənən kəskin sözlər onu sıxır
– zira biz hamımız bundan keçirik və indiyə qədər heç kim yara və çapıqlardan can
qurtara bilməyib.
Budur, nəhayət, onun gözləri parıldadı. Mən anladım ki, o, bütün bu əngəllərin
öhdəsindən gəlməyi bacardı.
Onda mən, əlimi onun əlindən çəkərək stəkanı götürdüm və stolun lap kənarına
qoydum.
-Düşəcək, - o xəbərdarlıq etdi.
-Yəqin ki. Mən sənin onu atmanı istəyirəm.
-Stəkanı sındırım?
Bəli, stəkanı sındırmaq. İlk baxışda sadə bir hərəkət – lakin o, özündə o qədər qorxular
gizlədir ki, biz heç vaxt onları axıradək dərk edə bilmərik. Ucuz stəkanı döşəməyə
çırpmaqda qeyri – adi nə var? – axı, hər birimiz bunu dəfələrlə təsadüfən və qəflətən o
qədər etmişik ki…
-Stəkanı sındırım? – o təkrarladı. – Axı, neyçün?
-Mən sənə geniş izahat verə bilərdim, - mən cavab verdim. – Amma yalnız bir şey
deyəcəyəm – onun sınması üçün.
-Bu sənə lazımdır?
-Təbii ki, mənə yox.
O, stolun lap qırağında dayanmış stəkana baxırdı və onun düşəcəyindən ehtiyatlandığı
aşkar görünürdü.
«Bu ritualdır, - mən demək istəyirdim. – Bu – qadağadır. Bilərəkdən stəkanı qırmaq
olmaz. Biz öz evimizdə və ya restoranda oturanda çalışırıq ki, stəkanı stolun qırağına
qoymayaq. Bizim Kainat ehtiyatlı olmamızı tələb edir, stəkanlar döşəməyə düşməsinlər
deyə».
Əgər qəfildən və naqolaylıqdan sındırsaq, qeyri – adi heç nəyin baş vermədiyini
görəcəyik. Ofisiant: «Narahat olmayın» deyəcək, mən də hələ ömrümdə bir dəfə də
görməmişəm ki, sınmış stəkanı hesaba qatsınlar. Stəkan qırmaq – adi işdir, məişətdə baş
verir və heç kimə zərər toxunmur – nə bizə, nə restorana, nə yaxınımıza.
Mən stola toxundum. Stəkan tərpəndi, amma düşmədi.
-Yavaş! – o ucadan dedi.
-Sındır onu, - mən inadla təkrar elədim, özümsə düşündüm:
«Sındır onu, bu simvolik jesti elə. Çalış başa düşəsən ki, mən içimdə stəkandan daha
qiymətli və vacib bir şeyi sındırmışam – və mən xoşbəxtəm. Daxilində mübarizə gedən
qəlbinə bax, - və sındır onu».
115
Zira bizim valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyatla yanaşmağı öyrədiblər.
Beynimizə yeridiblər ki, uşaqlıq ehtirası – mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan
insanı seçdiyi yoldan sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər
hara apardığını bilmirsənsə, yola çıxmaq lazım deyil.
Xahiş edirəm, stəkanı sındır – və sən ikimizin də üstündən bu cadunu siləcəksən,
inadkarcasına hər şeyin izahını axtarmaq meylindən, yalnız başqalarının bəyənəcəyi işləri
görmək xəstəliyindən azad edəcəksən.
- Sındır stəkanı,- mən bir də dedim. O, zəndlə mənim gözlərimə baxdı. Sonra onun əli
yavaş-yavaş stolun üstü ilə sürüşdü, stəkana toxundu-və sərt hərəkətlə onu yerə saldı.
Şüşənin cingiltisi hamının diqqətini çəkdi.Qışqırmaq, naqolaylığına görə özünü
danlamaq, ya da buna bənzər bir şey etmək əvəzinə o, sakitcə, təbəssümlə mənə baxdı-
mən də gülümsədim.
- Eybi yoxdur!- gənc qarson bizə müraciətlə səsləndi.
Lakin o, qarsonu eşitmədi. Azacıq qalxdı, başımı özünə yaxınlaşdırdı və dodaqlarını
dodaqlarıma yapışdırdı.
Mən də barmaqlarımı onun saçlarına saldım, onun dilinin ağzımda necə tərpəndiyini hiss
edə-edə dodaqlarımla dodaqlarını sordum. Sevginin anlamını başa düşmədiyimiz
vaxtlarımızda, uşaqlıq illərində çay sahilində doğulmuş bu öpüşü mən çox gözləmişdim.
Bizim yetişkin çağlarımzda sanki havada asılı qalmış, medalyon haqqındakı xatirələrin
ardınca bütün dünyanı dolaşmış, məni müsabiqəyə hazırlamaq kimi xeyirxah məqsəd
güdən kitab qalaqlarının arxasında gizlənmiş öpüşü. Bu öpüş neçə dəfə yoxa
çıxmışdı,neçə dəfə itmişdi və nəhayət, biz onu tapdıq. Onda-cəmi bir dəqiqə çəkməsinə
baxmayaraq-uzun illərin axtarışları, məyusluğu, həyata keçməyən arzuları gizlənmişdi.
Mən öpüşə cavab verdim. Yəqin ki, barın azsaylı müştəriləri bizə baxırdılar və
fikirləşirdilər ki, qeyri-adi heç nə baş vermir – iki nəfər öpüşür. Onlar hardan biləydilər
ki, həmin an öpüş mənim yaşadığım bütün günlərin, onun və günəşin altında öz yolunu
gözləyən, onu axtaran və onu arzulayan hər kəsin bütün həyatının cəmi və nəticəsi oldu.
Mənim yaşamımın bütün xoşbəxt anları əriyərək bu öpüşə qarışdı.
O, paltarımı soyundurdu və mənə daxil oldu – qorxa-qorxa, var-gücüylə, ehtirasla. Mən
yüngül ağrı hiss elədim, lakin onun heç bir əhəmiyyəti yox idi. Həmin anda duyduğum
kəskin həz də heç bir əhəmiyyət daşımırdı. Mən onun başını qucaqlamışdım, iniltisinə
qulaq asırdım və allaha təşəkkür edirdim – onun mənimlə və məndə olduğu üçün, hər
şeyi birinci dəfəymiş kimi hiss etdiyim üçün.
Biz bütün gecə sevişdik – gerçəklik xülyalarla, yuxuyla qarışmışdı. Mən onun varlığını
içimdə duyurdum və var –gücümlə onu özümə sıxırdım- hər şeyin həqiqətən baş
verdiyinə əmin olmaq, indi otelə çevrilmiş bu qəsrdə qədim zamanlarda yaşamış gəzəri
cəngavərlərin getdiyi kimi gözlənilmədən getməsinə yol verməmək üçün. Səssiz Daş
divarlar və tağtavanlar gözləməyə, göz yaşı axıtmağa, bir xəbər, bir ümid, bir işarə
həsrətilə üfüqə baxaraq günlərini pəncərə önündə keçirməyə məhkum olan gözəllər
haqqında xatirələri qoruyurdu.
Yox, mən heç vaxt bunları yaşamayacağam – özümə and içdim. Mən heç vaxt onu
itirməyəcəyəm. O, əbədilik və daima mənimlə olacaq – zira mən mehrabdakı xaça
baxanda Müqəddəs Ruhu eşidirdim və O, bütün dillərdə və ləhcələrdə deyirdi ki, mən
günah etmirəm.
Mən onun yol yoldaşı, dostu olacağam, biz yenidən yaradılmış dünyanı fəth edəcəyik.
Biz Müqəddəs Ananın haqq sözünü yayacağıq, biz arxangel Mixaillə çiyin-çiyinə
döyüşəcəyik, biz yalnız öncüllərin qisməti olan əzabları və fərəhi birlikdə yaşayacağıq..
116
Bunları mənə dillər deyirdilər –və təpədən-dırnağa qədər inamla silahlanmış mən onların
həqiqəti dediklərini bilirdim.
***
Mən onun sinəmə qoyduğu əllərinin təmasından oyandım. Pəncərə arxasında gün
tamamilə işıqlanmışdı və yaxındakı kilsənin zəngləri çalınırdı.
O, məni öpdü. Əlləri bir də bədənim boyu sürüşdü.
- Vaxtdır, - o dedi. – Bu gün bayram sona çatır, yollar maşınla dolu olacaq.
- Mən Saraqosa getmək istəmirəm,- mən cavab verdim. – Mən sənin olduğun yerdə
olmaq istəyirəm. Tezliklə banklar açılacaq, mən hesabdan pul götürəcəyəm, özümə paltar
alacağam.
- Axı, sən deyirdin ki, pulun azdır?
- Bəs eləyər. Mən öz keçmişimlə əlaqəni qəddarcasına kəsməliyəm. Əgər Saraqosa
qayıtsam, axmaqlıq etdiyimi, tezliklə imtahanların başlayacığını və mən onları verənə
qədər, iki ay bizim ayrı qala biləcəyimizi fikirləşəcəyəm.
Əgər imtahanlardan kəsilsəm, ola bilsin ki, Saraqosdan getmək istəməyəcəyəm. Yox,
yox, mən qayıda bilmərəm. Körpüləri yandırmaq lazımdır- indiki mənlə əvvəlki arasında
heç bir əlaqə qalmamalıdır.
- Barselona, - o, sanki öz-özünə danışırmış kimi dedi.
- Nə?
- Yox, heç nə. Yolumuza davam edək.
- Axı sənin mühazirən var.
- Hələ iki gün var, - o cavab verdi və mənə elə gəldi ki, onun səsi nə isə qəribə səsləndi.
- Başqa şəhərə gedək. Birbaş Barselonaya getmək istəmirəm.
Mən çarpayıdan qalxdım. Xoşagəlməz heç bir şey haqqında düşünmək istəmirdim –
bəlkə kimnləsə ilk eşq gecəsindən sonra kefsiz oyanmaq və karıxdığından belə soyuq
olmaq onun xasiyyətidir.
Pəncərəyə yaxınlaşdım, pərdəni çəkdim, balaca küçəyə baxdım. Qonşu evlərin
eyvanlarında alt paltarları asılmışdı. Kilsə zəngləri çaldı.
- Bilirsən, nə var?- mən dedim. – Gəl, uşaqlıqda getdiyimz yerə gedək. Mən o vaxtdan
orda olmamışam.
- Harda «orada»?
- Pyedra monastırında.
Biz oteldən çıxırıq, zənglərsə hələ də çalır. O, kilsəyə girməyi təklif edir.
- Biz elə bununla məşğuluq, - mən cavab verirəm. – Kilsə, dualar, ayinlər.
- Düz deyil, - o deyir. – Biz sevişmişik. Üç dəfə sərxoş olmuşuq. Dağlarda gəzmişik.
Mərhəmət və Ciddiliyi əməlli-başlı tarazlaşdırmışıq.
Yersiz danışdığımı hiss edirəm. Mən artıq yeni həyata öyrəşməliyəm.
- Bağışla, - mən deyirəm.
- Az oturarıq. Zənglər bizə işarə verir.
O, tamamilə haqlı çıxdı, ancaq mən bunu yalnız növbəti gün başa düşəcəkdim.
İşarənin gizli mənasını sonadək anlamadan biz maşina oturduq və dörd saatdan sonra
monastırda idik.
Tavanın suvağı qopub, müqəddəslərin azsaylı heykəlləri isə başsız qalıb. Hamısı.
Birindən başqa.
117
Mən ətrafa nəzər saldım. Yəqin ki, keçmiş zamanlarda burada güclü iradəyə malik, hər
bir daşın təmizlikdən parıldamasının, hər bir skamyada o dövrün qüdrətli
yepiskoplarından birinin oturmasının qayğısına qalan adamlar sığınacaq tapırmışlar.
Lakin indii hər şey xarabalığa çevrilmişdi. Onları uşaq vaxtı birlikdə oynadığımız, mənim
öz sehrli şahzadəmi axtardığım qəsrlər kimi təsəvvür etmək mümkün idi.
Pyedra monastırının rahibləri əsrlər boyu bu cənnət bucağını özləri üçün qoruyublar.
Təbii geoloji çökəklikdə yerləşmiş monastır yarandığı ilk gündən göylərin mərhəməti
sayəsində, qonşu şəhərlərin, qəsəbələrin ağır zəhmət və yalvarışlar bahasına əldə etdiyi
şeyi – suyu elə–belə alırdı. Burda Rio-Pyedra onlarla qollara bölünürdü, şəlaləyə
çevrilirdi, göllər əmələ gətirirdi, onun sahillərində qalın və sıx ağaclar, kollar, otlar
bitirdi.
Amma bir neçə yüz addım atmaq kifayət edirdi – və sən yarğandan çıxırdın. Hər tərəf
cansız, bəhrəsiz səhraya çevrilirdi. Hətta bu təbii çökəklikdə fırlanmaqdan yorulmuş çay
öz gənclik qüvvəsini itirirdi və yenidən zorla sezilən su şırnağı olurdu.
Rahiblər bu barədə bilirdilər və suyu qonşularına baha qiymətə satırdılar. Monastırın
tarixi yerli sakinlər və rahiblər arasında baş vermiş saysız toqquşma və qarşıdurmalarla
zəngindir. Və bir dəfə İspaniyanı sarsıtdığı dövrdə monastırı kazarmaya çevirdilər.
Monastır kilsəsinin içində atlar gəzirdilər. Bir – birini bayağı əhvalatlarla əyləndirən və
bütün ətraf yerlərin qadınlarını zorlayan əsgərlər skamyaların arasında öz çadırlarını
qurmuşdular.
Beləliklə, gec də olsa, monastır öz cəzasına çatdı. O, qarət olundu və dağıdıldı.
Və bir daha heç vaxt rahiblər öz itirilmiş cənnətlərini qaytara bilmədilər. Hətta sonsuz
məhkəmə çəkişmələrindən birində kimsə yerli əhalinin Allahın monastıra çıxardığı
hökmü yerinə yetirməsini təklif etdi. Zira İsa susuzların yanğısını söndürməyi əmr
etmişdi, rahiblərsə onun sözlərinə kar qalmışdılar. Bax, elə buna görə də Allah təbiətin
təkcə onlara aid olduğunu fikirləşənləri cəzalandırdı.
Bəlkə elə həmin səbəbdən monastır kilsəsi əvvəlki kimi xarabalıq idi, baxmayaraq ki,
monastırın çox hissəsini yenidən tikib mehmanxanaya çevirmişdilər. Yerlilər, təbiətin
insanlara havayı verdiyi bəxşiş üçün əcdadlarının necə baha qiymət ödəməli olduqlarını
unutmamışdılar.
- Bu bütöv qalmış heykəl kimindir?- mən soruşdum.
- Müqəddəs Tereza Avillinin,- o cavab verdi.- O, qüdrət sahibidir. Və qisas hissi yerli
əhalini nə qədər yandırsa da, heç kim onu murdarlamağa cəsarət etməyib.
O, mənim əlimdən tutdu və biz çıxdıq. Monastırın sonsuz dəhlizlərində addımladıq, geniş
taxta pillələrlə qalxdıq, kəpənəklər uçuşan daxili həyətə girdik. Mən bütün təffərrüatları
yada salırdım, çünki uşaqlıqda tez-tez burda olurdum və köhnə xatirələr daha aydın və
parlaq görünürdü.
Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim
həyatıma dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada
heç nəyin xətrinə mən o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin
əli ölçmürdü. Mən hiss edirdim ki, uzun illər ərzində eyni cür oyanaraq və yataraq, eyni
sözləri təkrarlayaraq, eyni işləri görərək eyni bir günü yaşamışam. Elə yuxuma da eyni
şeylər girirdi.
Mən, atamı və anamı, valideynlərimin valideynlərini və bir çox dostlarımı xatırladım.
Əslində mənə ümumiyyətlə gərək olmayan bir şeyi əldə etmək üçün nə qədər zəhmət
çəkdiyimi xatırladım.
Bütün bunları niyə edirdim? Mən birmənalı cavab tapa bilmirdim. Bəlkə ona görə ki,
başqa yollar xatarmağa tənbəllik edirdim. Bəlkə başqalarının mənim barəmdə nə
118
fikirləşəcəyindən və nə deyəcəyindən qorxduğum üçün. Bəlkə ona görə ki, həmin
başqalarından fərqlənmək çətindir. Bəlkə ona görə ki, insan köhnə nəslin addımlarını
təkrarlamağa məhkumdur – və bu yerdə mən müqəddəs atanı xatırladım –müəyyən sayda
insanlar fərqli davranmağa başlayana qədər.
Elə, ya da belə, hər halda dünya dəyişir – və biz də onunla birlikdə.
Lakin bu artıq məni qane etmirdi. Mən taleyimdən haqqım olanı almışdım və indi o,
mənə özümü dəyişmək və eyni zamanda dünyanın dəyişməsində iştirak etmək imkanı
vermişdi.
Mən yenə də dağlar haqqında düşündüm, yolda rastlaşdığımız alpinistləri yadıma saldım
– gənc,qarda parlaq ləkə uzaqdan nəzərə çarpsın deyə xüsusi tikilmiş rəngbərəng
kostyumlarda, dağın ətəyindən zirvəsinə qədər konkret bir marşuruta riayət edən.
Yamaclara artıq alüminium çəliklər çalınıb – alpinistlərə təkcə qoruyucu kəndirlərin
qarmaqlarını onlara keçirmək və zirvəyə qalxmaq qalırdı. Onlar istirahət günlərində bura
kəkin hisslər xatirinə gəliblər, bazar ertəsi isə həmişəki monoton həyatlarına
qayıdacaqlar, ancaq onlara elə gələcək ki, təbiətə meydan oxuyublar və bu yarışdan qalıb
çıxıblar.
Gerçəkdə isə bu heç də belə deyil. Macəra ehtirası buralara başqalarını-təzə yollar
açanları, öncülləri qovmuşdu. Onlardan bəziləri yoxuşun heç yarısını da qət edə
bilmədilər- uçuruma yıxıldılar. Digərlərinin əllərini, ayaqlarını don vurdu. Çoxları,
ümumiyyətlə, xəbərsiz-ətərsiz itdi. Lakin gözəl günlərin birində kimsə zirvələrdən birinə
qalxdı.
Və ilk dəfə onun gözləri aşağıda döşənmiş mənzərəni gördü, onun ürəyi qürurdan tez-tez
döyündü. O risk etdi və indi öz qələbəsilə – cəhdləri baş tutmayanları, yarıyolda qalanlara
ehtiram borcunu ödədi.
Çox ola bilər ki,orada, aşağıda adamlar düşünürlər: «Yuxarıda maraqlı nə var axı? Bəlkə
təkcə mənzərə. Bu onun nəyinə gərəkdi?»
Ancaq o, bu zirvələrə birinci qalxan səbəbi bilirdi. Çağırışı qəbul etmək və irəli getmək
üçün. Bir günün o birisinə bənzəmədiyini, hər səhərin bizə öz təkrarsız möcüzələrini əta
etdiyini, köhnə qalaktikaların öldüyü və yeni ulduzların doğulduğu sehrli anların
olduğunu bildiyi üçün.
Bu zirvələrə birinci qalxan şəxs, yəqin hündürlükdən tüstüsü çıxan evciklərə baxaraq
özünə həmin sualı verirdi: «Aşağıdakı adamların bir günü o birindən fərqlənmir. Bu
onların nəyinə gərəkdi?»
İndi dağlar artıq fəth olunub, astronavtlar artıq kosmik fəzaya giriblər və Yer planetində
kəşf olunmasını gözləyən hətta ən kiçik ada belə yoxdur, lakin böyük ruhi macəralar hələ
yetərincədir – və onlardan biri indi mənim qismətimə düşüb.
Bu xeyir-dua idi. Müqəddəs ata heç nə anlamadı. Necə ləzzətli bir əzabdır?!
İlk addımı atmağı bacaranlar bəxtiyardırlar. Nə vaxtsa adamlar başa düşəcəklər ki,
mələklərin dilində danışmağa qadirdilər. Başa düşəcəklər ki, bizim hər birimizdə
Müqəddəs Ruhun vergiləri var və hamımız möcüzə yarada, gələcəyi görə, ehtiyacı
olanlara sağalda, yaxınlarımızı anlaya bilərik.
Günün bütün ikinci yarısını biz kanyonda gəzirik, uşaqlıq illərini yada salırıq. O, bu
barədə birinci dəfə danışırdı – Madriddən Bilbaoya qədər getdiyimiz müddətdə mənə elə
gəlirdi ki, keçmiş ona artıq maraqlı deyil.
Amma indi o özü mənə yaşıdlarımızın həyatı haqqında sual verir, xoşbəxt olub-
olmadıqlarını soruşur, məşğuliyyətləri ilə maraqlanır.
119
Nəhayət ki, biz Rio-Pyedranın kiçik çayların suyunu bir yerə toplayan və sonra da
təxminən 30-metrlik hündürlükdən səpələyən ən böyük şəlaləsinə çatdıq. Biz şəlalənin
kənarında dayanmışıq, boğuq uğultunu dinləyirik, dumanda əmələ gələn göy qurşağına
baxırıq.
- «At Quyruğu», - mən deyirəm və özüm də bu adı hələ unutmadığıma heyrətlənirəm- axı
onu çoxdan eşitməmişəm.
- Yadıma gəlir ki… - o danışmağa başlayır.
- Mən bilirəm, sən indi nə deyəcəksən!
Əlbəttə bilirəm! Şəlalə nəhəng mağaranı gizlədir. Uşaq vaxtı, Pyedra monastırından
qayıdandan sonra biz hələ bir neçə gün onun haqqında danışırdıq.
- … Orda mağara vardı, - o, sözünü bitirir. - Gedək ora!
Yüksəklikdən tökülən suyun şaquli şırnağı altından keçmək qeyri –mümkündür və
rahiblər hələ çox qədim zamanlarda kanyonun yuxarısından mağaranın dərinliyinə aparan
tunel qazmışdılar.
Girişi tapmaq çətin deyil. Yayda yəqin turistlər azmasınlar deyə orda şam yandırırlar,
lakin indi bizdən başqa heç kim yoxdur və tunel qaranlığa qərq olub.
- Gedirik? – mən soruşuram.
Əlbəttə. Mənə güvən.
Və biz şəlalənin yanında açılmış dəliyə düşərək enməyə başlayırıq. Bizi zülmət ağuşuna
almışdı, ancaq biz yolu bilirdik – və bir də o, ona güvənməmi istəmişdi axı.
«İlahi, sənə təşəkkür edirəm, - biz torpağın bətninin daha da dərinliklərinə endikcə mən
fikirləşirdim. – Zira mən yolunu azmış qoyun idim, Sənsə məni sürüyə qaytardın. Zira
mənim həyatım ölü idi, Sənsə onu canlandırdın. Zira məhəbbət çoxdan mənim ürəyimdən
yaşamırdı, Sənsə yenidən mənə onun xeyir-duasını əta etdin».
Mən sevgilimin çiynindən yapışmışdım və o, işığın tezliklə yenidən üzümüzə açılacağını,
bizim sevinəcəyimizi bilərək qaranlıq yollarda mənim addımlarımı istiqamətləndirirdi.
Çox ola bilər ki, gələcək rolları dəyişsin- mən, eyni sevgi və eyni imanla silahlanacam,
təhlükəsiz yerə çıxana qədər ona yol göstərəcəm və onda biz rahatlıq tapacağıq.
Biz yavaş gedirdik və elə bil ki, bu yolun heç vaxt sonu olmayacaqdı. Bəlkə bu yeni ritm
həyatımın bütöv bir mərhələsinin sonuna işarədir- o zamanlar yaşamımı aydınladacaq
kiçicik işıq şüası da yox idi. . Tuneldə yeriyə-yeriyə mən eyni bir yerdə tərpənməz
oturaraq, heç nəyin bitmədiyi və bitməsinin mümkün olmadığı yerdə kök atmağa
çalışaraq boş-boşuna nə qədər vaxt öldürdüyümü xatırlayırdım.
Lakin Allah rəhmlidir və budur, mən yenidən keçmiş ruh yüksəkliyini də, yaşama
sevincini də, arzuladığım macəraları da, özüm də bilmədən bütün həyatım boyu
gözlədiyim insanı da tapdım. O, seminariyanı atdığı üçün mən bir damcı da vicdan əzabı
çəkmirdim-müqəddəs atanın Tanrıya xidmət etməyin müxtəlif yolları olduğu və bizim
məhəbbətimizin bu yolları artıracağı barədə dedikləri yadımda idi. Bu dəqiqədən etibarən
mən də kömək və xidmət etmək imkanı qazanıram- və bütün bunlar onun sayəsində olur.
Biz adamların arsına gedəcəyik. O, onların qəlbinə sülh, əmin-amanlıq gətirəcək, mən
onun.
«Rəbbim, sənə xidmət etməmə kömək olduğun üçün minnətdaram. Bu şərəfə necə layiq
olmağı öyrət. Onun missiyasının bir parçası olmaq üçün, onunla yanaşı yerimək üçün , öz
mənəvi həyatımı diriltmək üçün mənə güc ver. Qoy bizim günlərimiz son bir neçə gün
kimi olsun- qoy, biz xəstələri sağalda-sağalda, ümidsizlərə təsəlli verə-verə, Müqəddəs
Ananın məhəbbət sözlərini hamımıza ötürə – ötürə ölkədən-ölkəyə keçək».
120
Qəfildən şəlalənin səs – küyü yenidən eşidilməyə başladı, bizim yolumuz işıqlandı və
zülmət tunel yer üzünün ən gözəl məkanlarından birinə çevrildi. Biz nəhəng mağaranın –
baş kilsənin ölçüləri boyda – içində idik. Onun üç divarı daşdan idi, dördüncü divarı
yüksəklikdən ayağımızın altındakı göy – yaşıl gölə tökülən su əvəz edirdi.
Günəşin içəpi daxil olan şüaları onun arasından keçirdi və yaş daşlar parıldayırdılar.
Bir kəlmə belə demədən biz, əldən düşmüş halda divara söykəndik.
Bizim uşaq oyunlarımızda, körpə fantaziyalarımızda buy er quldurların qarət etdiklərini
gizlətdikləri xəzinə idi. İndi Torpaq Ananın möcüzəsinə dönmüşdü: mən hiss edirdim ki,
onun bətnindəyəm, mən bilirdim – O burdadır, Onun daşdan olan üç divarı bizi qoruyur,
dördüncü, su isə – bizim günahlarımızı yuyur.
- Çox sağ ol, - mən dilləndim.
- Kimə təşəkkür edirsən?
- Ona. Və Onun iradəsinin aləti olmuş, mənə əvvəlki inamımı qaytarmış sənə.
O, yeraltı gölün yanına getdi. Göy – yaşıl suya baxdı və gülümsədi.
- Bura gəl.
Mən yaxınlaşdım.
- Mən sənə hələ bilmədiyin bir şey danışmalıyam.
Bu sözlər məni təşvişə saldı, lakin onun baxışları sakit qalmaqda davam edirdi və mən
də sakitləşdim.
- Yer üzündə ki hər bir insana vergi verilib, - o başladı. – Bəzilərində o öz – özünə üzə
çıxır, digərləri onu tapmaq və meydana çıxartmaq üçün qüvvə sərf etməlidirlər. Məsələn,
mən seminariyada ueçirdiyim bütün dörd il ərzində çox çalışmışam.
İndi, əgər qoca qarovulçu bizi sovməəyə buraxmayanda onun dediyi sözü xatırlasaq, mən
oyun oynamalı idim.
Özümü elə göstərməliydim ki, guya heç nə bilmirəm.
«Eybi yox», - mən düşündüm və rolumu yaxşı oynamaq üçün vaxt qazanmaq məqsədilə
dedim:
- Sən seminariyada nə edirdin ki?
- Ümumiyyətlə, bu vacib deyil, - o cavab verdi. – Vacib olan odur ki, mən öz
qabiliyyətimi inkişaf etdirməyi və möhkəmlətməyi bacardım. Allah izn verəndə, mən
xəstəlikləri sağalda bilirəm.
- Bu ki əladır! – mən özümü heyrətlənmiş kimi göstərərək qışqırdım. – Həkimlərə pul
sərf etməyə ehtiyac olmayacaq.
Lakin o, mənim zarafatıma gülümsəmədi.Və mən özümü axmaq kimi hiss etdim.
- Mən öz qabiliyyətimi sənin gördüyün xarizmatik ritualların sayəsində inkişaf
etdirmişdim. Mənim dualarıma cavab olaraq Müqəddəs Ruh mən zühur etdi və məni
aydınlatdı, mən naxoşları əlimin təması ilə müalicə edirdim və sağaldırdım.Tezliklə
bunun sorağı bütün ətrafa yayıldı və monastırın qarşısında səhər erkəndən məndən kömək
gözləyən əzabkeşlərin, xəstələrin, əlillərin uzun növbəsi düzülürdü. Hər bir irinli, üfunətli
yarada mən İsanın yaralarını görürdüm.
- Mən səninlə fəxr edirəm, - mən pıçıldadım.
- Monastırda çoxları bunun əleyhinə idilər, lakin müqəddəs ata məni daima
dəstəkləyirdi.
- Biz bunu davam etdirəcəyik. Dünyanı birlikdə gəzəcəyik. Mən yaraları təmizləycəyəm,
sən onlara xeyir – dua verəcəksən, Allahsa öz möcüzələrini əyan edəcək.
O, baxışlarını məndən çəkərək gölə zillədi. Sent – Savendə, quyunun yanında onunla
şərab içdiyimiz gecə olduğu kimi mən yanımda naməlum varlığın mövcudluğunu hiss
etdim.
121
- Mən artıq sənə danışmışam, amma təkrar edəcəyəm, - o dava etdi. - Bir dəfə mən gecə
oyandım. Mənim hücrəmə parlaq işıqla işıqlanmışdı. Mən Müqəddəs Ananın simasını,
Onun sevgi dolu baxışlarını gördüm. O vaxtdan etibarən O, arabir mənim gözümə
görünməyə başladı. Mən Onu çağıra bilmirəm, lakin hərdən O, qarşımda peyda olur.
Mən özüm onda artıq Kilsənin həqiqi islahatçılarının sırasında idim. Və qəti bilirdim:
mən yerdəki vəzifəm – yalnız xəstəlikləri sağaltmaq yox, Qadın – Allahın dünyaya
gəlməsi üçün yol açmaqdır. Qadın başlanğıcı güclənəcək, təzədən Mərhəmət sütunu
ucalacaq – insanların ürəklərində Müdriklik Məbədi qurulacaq.
Mən gözqırpmadan ona baxırdım. Onun bir dəqiqə əvvəl gərginlik ifadə edən siması
yumşaldı.
- Bunun öz bədəli vardı və mən ödəməyə hazır idim.
Və o, sanki nə deyəcəyinibilmədiyindən susdu.
- Necə yəni «vardı»?- mən soruşdum.
- İlahənin yolu təkcə söz və möcüzə ilə salına bilərdi. Ancaq bizim dünyamız belə
qurulmayıb. Hər şey daha çətindir. Göz yaşları, əzab, anlamamazlıq olacaq.
«Bu müqəddəs atanın işidir, - mənim başımdan keçdi. – Keşiş onun ürəyinə qorxu səpib.
Lakin mən onun üçün təsəlli və ruhlandırıcı olacacağam».
- Bu əzab yox, şöhrət yoludur, - mən cavab verdim.
- Adamların çoxu hələ də məhəbbətə etibar eləmir…
Mən hiss edirdim – o, mənə nə isə demək istəyir, amma bacarmır. Bəlkə ona yardım
etmək lazımdır?
- Mən bu barədə fikirləşmişəm, - onun sözünü kəsdim. – Pireneylərin ən yüksək zirvəsini
ən birinci fəth edən kəs anlamışdı ki, risksiz həyat Tanrının nemətlərindən məhrumdur.
- Sən nemətlər haqqında nə bilirsən? – o qışqırdı və mən sakitliyin onu yenidən tərk
etdiyini gördüm. – Müqəddəs Ananın adlarından biri – Bərəkətli Müqəddəs Məryəmdir
və onun əli verdiyi nemətləri qəbul etməyi bacaran hər kəsə xeyir – dua verir.
Biz başqalarının yaşamlarını mühakimə edə bilmərik, zira hər kəs təkcə öz əzablarını
tanıyır və öz məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir,
özünü və digərlərini bu yolun yeganəliyinə inandırmaq isə tamam başqa.
İsa deyib: «mənim Atamın evində yaşayanlar çoxdur». Vergi Tanrı nemətinin özüdür.
Lakin zəhmət və yaxınlarına sevginin olduğu sadə, ləyaqətli həyat da Tanrı nemətləri ilə
zəngindir. Məryəmin Yer üzündə adsız zəhmətin qiymətini göstərə bilmiş həyat yoldaşı
vardı. O, özü kölgədə qala – qala arvadını və oğlunu başlarının üstündəki tavan və qida
ilə təmin elədi, onlara missiyalarını yerinə yetirmək imkanı verdi. Baxmayaraq ki, onun
əməyini heç kim layiqincə qiymətləndirmədi, o, çox əhəmiyyətlidir.
Mən dinmədim. O, mənim əlimdən tutdu.
- Bağışla, mən kobud və səbirsizəm.
Mən onun ovucunu öpdüm və yanağıma sıxdım.
- Mənim sənə izah etmək istədiyim budur, - o dedi və onun üzündə təbəssüm peyda oldu.
– Bizim təzədən görüşdüyümüz dəqiqədən etibarən mən anladım ki, səni əzablara
məhkum edə bilmərəm, onlarsa mənim bu dünyadakı missiyamın ayrılmaz parçasıdır.
Mən narahatçılıq hiss elədim.
- Dünən mən sənə yalan dedim. Birinci və sonuncu dəfə. Mən dedim ki, seminariyaya
gedirəm, amma əslində dağa qalxdım və Müqəddəs Ana ilə danışdım.
Mən Ona dedim ki, əgər O istəsə, mən səndən uzuqlaşacam və öz yolumla getməkdə
davam edəcəyəm – qapımın ağzandakı xəstələrlə, gecə səfərlərilə, inamı rədd etmək
istəyənqlərin anlamamazlığıyla, məhəbbətin xilas gətirdiyinə inanmayanların təhqiredici
122
baxışları ilə. Əgər Müqəddəs Ana bunu istəsə, mən ən əziz varlıqdan imtina edəcəyəm –
səndən.
Və bu anda müqəddəs ata bir də mənim yadıma düşdü. O haqlı çıxdı. Həmin səhər seçim
edilmişdi.
- Lakin yenə də, əgər bu qismətin məndən yan keçməsi mümkündürsə, mən dünyaya sənə
olan sevgimin vasitəsilə xidmət eləməyə söz verirəm.
- Sən nə danışırsan? – mən qorxu içində soruşdum.
Amma sanki eşitmirdi.
- Öz inamının möhkəmliyini sübut etmək üçün dağları yerindən tərpətmək lazım deyil, -
o davam etdi. – Mən əzabları təklikdə qəbul etməyə və onlara dözməyə hazıram, laki onu
səninlə bölüşməyə yox. Əgər mən əvvəlki yoluma davam eləsəm, bizim heç vaxt ağ
pərdəli pəncərələri dağlara baxan evimiz olmayacaq.
- Mən o ev haqqında heç nə bilmək istəmirəm! Mən onun kandarından belə keçmək
istəmirdim! – mən qışqırmamağa çalışaraq dilləndim. – mən səni müşayət etmək, sənin
mübarizəndə yanında olmaq, birinci risk edənlərin sırasında olmaq istəyirdim. Yəni sən
başa düşmürsən? Sən mənə inamımı qaytarmısan!
Cünəş yerini dəyişdi və onun şüaları mağaranın divarlarını işıqlandırdı. Lakin indi bu
gözəlliyin elə bir mənası yox idi.
Allah cəhənnəmi cənnətin ortasında gizlətmişdi.
- Sən anlamırsan,- o dedi və onun gözləri mənə yalvarırdı ki, başa düşüm. – Sən bunun
necə risk olduğunu anlamırsan.
- Lakin səni o, xoşbəxt edir!
- Hə. Amma bu mənim riskimdir.
Mən onun sözünü kəsməyə cəhd etdim, ancaq o, məni eşitmədən danışırdı:
- Ona görə də dünən mən Müqəddəs Məryəmdən möcüzə göstərməsini istədim. Xahiş
elədim ki, o, məni vergimi geri götürsün.
Mən qulaqlarıma inanmadım.
- mnim bir az pulum var, saysız – hesabsız səyahətlərdə qazandığım təcrübəm var. Ev
alarıq, mə niş taparam və Allaha İosif kimi xidmət edərəm – kölgədə qalanın itaətkarlığı
ilə. İnamımı qorumaq üçün mənə daha möcüzə lazım deyil. Mənə sən lazımsan.
Mənim ayaqlarım pambıq eimi oldu, sanki indicə huşumu itirəcəkdim.
- Mən Müqəddəs Məryəmə bu dua ilə müraciət etdiyim an içimdən naməlum dillərdə
səslər gəldi və mən eşitdim: «Əllərini torpağa daya. Sənin vergin səni tərk edəcək və
Ananın bətninə qayıdacaq».
- Ancaq sən bunu etmədin? – mən dəhşətlə soruşdum.
- Etdim. Mən, məni qoruyan Müqəddəs Ruhun dediklərini etdim. Duman çəkilməyə
başladı və günəş yenidən dağların zirvələri arxasında parıldadı. Mən hiss etdim ki,
Müqəddəs Məryəm məni başa düşdü – axı, o da ürəkdən sevib.
- Amma o, öz ərinin ardınca getdi! Və oğlunun əməllərini bəyəndi!
- Bizdə Onun gücü yoxdu, Pilar. Mənim vergim başqasına keçəcək – o, bihudə itib –
batmayacaq.
Dünən mən barda Barselonaya zəng vurdum və mühazirəni ləğv elədim. Gedək Saraqosa
– orda sənin tanışların çoxdur, orda balamaq asan olacaq. Mən tez iş tapacağam.
Mən artıq fikirləşmək iqtidarında deyildim.
- Pilar!
Lakin mən artıq tunellə geri qayıdırdım və artıq mənim dayağım, mənə yol göstərən bir
kimsəm yox idi, mənim ardımca isə minlərlə kütlə gəlirdi – ölümə məhkum edilmiş
123
xəstələr, əzab çəkməyə məhkum edilmiş ailələr, həyata keçirilməmiş möcüzələr, dünyanı
gözəlləşdiməmiş təbəssümlər, əvvəlki yerlərində qalmağa məcbur dağlar.
Mən hər tərəfdən üstümə yeriyən az qala fiziki qatı zülmətdən başqa, demək olar ki, heç
nə görmürdüm.
***
Rio – Pyedranın sahilində mən oturdum və ağladım. O gecə mənim başımdan keçən
fikirlər dağınıq və tutqun idilər və onda nə barədə düşündüyümü indi yadıma salmaqda
çətinlik çəkirəm. Bircə onu başa düşürəm ki, ölüm lap yaxınımda idi – ancaq onun
sifətini xatırlamıram, məni hara apardığını bilmirəm.
Amma mən onu yadıma salmaq istərdim - öz ürəyimdən qoparmaq üçün. Ancaq
bacarmıram. Qaranlıq tuneldən çıxaraq üstünə zülmət çökmüş dünya ilə üz –üzə gəldiyim
ana qədər hər şey yuxuya bənzəyir.
GÖydə bir dənə də ulduz yox idi. Maaşına necə çatdığım, oturacaqdan rükzakı necə
götürdüyüm və hara getdiyimi bilmədən irəlilədiyim tutqun yadıma gəlir. Yəqin, şosseyə
çıxmışam, Saraqosa gedən yol maşınlarını saxlamağa çalışmışam – amma nəticəsiz.
Axırda monastırın bağına qayıtmışam.
Hər yerdən su səsi eşidilirdi – hər tərəf şəlalə idi və mən hara gedirəmsə, gedim, arxamca
gələn Müqəddəs Ananın varlığını hiss edirdim. Axı, o da dünyanı Allahı sevdiyi qədər
möhkəm sevirdi, axı, o, öz öğlunu adamlara qurban vermişdi. Lakin onun qadın – kişi
məhəbbətindən xəbəri vardımı?
Ola bilsin ki, O da sevgidən əziyyət çəkib, amma bu başqa sevgi idi. Onun Böyük Əri hər
şeyi bilirdi və möcüzələr yaradırdı. Onun dünyəvi əri qadınının yuxularındakı hər şeyə
inanan, itaətkar, zəhmətkeş idi. Ona sevdiyin kişini atmağın və ya onun tərəfəndən tərk
edilməyin nə demək olduğunu bilmək qismət olmayıb. İosif,Onun hamiləliyindən xəbər
tutub evdən qovmaq istəyəndə, Səmavi Ər buna Mane olmaq üçün onun yanına mələk
göndərdi.
Bəli, Oğlu onu tərk etdi. Lakin uşaqlar həmişə ata evindən gedirlər. Yaxınına, oğluna və
ya bəşəriyyətə sevgi xatirinə əzablara dözmək asandır. Bu əzablar sənin həyatın bir
parçası olman hissini yaradır və sənin əzabların dahi və alicənabdırlar. Öz missiyanı
gerçəkləşdirmək üçün, ali amal xatirinə əzablara dözmək asandır – bu əzablar əzabkeşin
ruhunu göylərə qaldırır.
Ancaq kişi üçün əzab çəkdiyini necə izah edəsən və bəraət verəsən? Heç cür. Bu
mümkün deyil. Və biz cəhənnəmə düşürük, zira bu əzablarda nə alicənablıq, nə böyüklük
var. Bəs nə var? Heç nə yoxdur. Yalnız bədbəxtlik.
Həmin gecə mən donmuş torpağa yıxıldım və sanki soyuq mənim acılarımı keyləşdirdi.
Hərdən belə bir fikir yaranırdı: sığınacaq tapmasam, donacağam. Nə olsun? Həyatımdakı
ən vacib şeylər bir həftə içndə səxavətlə mənə bağışlandı – bağışlandı və həmin anda geri
alındı, elə tez alındı ki, mən heç səsimi də çıxartmağa macal tapmadım.
Məni əsməcə tutmuşdu,lakin mən buna fikir vermirdim. Vaxt çatacaq – bədənim məni
isitmək üçün sərf etdiyi bütün gücünü itirərək dayanacaq və mən artıq heç nə edə
bilməyəcəyəm. Onda mənim bədənim öz adi sakitliyinə dönəcək, ölüm məni öz qoynuna
alacaq.
Bir saatdan çox titrədim. Və rahatlıq gəldi.
Gözlərim yumulana yaxın qulağıma anamın səsi gəldi. O, mənim uşaqlıqda eşitdiyim
əhvalatı danışırdı və heç ağlına da gətirmirdi ki, bu əhvalat mənim haqqımdadır.
124
«Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri – birini sevdilər – anamın
səsi ya ölümqabağı bihuşluqda, ya da yuxuda eşidilirdi. – Və evlənmək qərarına gəldilər.
Bəy və gəlinsə həmişə birinə hədiyyə verir.
Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox
gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi.
Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin
dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı.
Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə
gəlinə – kəsdirdiyi saçları üçün daraq».
Kimsə məni möhkəm silkələyərək oyatmağa çalışırdı və mən ayıldım.
- İç! – mən kişi səsi eşitdim. – Tez iç!
Mən nə baş verdiyini anlamırdım və müqavimət göstərə bilmirdim. Adam mənim
dişlərimi araladı və içimi yandıran mayeni ağzıma tökdü. Nəzərimə onun təkcə köynəkdə
olduğu, öz gödəkcəsi ilə məni bürüdüyü çarpdı.
- İç! İç! – o tələb etdi.
Və mən boyun əydim. Sonra yenə gözlərimi yumdum.
Monastırda ayıldım. Kimsə bir qadın mənə baxırdı.
- Siz, az qala, ölmüşdünüz, - o dedi. – Əgər monastırın arovulçusu olmasaydı, indi
dünyanızı dəyişmişdiniz.
Mən nə elədiyimi tam anlamadan çətinliklə ayağa qalxdım. Dünənki hadisədən bəzi
şeyləri xatırladım və həmin qarovulçunun yaxınlıqda olmasına təəssüfləndim.
Lakin ölümün məqamı ötürülmüşdü. Mən yaşamalı idim.
Qadın məni mətbəxə apardı, qəhvə tökdü, boşqaba yeməyə nə isə qoydu. O, heç nə
soruşmurdu, mən də heç izah etmədim. Yeməyimi bitirəndə o, rükzakımı mənə uzatdı.
- Yoxlayın, görün hər şey yerindədirmi?
- Yəqin ki. Bir də orda qiymətli heç bir şey yoxdu.
- səni qarşıda həyat gözləyir, qızım. Uzun həyat. Onun qədrini bil.
- Hardasa buralarda kilsəli olan kiçik şəhər var, - mən özümü ağlamaqdan güclə
saxlayaraq dedim. – Dünən bura gəlməzdən qabaq mən həmin kilsəyə girmişdim… - və
tutuldum. - …uşaqlıq dostumla
birlikdə. Mən kilsələri gəzməkdən yorulmuşdum, amma orda kilsənin zəngləri çaldı və o
dedi ki, bu işarədir və biz içəri girməliyik.
Qadın yenidən mənim fincanımı doldurdu, özünə də süzdü və yanımda oturaraq mənə
söhbətimə qulaq asmağa başladı.
- Və biz içəri girdik. Ora qranlıq və boş idi. Mən işarənin nə olduğunu
müəyyənləşdirməyə çalışdım, lakin adi mehrabdan və müqəddəslərin heykəllərindən
başqa heç nə görmədim. Qəflətən hardasa yuxarıda, orqanın olduğu yerdə canlanma
yarandı.
Məlum oldu ki, xorda altı simli gitara çalan bir neçə oğlan alətləri kökləməyə başlayıb.
Biz qərara gəldik ki, oturub bir az qulaq asaq, sonra yolumuza davam edək.
Az sonra kimsə bir Adam da bizə qoşuldu. O şən idi və oğlanlara qışqırırdı ki, pasodobl
çalsınlar.
- Ümid edirəm, onlar bunu etmədilər! – qadın dedi. – Pasodoblu öküz döyüşündə çalırlar.
- Etmədilər. Ancaq güldülər və flamenko çaldılar. Bütün bunlar dostumla mənə möcüzə
kimi göründü – kilsənin dincəldici qaranlığı, gitara simlərinin cingiltisi və yanımızda
oturmuş o məzəli adam.
Yavaş – yavaş kilsə camaatla dolurdu. Musiqiçilər flamenko çalmaqda davam edirdilər
və gələnlərin hamısı melodiyanın ritminə uyaraq gülümsəyirdilər.
125
Mənim dostum messanı dinləyib – dinlməyəciyimi soruşdu – tezliklə ibadət başlamalıydı.
Mən imtina etdim, çünki yolumuz çox uzaq idi. Biz çıxmağa hazırlaşdıq, lakin əvvəlcə
həyatımıza bir gözəl an daha yazdığı üçün Allaha təşəkkür etdik.
Qapıya yaxınlaşanda gördük ki, həddindən çox adam - az qala bu balaca şəhərin bütün
sakinləri – kilsəyə axışır. Mən düşündüm ki, bəlkə də bura İspaniyanın sonuncu tam
katolik şəhəridir – yəqin ona görə ibadətlər burda belə şən və canlı keçir.
Maşina oturanda dəfn mərasimi gördük. Adamlar əllərində tabut aparırdılar. Ağlaşmaya
hazırlaşırdılar. Dəfn mərasimi məbədin qapısından içəri girəndə musiqiçilər flamenkonu
kəsdilər və rekviem çaldılar.
- Allah rəhmət eləsin! – qadın xaç çəkərək dedi.
Mən də xaç çəkdim və davam etdim:
- Bax, işarə bu idi. Bizə xəbər verilirdi ki, hər bir əhvalatın sonu mütləq kədərlidir.
Qadın mənə baxdı, amma heç nə demədi. Sonra çıxdı və tez də bir qalaq kağız və
qələmlə qayıtdı.
- Gəl, bayıra çıxaq.
Biz çıxdıq. Hava işıqlanırdı.
- Dərindən nəfəs al, - o xahiş etdi. – Qoy, səhərin təmiz havası ciyərlərinə dolsun, qanına
işləsin. Sən dünən möcüzə nəticəsində sağ qalmısan.
Və belə görünür ki, indicə mənə danışdığın əhvalatın mahiyyətini Heç sən özün də
anlamırsan. Sən onun təecə kədərli sonluğunu gördün və kilsədə yaşadığın xoşbəxt anları
unutdun. Unutdun ki, sanki göylərin necə yerə endiyini görmüsən. Unutdun ki, bütün bu
anları … - o, dilini sürüdü və və gülümsəyərək öz vurub sözünü bitirdi. – uşaqlıq
dostunla birlikdə və onun yanında yaşamağın necə yaxşı olduğunu düşünmüsən. İsanın
sözləri yadındadı: «»Qoy, ölülər öz ölülərini basdırsınlar». Zira o bilirdi ki, ölüm yoxdur.
Həyat biz bu dünyaya gələnə qədər olub və bi zonu tərk edəndən sonra da olacaq.
Mənim gözlərim yaşla doldu.
- Eyni şey sevgiyə də aiddir, - o davam etdi. – O, əvvəllər də var olub və əbədilik olacaq.
- Mənə elə gəlir ki, siz mənim həyatımı bilirsiniz, - mən dedim.
- Bütün sevgi əhvalatları biri birinə oxşayır. Mən də vaxtlə Bundan keçmişəm. Ancaq
mən bu yadımda qalmayıb. Yadımda qalan odur ki, sevgi dirildi və başqa insanın, yeni
ümidlərin, yeni arzuların simasında qayıtdı.
O, kağızı və qələmi mənə uzatdı.
- Bütün hiss etdiklərini yaz. O hissləri öz qəlbindən çıxart, onları kağıza tök, sonra da
tulla. Rəvayətdə deyilir ki, guya Rio – Pyedranın suları elə soyuqdur ki, bu çayın sularına
düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri – vaxt keçdikcə onun məcrasını
döşəyən daşlara çevrilirlər. Nə bilmək olar, bəlkə əzabları da selə atmağın xeyri olacaq?
O, məni öpdü və dedi ki, əgər istəsəm, nahara qayıda bilərəm.
- Unutma! – o, arxamca çağırdı. – Sevgi əbədidir. Sevgililər dəyişir.
Mən güldüm, o, mənə əl yellədi.
Mən uzun müddət çaya baxdım, Göz yaşlarımın quruduğun hiss edənə qədər ağladım.
Və onda mən yazmağa başladım.
Epiloq
Mən bir, iki, üç gün yazdım. Hər səhər çayın kənarına gəlirdim. Axşama yıxın Həmin
qadın peyda olurdu və əlimdən tutaraq məni öz evinə – köhnə monastırdakı hücrəsinə
apırırdı.
126
O, mənim paltarlarımı yuyurdu, sadə şam yeməyi hazırlayırdı, boş - boş şeylərdən
danışırdı və məni yatırdırdı.
Bir səhər, işimin sona çatmasına az qalmış, mən eşitdim – maşın gəldi. Ürəyim dayandı,
sonra bərk çırpındı, lakin mən onun dediklərinə inanmaq istəmirdir. Mən artıq özümü hər
şeydən azad hiss edirdim və dünyaya qayıtmağa, yenidən onun bir parçası olmağa hazır
idim.
Ən təhlükəli an özü haqqında işıqlı kədər qoyaraq keçmişdi.
Amma ürəyim məni aldatmırdı. Gözümü əlyazmadan çəkmədən onun varlığını duydum,
addımlarını eşitdim.
- Pilar, - o, yanımda oturaraq dilləndi.
Mən cavab vermədim. Yazmağa davam etdim, amma fikirlərim artıq qarışmışdı və mən
onları bir yerə toplamaq iqtidarında deyildim. Ürəyim elə döyünürdü, elə titrəyirdi ki,
sanki sinəmi tərk etmək, onun görüşünə cummaq istəyirdi. Lakin mən buraxmırdım.
O, oturaraq çaya bıxırdı, mənsə dayanmadan qələmi kağızın üzərində gəzdirirdim. Bütün
səhər beləcə keçdi – heç birimiz bir kəlmə belə danışmadıq – və quyu kənarında
keçirdiyimiz həmin gecənin səssizliüini xatırladım – onda mənə qəflətən əyan olmuşdu –
mən onu sevirəm.
Yorğunluqdan əllərim üyüşdü və mən dayandım. Onda o dedi:
- mən mağaradan çıxanda artıq qaranlıq düşmüşdü və mən səni gözdən itirdim. Saraqosa
getdim. Sonra – Soriyaya. Mən səni axtararaq bütün dünyanı dolaşardım. Pyedra
monastırına qayıtdım və burda bir qadınla rastlaşdım. O, sənin yerini mən dedi. Və əlavə
etdi ki, bütün bu günlər sən məni gözləmisən.
Mənim gözlərim yaşla dolurdu.
- Sən bu sahildə oturduğun müddətcə mən sənin yanında qalacam. Yatmağa gedəngə –
kandarda uzanacam. Əgər uzaqlara getsən, ardınca yollanacam.
Sən «Get» deyənə qədər belə olacaq. Onda mən gedəcəm. Amma yenə də bütün həyatım
boyu səni sevəcəm.
Mən artıq göz yaşlarımı gizlədə bilmirdim. O da ağlayırdı.
- İstəyirəm, biləsən ki… - o davam etdi.
- Heç nə demə. Götür, oxu,- mən cavab verdim və bir topa yazılı vərəqi ona uzatdım.
Həmin günü mən axşama qədər çaya baxaraq keçirdim. Qadın bizə şərab və buterbrodlar
gətirdi, hava haqqında nə isə dedi və bizi yenidən tək qoydu. OЁ bir neçə dəfə oxumağı
dayandırdı və dərin düşüncələrə dalmış halda heç nə görməyən baxışlarını üfüqə zillədi.
Mən meşədə gəzmək, kiçik şəlalələrə, dağ yamaclarına baxmaq istədim – onların hər
birinin öz əhvalatı vardı, hər biri gizli anlam daşıyırdı. ,ünəş qüruba enəndə onu qoyub –
getdiyim yerə qayıtdım.
- Çox sağ ol, - o, əlyazmasını mənə verərək dedi. – Və bağışla.
Mən Rio – Pyedranın sahilində oturdum və gülümsədim.
- Sənin məhəbbətin məni xilas etdi və arzularıma qaytardı, - o davam etdi.
Mən səssizcə və tərpənmədən oturmuşdum.
- 137- ci surə yadındadır? – o soruşdu.
Mən başımı yellədim. Ağzımı açmağa qorxurdum.
- Babil çaylarının yanında…
- Hə, hə, əlbəttə, yadımdadır, - mən yavaş – yavaş həyata qayıtdığımı hiss edərək dedim.
– Orada çöhbət sürgündən gedir.Ürəklərinin istədiyini çala bilmədikləri üçün arfalarını
ağacların budaqlarından asmış adamlardan danışılır.
- Lakin ağlaşma bitəndən sonra ağıçı röyalarının torpağını işıqlı kədərlə xatırlayaraq
özünə söz verir:
127
Əgər mən səni unutsam, Yerusəlim,
Unut məni, sağ əlim mənim
Qırtlağıma yapış, dilim mənim
Əgər mən səni unutsam, Yerusəlim
O, yenidən gülümsədi:
- Mən bunu unutmağa başlamışdım. Sən mənim xatırlamağıma səbəb oldun.
- Necə bilirsən, sənin vergin sənə qayıdacaq? – mən soruşdum.
- Bilmirəm. Ancaq Allah həmişə mənə ikinci şans verib. O, mənə səni verir. Və sən
təzədən öz yolumu tapmaqda kömək edəcəksən.
- Bizim yolumuzu, - mən düzəliş verdim.
- Hə, bizim.
O, mənim əlimdən tutdu, yerdən qalxmağa kömək elədi.
- Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.
(Son)
Dostları ilə paylaş: |