Ə Ə İ a I mallar



Yüklə 85,79 Kb.
səhifə1/20
tarix28.12.2021
ölçüsü85,79 Kb.
#12664
  1   2   3   4   5   6   7   8   9   ...   20


121

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

UOT: 617.7:615.21

Əsədova Ş.Ə.

BOTULİN A TOKSİNİN OFTALMOLOGİYADA İSTİFADƏSİ (ƏDƏBİYYAT 

İCMALI)

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı şəh., Azərbaycan

Açar sözlər: Botulin A toksini, çəpgözlük, blefarospazm, göz qapaqlarının retraksiyası

Clostridium botulinum tərəfindən ifraz olunan botulin toksin A insana təsir edən ən güclü bioloji toksinlərdən 

biridir və 8 ayrı antigeni (A, B, C1, C 2, D, E, F, G) var [1]. Bunların içində ən güclü olan Botulin A toksini (BAT) 

çəpgözlüyün  müalicəsində  istifadə  olunur  [2].  İlk  dəfə  1980  ildə AB  Skott  çəpgözlüyün  müalicəsində  istifadə 

etmişdir [3]. Daha sonra preparat nevrologiyada istifadə olunmağa başladı [4]. Çox saylı müşahidələr BAT-nin 

effektivliyini sübuta yetirdi və 1989-cu ildə Amerikanın Qida və Dərmanlara Nəzarət İdarəsi (FDA) rəsmi surətdə 

BAT-nin  oftalmologiyada  və  nevrologiyada  istifadəsinə  icazə  verdi.  Bir  çox  oftalmoloqlar  və  nevropatoloqlar 

inyeksiyalardan sonra qırışların azalmasını müşahidə etmişdir və 1980-ci ildən preparat dermatokosmetologiyada 

öz yerini tapmağa başladı [5]. 

BAT güclü neyrotoksindir, xolinergik sinirlərin uclarına bağlanaraq endositoz yolu ilə hüceyrə içinə daxil olur 

və neyromuskulyar birləşmələrdə asetilxolin ifrazını blok edir. Asetilxolin əzələnin yığılması üçün lazım olan bir 

neyrotransmitterdir. Beləliklə BAT kimyəvi deinervasiya edir. Əzələnin motor funksiyası daha sonra sinir uclarında 

tumurcuqlanma və reinervasiya prosesi ilə geri dönür və regenerasiya klinik olaraq ən tez 2-4 ay arasında baş verir. 

Deinervasiya olunan əzələnin miofilamentlərində azalma, əzələ fibrinlərində atrofiya, lizosomların toplanması və 

sinir uclarında zəif dərəcədə demielinizasiya kimi geri dönən bəzi morfoloji və histopatoloji dəyişikliklər olduğu 

müşahidə olunmuşdur [1]. 

BAT oftalmologiyada geniş istifadə olunur. Paralitik və qeyri-paralitik çəpgözlüklər, nistaqm, lakrimal vəzin 

hipersekresiyası,  göz  qapaqlarının  retraksiyası,  spastik  entropion,  kompressiv  optik  neyropatiya  və  s.  kimi 

xəstəliklər BTX inyeksiyası ilə çox uğurla müalicə olunur [6, 7].

Ekstraokulyar  əzələlərdə  iki  fərqli  tip  BAT  istifadə  olunur.  Bunlar  BOTOX  (Allergan)  və  Dysport  (İpsen)-

dur.  Botoxun  bir  flakonunda  100  vahid  BAT,  Dysportun  bir  flakonunda  isə  500  vahid  BAT  var. Yəni  1  vahid 

Botox 3-5 vahid Dysporta bərabərdir. Ekstraokulyar əzələlərdə 2.5- 10 vahid BAT istifadə olunur. BAT paralitik 

təsiri  inyeksiyadan  sonra  5-8  günlərdə  maksimuma  çatır.  Bu  zaman  içində  BAT  vurulan  əzələdə  hərəkətsizlik 

qeyd olunur və bu hərəkətsizlik 2 ay içində bərpa olunur. BAT təsirinin tam keçməsi təqribən 6-9 arasında baş 

verir. BAT keçici iflic etməsinə baxmayaraq bəzi hallarda çəpliyi tamamilə düzəldir. Əgər BAT effektiv olmursa, 

Botulin toksin B 750-2500 vahid hər gözə istifadə oluna bilər. Lakin Botulin toksin B-nin təsiri qısa müddətlidir 

(8-10 həftə) və ətraf toxumalara geniş diffuziya edir [8, 9, 10]. BAT əlavə təsirləri: göz ətrafında şişkinlik, ptoz, 

diplopiya,  laqoftalm,  quru  göz  sindromu  ,  akkomodasiya  pozulması  və  s.  kimi  keçici  təsirlər  ola  bilər.  Lakin 

inyeksiya qaydalarına düzgün riayət edilsə fəsadlar çox nadirdir.


Yüklə 85,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin