“E-hökumət” nədir?



Yüklə 233,51 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.01.2022
ölçüsü233,51 Kb.
#37720
1   2   3   4   5   6   7   8
Elektron hökumət (1)

E-İmza 

 

Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə  qlobal aləmdə  şəxsiyyəti 



müəyyənləşdirmə vasitəsidir.  

 

Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli 



çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda 

kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın 

malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata 

əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur. 

E- imzanın tətbiqində  iki açardan istifadə olunur: gizli və açıq açarlar. Belə ki, 

informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk 

etmir.  İmza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi 

imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun 

müəllifliyinin həqiqiliyinə əmin ola bilər. E- imza infrastrukturunun yaradılması, 

istifadəçilərin e-imza ilə təmin olunması və ümumilikdə ölkəmizdə vətəndaşların  e-

hökumətin imkanlarından yararlanması məqsədi ilə  bir çox layihələr uğurla həyata 

keçirilir.Təhlükəsiz internetin təmin olunması Elektron Hökumət-in 

başlıca  inkişaf  xətlərindəndir.Hər hansı bir vətəndaş  e-portalda onlayn qeydiyyatdan keçə 

və ya poçt şöbələrindən  kod  şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana, 

həm də e-imzaya sahib ola bilər. 

 

  



  

 

 



 

 

 



 


 

Yüklə 233,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin