~ 28 ~
3.1.Elektrik təchizatı sxemləri və onların tərtibi
1.Əsas tələblər. Müəssisənin elektrik təchizatı sistemi qidalandırıcı, paylayıcı,
transformator və çevirici yarımstansiyalarından, onları əlaqələndirən kabel və hava
şəbəkələrindən, gərginliyi 1kV-dan çox və 1kV-dan aşağı olan şinnaqilərdən
ibarətdir. Müəssisənin elektrik təchizatına qoyulan təlabat müəssisənin istehlak etdiyi
gücdən onun növündən (kiçik, orta və ya iri) asılıdır. İri müəssisələrin
işlədicilərininqoyuluş gücü 75 100MVt (qara və əlvan metalurgiya, kimya, ağır
maşınqayırma zavodları) təşkil edir. Orta güclü müəssisələrin işlədicilərinin gücü
75 100MVt-a qədərdir (maşınqayırma zavodları, ağac emelı kombinatları, tekstil
fabrikləri). Kiçik güclü müəssisələsrin işlədicilərinin qoyuluş gücü 5MVt-a qədərdir
(yüngül qida sənaye müəssisələri).
Elektrik təchiztzı sxemləri elə tərtib edilir ki, elektrik təchizatı sisteminin
bütövlükdə etibarlığı, iqtisadiliyi, xidməti təhlükəsizliyi və istənilən rejimdə tələb
olunan enerji keyfiyyəti təmin edilsin.
Elektrik təchizatı sistemi onun sxemi ilə xarakterizə olunur. Elektrik təchizatı
sxeminin etibarlığı elektrik enerjisi qəbuledicilərinin kateqoriyalarından asılı olaraq
təyin edilir. Elektrik təchizatı sxeminin formalaşdırılması üçün sex
transformatorlarının sayı və gücü seçilməlidir.
Dərin girişlərin tətbiq olunduğu ən etibarlı və iqtisadi elektrik təchizatı sistemi,
yüksək gərginlikli (35 110kV) mənbələrin elektrik enerjisi işlədicilərinə maksimum
yaxın olduği sistemdir.
Elektrik təchizatı sisteminin bütün elementləri daimi yük altında olmalıdır. Bu
iş rejimində elektrik enerjisi itkiləri azalır və etibarlıq artır.
Elektrik təchizatı sisteminin qurulması zamanı xətlərin və transformatorların
ayrılıqda işi nəzərdə tutulur ki, bu da qısaqapanma cərəyanlarını azaldır, birinci
kommutasiya sxemini və girişlərdə rele mühafizəsini sadələşdirir. İstehlakçıların
qidalanmasını bərpa etmək üçün sadə Avtomatik Təkrar Qoşulma (ATQ) və Ehtiyatın
Avtomatik Qoşulması (EAQ) sxemləri tətbiq edilir. Girişlərin və ya alçaldıcı
transformatorların paralel işi seksiya (bölmə) açarının tətbiqi nəticəsində təmin edilir.
Hər hansı bir dövrənin normal iş rejiminin pozulması zamanı, dövrə avtomatik açılır.
Sənaye müəssisəsinin elektrik təchizatı sxemi qida mənbəyi ilə içlədicilər
arasındakı əlaqəni göstərir. Sxem bu xüsusiyyətlərə malik olmalıdır:
Etibarlıq,
~ 29 ~
iqtisadilik, müəssisə üzrə yüklərin yerləşmə xarakteri, tələb olunan gücün miqdarı,
məxsusi mənbəyin olması və.s.
Sənaye müəssisəsinin elektrik təchizatı sxemləri iki hissədən ibarətdir: Xarici
elektrik təchizatı sxemləri, daxili elektrik təchizatı sxemləri.
Dostları ilə paylaş: