İki transformatorlu yarımstansiyalarda elektrik enerjisi energetika sistemindən
tələb olunan gərginliyə qədər alçaldılır və alçaq gərginlikli paylayıcı qurğunun
(AGPQ) işlədiciləri arasında paylanır. Yarımstansiyaların struktur sxemi şəkil 3.6-da
~ 34 ~
Şəkil 3.6.Yarımstansiyanın struktur sxemi
Düyün yarımstansiyalarında energetika sisteminin ayrı-ayrı hissələri və
işlədicilərin qidalandırılması arasında əlaqə yaradılır. (şəkil 3.7)
Şəkil 3.7.İki transformatorlu düyün yarımstansiyasının struktur sxemi
Yarımstansiyalarda iki OGPQ bir YGPQ və bir AGPQ-da quraşdırıla bilər.
Belə yarımstansiyalarda iki avtotransformator və ya iki transformator quraşdırılır.
(şəkil 3.8)
Şəkil 3.8.Yarımstansiyanın struktur sxemi
(1 YGPQ 2OGPQ və 1AGPQ)
Bu halda transformatorlardan birinin qəza açılması zamanı, digər transformator
işlədiciləri etibarlı enerji ilə təchiz etməlidir. Belə yarımstansiyalardan birinci
kateqoriyalı işlədicilər qidalandırılır. 2-ci kateqoriyalı işlədicilərin bir transformatorlu
yarımstansiyalardan qidalandırılması zamanı, ehtiyatda transformator və ya digr qida
mənbəyi olmalıdır. 3-cü kateqoriyalı işlədicilər bir transformatorlu yarımstansiyadan
qidalandırılır.Transformator zədələndikdə onu dəyişdirilməsi və ya təmiri 24 saat
müddətində yerinə yetirilməlidir.
2.Yarımstansiyaların elektrik birləşmə sxemləri.
~ 35 ~
Yarımstansiyaların transformatorları, paylayıcı qurğuları, hava və kabel xətləri
bir-biri ilə kommutasiya aparatları vasitəsi ilə birləşdirilir, və bu elementlər elektrik
sxemlərində təsvir olunur. Elektrik birləşmələrinin baş sxemləri əsas avadanlıqların
elektrik birləşmə sxemi adlanır. Bu sxem güc və ölçü transformatorlarının,
kommutasiya aparatlarının, reaktorların və onları birləşdirən keçiricilərin elektrik
birləşmə
sxemidir. Yarımstansiyaların baş sxemi üçün həlledici amil
yarımstansiyaların enerji sistemində yerləşməsi, onların təyinatı, gücü, gərginlik
səviyyəsi və eləcə də işlədicilərin kateqoriyalarıdır. Çəkiliş üsuluna görə
yarımstansiyaların sexemləri 2 yerə ayrılır:
1) Çox xətli (bütün fazalar göstərilməklə)
2) Bir xətli
Çox xətli sxemlərdə elektrik qurğularının bütün fazaları və sıfır naqili
göstərilir. Bir xətli elektrik sxemlərində isə ancaq bir faza göstərilir. Bir xətli elektrik
sxemlərinin qrafiki sadə və yadda qalandır. Elektrik sxemləri aşağıdakı tələbləri
ödəməlidir:
İstehlakçıların elektrik təchizatını etibarlı təmin etməlidir.
İstismar minimal material və vasitə sərfi vasitəsi ilə yerinə yetirilməlidir
Təhlükəsiz xidmət təmin etməlidir.
Təcili çevirmələr prosesində xidməti işçilərin səff əməliyyatları istisna
olunmalıdır.
Yarımstansiyaların yüksək gərginlikli tərəfdə elektrik sxemlərini nəzərdən keçirək.
Dostları ilə paylaş: