59
verə bilər.
4. Elektrik qurğuları və elektrik şəbəkələri (110kV və
yuxarı gərginlikli), qida mənbəyinin bilavasitə yerlə
birləşdirilmiş neytralla işlədiyindən onların yerə nəzərən daha
kiçik izolyasiya səviyyəsi olur. Ona görə belə şəbəkələrdə
istifadə olunan elektrik avadanlıqlarının (transformatorlar,
reaktorlar, açarlar, xətt izolyatorları) maya dəyərini aşağı
salmağı imkanı mövcuddur.
Neytralın rejimindən asılı olaraq, elektrik qurğularının
istismarında təhlükəsizliyi təmin edən mühafizə torpaqlanması
və ya sıfırlanma, həmçinin mühafizə açılması kimi qorunma
tədbirləri seçilir.
Bundan başqa ətraf mühiti nəzərə almaqla digər
mühafizə tədbirləri görürlər, məsələn kiçik gərginliklərinin
tətbiqi,
şəbəkələrin
mühafizə
bölünməsi,
elektrik
qəbuledicilərinin ikiqat izolyasiyası və s.
Dostları ilə paylaş: