127
1000V-a qədər gərginlikli elektrik avadanlıqlarının
açılması rubilniklə, avtomatik açarlarla və kontaktorlarla
həyata
keçirilir.
Əgər
təmir
zamanı
müvəqqəti
torpaqlayıcılardan istifadə olunmursa, ona təmir işçilərini
səhvən qoşulmalardan mühafizə etmək üçün əlavə təbirlər
görülməlidir. Belə tədbirlərə misal olaraq, kommutasiya
aparatının kontaktları arasına dielektrikdən araqatının
qoyulması, intiqalın bağlanması və naqillərin açılmasını
göstərmək olar.
Dostları ilə paylaş: