3.3 Elektrik avadanlıqlarının elektrik sınağı
Təhlükəsizlik texnikasının qaydalarına (TTQ) görə
elektrotexniki qurğuların istismarı zamanı, onların periodik
(dövrü) və ya təmirdən sonra müxtəlif elektrik sınaqları
aparılır.
Elektrik mühərriklərində stator dolağının izolyasiyasının
sabit və ya 50Hs tezlikli dəyişən yüksək gərginlikdə aparılır
(sabit cərəyanda həmçinin izolyasiya və dolağın aktiv
müqaviməti də ölçülür).
Güc transformatorlarında periodik olaraq, dolaqların
izolyasiya müqaviməti ölçülür, dielektriki itki bucağının
tangensi, sızma cərəyanları və yüksək rejimdəki itkilər təyin
edilir, yüksək gərginlik izolyasiyasının sınağını və
140
fazlaşdırma əməliyyatını aparılır. Sınaq gərginliyinin qiyməti,
avadanlığın nominal gərginliyindən qat-qat çox olur. Məsələn,
elektromühərriklər üçün
nom
sıı
U
,
U
5
2
2
; 10kV güc
transformatorlarda
kV`1
35
sıı
U
, açıcılar (kəsicilər) üçün
nom
sıı
U
U
6
5
.
Beləliklə,
avadanlıqlarının yüksək
gərginlikdə sınağı elektrotexniki işçilər üçün xüsusi təhlükə
yaratdığı üçün sınaq işləri zamanı əlavə təhlükəsizlik tədbirləri
görmək vacibdir.
Bütün elektrik sınaq işləri iki nəfərdən az olmayan
briqada tərəfindən aparılır və bu zaman iş icraçısının
kvalifikasiya qrupu IV, qalanların isə III-dən aşağı
olmamalıdr.
Sınağı aparan şəxs, xüsusi hazırlığı, sınağı aparılacaq
elektrik avadanlıqlarının sxemlərinə aid testdən (biliyinin
yoxlaması) keçməlidir və xüsusi təlimatı bilməlidir.
1000V-dan yuxarı gərginliklərdə sınaq naryad üzrə
aparılır. İzolyasiyanın yüksək gərginlikdə sınağı çox
məsuliyyətli və təhlükəli olduğundan, onun aparılması zamanı
aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etmək vacibdir:
a)
sınaq elektrik avadanlıqlarının və sınaq qurğularının
örtükləri torpaqlanmalıdır.
b)
avadanlığın sınıq sxemi, onu aparacaq briqada işçiləri
tərəfindən yığılır.
c)
sınaq yeri və birləşdirmə naqilləri şitlər, baryerlər,
kanatlarla (hansılardan “Dayan-yüksək gərginlik”
plakatları asılır) çəpərlənir və ya sınaq yerində
müşahidəsi qoyulur.
d)
kabelin damar izolyasiyasının yüksək gərginlikdə
141
sınaqdan keçirərkən, onun digər ucu olan kamera və
ya yuva (özək) örtülü olmalı və qapısından ( ya da
çəpərindən) “Dayan – yüksək gərginlik”, açılmış
ayrıcılarının inteqalında isə “Qapana-adamlar işləyir”
plakatları asılmalıdır.
Kabellər və ay hava xətləri sınaqdan qabaq elektrik
yüklərindən boşaldılır. Sınaq (kenotron) qurğusunun qida
dövrəsində (380/220V) mütləq rubilnik və ya ştepselli
ayrıcıdan istifadə edilməlidir. Şəkildə kenotron qurğusunun
prinsipial elektrik sxemi göstərilmişdir.
Avadanlığa yüksək sınaq gərginliyi verən naqil,
köməkçi izolyatorlara etibarlı birləşdirilir və elektrik
qurğusunun cərəyan keçirən hissələr yaxın olmamalıdır.
Sınaq qurğusunun 380/220V şəbəkə gərginliyinə
birləşdirilməzdən öncə, onun yüksək gərginlikli sıxacı elastiki
naqilə (en kəsiyi 4mm
2
–dan az olmayan) malik ştanqa ilə
torpaqlanır. Sınaq gərginliyi verilməzdən qabaq, bütün briqada
üzvlərinin yerində olmasına, kənar şəxslərin sınağı aparılacaq
avadanlıqdan uzaqlaşdığına tam inandıqdan və “Gərginlik
verirəm” xəbərdarlığı etdikdən sonra yüksək gərginlik
sıxacından torpaqlama götürülür və 380/220V gərginlikli
tərəfdə açar (rubilnik) qapanır.
Yüksək gərginliklə sınaq başa çatdıqdan sonra iş icraçısı
gərginliyi sıfıra qədər azaldır və açarın köməyi ilə sınaq
qurğusunu 380/220V gərginlikli şəbəkədən ayırır, yüksək
gərginlik sıxacı torpaqlayır və bunu briqada işçilərinə
“Gərginlik götürüldü” ifadəsi ilə çatdırır. Ancaq bundan sonra
sınaq qurğusundan naqilləri açmaq və qoyulmuş çəpərləri
götürmək olar.
|