18
Müşahidələr nəticəsində həmçinin müəyyən edilmişdir
ki, elektromaqnit sahəsinin orqanizmə təsir dərəcəsi,
elektromaqnit dalğalarının elektrik və maqnit toplananlarının
rəqslərinin tezliyindən və onların intensivliyindən asılıdır. Bu
halda ən böyük təsir, elektrik toplananı göstərir.
Sənaye tezlikli elektrik sahəsi (elektrik toplananı) bioloji
təsirlə yanaşı insan orqanizmini elektrikləşdirir (naqili
elektrikləşdirən kimi). Ona görə torpaqdan izolə olunmuş və
elektrik sahəsində olan adamın bədəni hiss olunacaq dərəcədə
elektrik potensialının (bir neçə kilovolt) təsirinə məruz qalır.
Elektriklənmiş
işçi,
gövdəsi
torpaqlanmış
elektrik
avadanlıqlarına toxunduqda elektrik boşalmaları yaranır ki, bu
da öz növbəsində insanlarda xoşagəlməz əhval-ruhiyyə əmələ
gətirir.
Sənaye tezlikli elektrik sahəsinin təsirini, adamların
bədənindən yerə axan cərəyanın qiyməti ilə təyin etmək qəbul
olunub. Bu cərəyanın qiyməti adamın durduğu yerdəki sahə
intensivliyinə mütənasibdir. Uzun müddət insan bədənindən
axabilən cərəyanın buraxılabilən qiyməti 50
mkA qədərdir.
Elektrik sahəsinin potensialı, sahənin müxtəlif
yerlərində
eyni olmayıb, yerə nəzərən naqilin tutumundan və
gərginliyindən asılıdır.
Yüksək tezlikli aparatlara xidmət zonasında sahə
intensivliyinin qiyməti normaya görə (10-20) V/m-dən çox
olmamalıdır.
Yüksək tezlikli sahələrdə intensivliyin qiymətini təyin
etmək üçün müxtəlif cihazlardan istifadə oluna bilər.
İfrat tezlikli elektromaqnit sahələrdə adamlar tərəfindən
qəbul oluna bilən şüalanmanın buraxılan norması, orta güclü
20
aşağıdakı mühafizə tədbirləri görülməlidir:
a) xüsusi qurluşların köməyilə mənbənin şüalanmasını
azaltmaq (antenna, açıq tipli dalğa ötürmələri);
b) şüalanma mənbəyini ekranlaşdırmaq;
v)elektromaqnit enerjisi mənbəyinin yaxınlığındakı iş
yerini ekranlaşdırmaq və ya mənbəni uzaqlaşdırmaq;
q) fərdi mühafizə vasitələrindən istifadə etməli.
Texnoloji şəraitə görə bütöv metal ekranlardan istifadə
etmək mümkün olmadıqda tor şəkilli ekranlar tətbiq oluna
bilər. Kameraların pəncərələrini, kabinaları və otaqları
ekranlaşdırmaq üçün şüaları əks etdirən qatla örtülmüş xüsusi
şüşədən istifadə olunur.
Dostları ilə paylaş: