156
Yanar toz halında olan qarışıq, otaqda asılmış (duman
halında) vəziyyətdə (aerozol) və ya müxtəlif avadanlıqların
səthlərinə oturmuş (aeroqel) halda olur. Aerozolların öz-özünə
alışma temperaturu aeroqellərə nisbətən çox olur. Məsələn,
kömür tozunun (aerozolun) alışma temperaturu 969
0
S, həmin
toz aeroqel formasında olduqda öz-özünə alıçma temperaturu
260
0
S olur.
Bəzi istehsalatlarda istifadə olunan elektrotexniki
qurğularda qığılcım yaranma və həddən artıq qızma ehtimalı
oluğundan, onlar yanğın və partlayış təhlükəsini yarada bilər.
Ona görə də elektrotexniki qurğularının qaydalarına əsasən
avadanlıqlar, quraşdırılacaq otağın yanğın və partlayış
təhlükəsindən asılı olaraq seçilir.
Hazırda müxtəlif ölkələrdə partlayışdan mühafizə
olunan elektrotexniki avadanlıqlar hazırlanır.
Öz-özünə alışma temperaturundan asılı olaraq, partlayış
təhlükəsi olan qarışıqlar beş qrupa ayrılır:
qrup T
1
– öz-özünə alışma temperaturu 450
0
S yuxarı,
qrup T
2
– öz-özünə alışma temperaturu 300 ÷ 450
0
S,
qrup T
3
– öz-özünə alışma temperaturu 200 ÷ 300
0
S,
qrup T
4
– öz-özünə alışma temperaturu 135 ÷ 200
0
S,
qrup T
4
– öz-özünə alışma temperaturu 100 ÷ 135
0
S.
Dostları ilə paylaş: