Ə. Q. Abbasov


Yerdən izoləedilmiş neytrallı üçfazlı şəbəkələr



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   19   20   21   22   23   24   25   26   ...   104
Yerdən izoləedilmiş neytrallı üçfazlı şəbəkələr 
 
Sənaye  müəssisələrində  ikinci  elektrik  təchizatında, 
enerji  sistemlərindən,  baş  alçaldığı  yarımstansiyadan  sex 
paylaşdırıcı məntəqələrə qədər elektrik enerjisi adətən 6 və ya 
10kV  gərginlikdə  paylanr.  Bu  cür  şəbəkələrdə  qida  mənbəyi 
olaraq  ,  alçaldığı  üçfazlı  transformatorun  ikinci  dolağından 
istifadə  olunur.  Bu  transformatorun  neytralı  yerdən  izolə 
edilmiş olur və ya qövssöndürən aparatın induktiv müqaviməti 
vasitəsilə  yerlə  birləşdirilir  (bir  fazlı  yerlə  qapanmada  tutum 
cərəyanını kompensasiya etmək üçün). 
Yerdən 
izoləedilmiş 
neytrala  malik  şəbəkələrin 
üstünlüyü, birfazlı yerlə qapanma hallarında qapanma cərəyanı 
kiçik alındığından qurğular mühafizə tədbirləri ilə açılmır, ona 
görə də elektrik qəbul edicilərin qidası kəsilmir. 
1000V-dan  yuxarı  gərginlikli  şəbəkələrin  xarakterik 
xüsusiyyəti,  kabel  və  hava  xətlərinin  izolyasiya  müqaviməti 
yerə  nəzərən  böyük,  fazaların  tutum  keçiriciliyi  yerə  nəzərən 
çox olmasıdır.  
Yerdən  izolə  edilmiş  neytrallı  şəbəkələrdə  fazların 
izolyasiya  və  tutum  keçiriciklərinin  bərabərliyində  yerə 
nəzərən 
faz 
gərginliklərinin 
simmetriyası  olur,  qida 
mənbəyinin  neytralının  yerə  nəzərən  gərginliyi  sıfır  olur.  Bu 
hal  üçün  yerə  nəzərən  faz  və  xətti  gərginliklərinin  vektor 
diaqramları şəkil 7-də  göstərilmişdir.  
Yerə tam qapanma olmadıqda (məsələn, yerdə dayanmış 
adamın  faz  naqillərindən  birinə  toxunduqda  və  ya  faz 
izolyasiyasının  müqaviməti  azaldıqda)  faz  gərginliklərinin 
yerə  nəzərən  simmetriyasi  pozulur.  Şəkil  8,  b-dən  göründüyü 


46 
 
kimi,  adam  toxunmuş  fazanın  gərginliyi  (U
a
)  azalır,  qalan 
fazların gərginlikləri isə artır (U
c
, U
v
).  Bu halda neytralın yerə 
nəzərən  gərginliyi  artmış  olur.  Fazalardan  biri  yerə  tam 
qapandıqda  (məsələn,  A  fazası),  qalan  iki  fazanın  gərginliyi 
3
  dəfə artaraq, xətti gərginliyə bərabər olur (şəkil 8, v). 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  yerdə 
dayanmış  adamın  şəbəkənin  fazalarından  birinə  toxunduqda, 
ondan  digər  iki  fazanın  izolyasiya  keçiricikləri  və  yerə 
nəzərəm tutumların  hesabına cərəyanın axmasına  səbəb olur. 
Adam bədənindən baxılan halda axan cərəyanı təyin edək. 
Neytralı  yerdən  izoləedilmiş  üçfazlı  şəbəkənin 
sadələşdirilmiş sxemi şəkil 8-də göstərilmişdir. Həmin sxemdə 
şəbəkə  boyu  paylanmış,  yerə  nəzərən  fazaların  izolyasiya 
keçiricikləri  və  tutumları  ümumi  şəkildə    göstərilmişdir. 
İzolyasiyanın  aktiv  keçiriciliyini   
iz
iz
r
g
/
1

 və  tutum 
keçiriciliyini  isə   
C
b
c


 işarə  edək.  məsələni  sadələşdirmək 
üçün  fazların  izolyasiya  müqavimətləri  (r
iz
)  və  tutumları  (C) 
bir-birinə bərabər, yəni r
iz.a 
=r
iz.b
 = r
iz.c
 C
a
 = C
b
 = C
c
 
Yerə nəzərən fazların tam keçiriciliyi  
;....
;
;
c
c
c
b
b
b
a
b
a
jb
g
Y
jb
g
Y
jb
g
Y






         (1.1) 
 
düsturlarından hesablanır. 
Adam “a” fazasına toxunaraq yerlə qapanma yaratdıqda, 
həmin fazanın tam keçiriciliyi artır və aşağıda verilən ifadəyə 
bərabər olur:  
a
adam
a
adam
a
am
a
jb
g
g
g
Y
Y





.
 
Om  qanununa  görə  yerə  qapanma  cərəyanı  (adamdan 
axan cərəyan) 


47 
 
 
adam
y
a
y
r
U
I
.

   və ya  
adam
y
a
y
g
U
I
.

                 (1.2)  
hesablanır. 
Şəkil 8-ə əsasən yerə nəzərən faz gərginlikləri aşağıdakı 
düsturlardan təyin edilir:  

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin