Şəkil 18. Yerlə birləşdirəcək elektrik avadanlıqları ətrafında torpaqlayıcıların yerləşdirilməsi a – kənara çıxarılan torpaqlanma: 1 – torpaqlayıcılar; 2 – torpaqlayıcı magistral; 3 – torpaqlanacaq elektrik avadanlıqları; b – kontur torpaqlanması: 1- torpaqlayıcılar; 2 – torpaqlayıcı naqillər (torpaqda yerləşdirilmiş); 3 – yerlə birləşdiriləcək elektrik avadanlıqları; 4 – xarici torpaqlayıcı naqillər. Bu halda torpaqlayıcılar bir-birinə yaxın olduğundan
konturun torpağın səthindəki ixtiyari nöqtəsi müəyyən
potensiala malik olur. Konturun daxilində müxtəlif nöqtələr
arasında zəif potensiallar fərqli hiss olunur. Ona görə də
baxılan halda toxunma əmsalı kiçik olur.
Beləliklə, toxunma gərginliyi
t tox U U
, yerə nəzərən
gərginlikdən
az olduğundan insan bədənindən axan
cərəyanında qiyməti hiss olunacaq dərəcədə azalmış olur.
Baxılan səbəblərə görə konturun daxilində “addım”
gərginliyinin qiyməti də az olur. Bəzi hallarda konturun
daxilində potensialı əlavə olaraq bərabərləşdirmək üçün
konturun daxilində horizontal istiqamətdə polad şinlər
quraşdırılır.
Keçiriciliyi pis olan qruntlarda (torpaqda) uzunluğu 10-
82
12m olan polad çubuqlardan istifadə olunur. Adi torpaq
qatında polad çubuqlardan və ya uzunluğu 2,5-3m olan su
borularından
istifadə
olunur. Bu cür torpaqlayıcının
quraşdırılması şəkil 19-da göstərilmişdir.