Martın 17-də Türkiyənin Qars vilayətinin Selim ra-
yonunda Transanadolu qaz boru kəməri – TANAP-
ın təməlinin qoyulması münasibətilə təntənəli
mərasim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezi-
denti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti
Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Preziden-
ti İlham Əliyev bir daha Türkiyədə olmaqdan
məmnunluğunu bildirdi. “Bu gün tarixi gündür və
bu layihə ilk növbədə Türkiyə–Azərbaycan birliyi-
nin layihəsidir”, – deyən dövlət başçısı ölkələrimizin
bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə
çatdırdı. Onun sözlərinə görə, 1994-cü ildə ulu
öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti
sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan
enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə
xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olun-
ması üçün inşa edilən Bakı–Tbilisi–Ceyhan neft
kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin
enerji təhlükəsizliyində əvəzsiz rol oynadı. TANAP
qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildi-
yini deyən Prezident İlham Əliyev dünya miqyasında
böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub”
qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu
vurğuladı. Qısa vaxtda dünyada böyük dəstək qa-
zanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin
tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin
cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən
dövlətimizin başçısı “Cənub” qaz dəhlizini Avropanın
ən böyük infrastruktur layihəsi kimi dəyərləndirdi.
Bildirdi ki, Azərbaycanın malik olduğu nəhəng qaz
ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu
layihə ölkələr arasında yeni əməkdaşlıq formatları-
nın yaranmasına səbəb olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu
layihənin sülhə və rifaha xidmət etməsini arzuladı.
Dövlət başçısı “Şahdəniz” qazını Avropaya çatdıra-
caq bu kəmərin əhəmiyyətindən danışdı, onun ilk
növbədə ölkələrimizin və bölgə xalqlarının rifahına
xidmət edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin
özəlliyi baxımından TANAP-ın alternativinin olmadığı-
nı deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər
bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin
nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin
olduğunu dedi.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Cənub”
qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu
qeyd edərək, bu layihənin regionun inkişafında mü-
hüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin
başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasın-
da enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm
və digər layihələrin inkişafına xidmət edəcəyini,
ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunması-
na güclü dəstək verdiyini diqqətə çatdırdı.
Dostları ilə paylaş: |