14
EcoVision
XƏBƏRLƏR
etdi. Bizim üçün Çanaqqala zəfər rəmzidir, eyni za-
manda itkilərimiz baxımından bir hüzn ifadəsidir”.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak
olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra
“Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni
imzaladılar.
Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dün-
ya müharibəsi dövründə Osmanlı dövləti ilə Antanta
dövlətləri arasında baş verib. İttifaq üzvləri Osman-
lı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları idarə
etmək hüququnu özlərində saxlamaq istəyirdilər. Lakin
onlar türk xalqının dəmir iradəsini sarsıda bilmədilər.
Səkkiz ay davam edən və böyük itkilərin qeydə alın-
dığı döyüşlərdə məğlub olan ittifaq dövlətləri geri
çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş məhv
olmaq vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi
kimi əfsanələşdi və Çanaqqala zəfəri adı ilə tarixə düş-
dü. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid
verdilər. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün
isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir.
Çanaqqala
zəfərinin
əldə
olunmasında
azərbaycanlılar da yaxından iştirak ediblər və 3
mindən çox soydaşımız şəhidlik zirvəsinə ucalıb.
Dostları ilə paylaş: |