EcoVision


türkiyənin Baş naziri azərbaycan



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə18/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   14   15   16   17   18   19   20   21   ...   95
türkiyənin Baş naziri azərbaycan 

nümayəndə heyəti ilə görüşüb

Əmək  və  əhalinin  sosial  müdafiəsi  naziri  Səlim 

Müslümovun  başçılıq  etdiyi  nümayəndə  heyətinin 

Türkiyəyə səfəri başlayıb.

Səfərin  birinci  günü  nümayəndə  heyəti  Ankara-

dakı  Heydər  Əliyev  parkını  ziyarət  edib.  Ümummilli 

liderin  parkdakı  abidəsi  önünə  tər  çiçəklər  düzülub, 

xatirəsi  ehtiramla  yad  olunub.  Sonra  Türkiyənin  Baş 

naziri  Əhməd  Davudoğlu  Azərbaycan  nümayəndə 

heyəti ilə görüşüb.

Görüşdə  Azərbaycanla  Türkiyə  arasında  inkişaf 

edən  hərtərəfli  əlaqələrin  əhəmiyyətindən  danışı-

lıb.  Əlaqələrimizin  möhkəmlənməsində  prezidentlər 

İlham  Əliyevin  və  Rəcəb  Tayyib  Ərdoğanın  birgə 

səyləri  xüsusi  vurğulanıb.  Qeyd  olunub  ki,  ikitərəfli 

əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə 

dair məsələlər xüsusi yer tutur.

Türkiyənin  Baş  naziri  diqqətə  çatdırıb  ki,  artıq 

on  ildən  çoxdur  əmək  və  əhalinin  sosial  müdafiəsi 

sahəsindəki  hökumətlərarası  saziş  hər  iki  tərəfdən 

uğurla icra olunur və bəhrəsini verir.

Səlim  Müslümov  iki  ölkənin  müvafiq  nazirlikləri 

arasında  sıx  əlaqələrin  mövcudluğundan  bəhs  edib. 

Bildirib  ki,  əmək  bazarı,  məşğulluq,  sosial  təminat, 

əlillərin  sosial  müdafiəsi,  tibbi-sosial  eksperti-

za  və  əlilliyin  reabilitasiyası  məsələlərində  tərəflər 

daim  bir-biri  ilə  informasiya  mübadiləsi  aparır. 

Eyni  zamanda,  vətəndaşlarımızın  sosial  müdafiəsi 

istiqamətində  təcrübə  mübadiləsi  də  mövcuddur. 

Xüsusilə  Azərbaycan  tərəfi  türkiyəli  həmkarlarının 

peşə  standartlarının  hazırlanması  və  tətbiqi,  əmək 

münasibətlərində  üçtərəfli  komissiyanın  (dövlət, 

həmkarlar  ittifaqları  və  işəgötürənlər)  fəaliyyəti,  ge-

niş  əhatəli  tibbi  sığorta  sisteminin  qurulması,  işsiz-

lik  sığortasının  tətbiqi  və  onun  işsiz  vətəndaşların 

həyatındakı  rolu  sahəsindəki  uğurlarını  yüksək 

qiymətləndirir.  Məlumat  verilib  ki,  bu  il  ilk  dəfə 

olaraq  azərbaycanlı  əlillər  reabilitasiya  məqsədilə 

Türkiyənin  Pamukkaladakı  tibbi-sosial  reabilitasiya 

mərkəzinə  bərpa  müalicəsi  məqsədilə  göndəriliblər 

və bu proses davamlı olacaq. Burada müalicə keçən 

azərbaycanlılara yüksək xidmət göstərilib.

Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Ba-

ğırov, Türkiyənin Əmək və sosial müdafiə naziri Faruk 

Çelik və digər rəsmi şəxslər iştirak ediblər.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin