türkiyə respublikasının azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri cənab alper
coşkun İdarə Heyətinin yeni tərkibini qəbul edib
2 mart 2015-ci ildə ATİB İdarə Heyətinin yeni tərkibi
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri cənab Alper Coşkun tərəfindən qəbul
edilib.
Qəbul üçün təşəkkür edən ATİB İdarə Heyətinin
sədri Cemal Yangın hər zaman səfirliyin dəstəyini
hiss etdiklərini bildirib: "Sizə və Türkiyə Respublikası
səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığın-
cağında iştirakınıza görə təşəkkür edirik. ATİB olaraq
bundan sonra da iki qardaş ölkənin maraqları naminə
çalışacağımızdan əmin olmanızı istəyirik”.
Türkiyənin səfiri cənab Alper Coşkun öz növbəsində
qeyd edib ki, ATİB Azərbaycanın iş adamları təşkilatları
sırasında özünəməxsus yer tutur: "Əminəm ki, siz bun-
dan öncə olduğu kimi, bundan sonra da işlərinizi uğurla
davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr və yeni
uğurlar gözləyirik”.
Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib.
Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki
səfirliyinin müvafiq təmsilçiləri də iştirak edib.
Dostları ilə paylaş: |