29
atİB nümayəndə heyəti Gürcüstan–türkiyə–
azərbaycan Biznes Forumunda iştirak edib
6 mart 2015-ci ildə Batumidə Azərbaycan İqtisadiyyat və
Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İn-
vestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Gürcüstan–
Türkiyə–Azərbaycan Biznes Forumu keçirilib.
Forumda ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə
Heyətinin üzvləri Rafiq Qarayev və Rəşad Rəsullu iştirak edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan–Türkiyə
və Gürcüstan–Azərbaycan iqtisadi əlaqələrinin getdikcə in-
kişaf edərək ən məhsuldar bir dövrə gəlib çatdığını bildirib:
"Mən əminəm ki, bu ənənə davam edəcək və bizim ölkələrin
əməkdaşlığı daha maraqlı və uğurlu layihələrin həyata
keçirilməsinə gətirib çıxaracaq. Gürcüstan, Azərbaycan və
Türkiyənin potensialı var və biz Şərqlə Qərb arasında, həmçinin
regionda keyfiyyətli iqtisadi əlaqələrdə əsas və əhəmiyyətli
oyunçu olacağıq".
Forum çərçivəsində Gürcüstanın Baş naziri Türkiyə və
Azərbaycan iqtisadiyyat nazirləri ilə görüşüb, onlara biznes,
iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinə görə təşəkkür
edib. Qeyd edək ki, bu gün Batumidə keçirilən tədbirdə Gür-
cüstanın Baş nazirinin müavini, İqtisadiyyat və davamlı inkişaf
naziri Georgi Kvirikaşvili, Türkiyənin İqtisadiyyat naziri Nihat
zeybekci və Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin
Mustafayev çıxış ediblər.
Dostları ilə paylaş: |