EcoVision


"L.B. audit Xidmeti" şirkəti, "L.B.consulting"



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə6/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   2   3   4   5   6   7   8   9   ...   95
azərbaycan - türkiyə münasibətlərinin 

inkişaf dinamikası məmnunluq doğurur

cemal Yangın

ATİB İdarə Heyətinin sədri




9

daha da güclənməsinə rəvac verəcək mühüm hadisə kimi 

dəyərləndiririk. 

Çanaqqala  zəfərinin  yüksək  səviyyədə  qeyd 

olunmasın;n  100  il  öncə  əsl  qardaşlıq  nümunəsi 

göstərərək könüllü olaraq döyüşlərə qoşulmuş və şəhid 

olmuş  üç  mindən  çox  azərbaycanlı  qardaşımızın  da 

xatirəsinə ehtiramın bir ifadəsi olduğunu düşünürük.

Ötən  dövr  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin 

fəaliyyətində də bir sıra əlamətdar hadisələrlə yadda qal-

dı. 28 fevral 2015-ci ildə “Park Inn” hotelində Azərbaycan 

Türkiyə İş Adamları Birliyinin Ümumi Yığıncağının növbəti 

iclası  keçirildi.  Türkiyə  Respublikasının  Azərbaycandakı 

fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun, Pre-

zident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin 

sektor  müdiri  Elman  Paşayev,  Milli  Məclisin  İqtisadi 

siyasət  komitəsinin  sədri,  millət  vəkili,  iqtisad  elmləri 

doktoru  ziyad  Səmədzadə,  millət  vəkili,  Milli  Məclisin 

Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İqtisadiyyat ve 

sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan 

Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar 

Mərkəzinin  direktoru  Fərhad  Məmmədov,  Azərbaycan 

Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli 

Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, 

Azərbaycanın  ali  təhsil  müəssisələrinin  nümayəndələri, 

DEİK/DTİK Avrasiya Bölgə Komitəsinin sədri Ali Galip Sa-

vaşır,  Rus–Türk  İş  Adamları  Birliyi  İdarə  Heyətinin  sədri 

Naki  Karaaslan  Ümumi  Yığıncaqda  çıxış  edərək  ATİB 

haqqında dəyərli fikirlərini bildirdilər. İclas zamanı Birliyin 

Nizamnaməsinə  əsasən  İdarə  Heyətinin  tərkibi,  ehtiyat 

üzvləri və idarə heyəti sədrinin seçilməsi məsələsinə ba-

xıldı və qərarlar qəbul edildi. Ötən dövr ərzində ATİB-də 

baş verən yeniliklərdən biri də məhz  ATİB İdarə Heyətinin 

yeni tərkibdə fəaliyyətə başlaması oldu. 

ATİB İdarə Heyətinin yeni tərkibinin Türkiyə Respub-

likasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 

cənab Alper Coşkunla da  görüşü oldu. Görüşdə hər za-

man səfirliyin dəstəyini hiss etdiyimizi qeyd etdik. ATİB 

olaraq  bundan  sonra  da  iki  qardaş  ölkənin  maraqla-

rı  naminə  çalışacağımızı  vurğuladıq.  Cənab  səfir  isə  öz 

növbəsində qeyd etdi ki, ATİB Azərbaycanın iş adamları 

təşkilatları sırasında özünəməxsus yer tutur: "Əminəm ki, 

siz bundan öncə olduğu kimi, bundan sonra da işlərinizi 

uğurla davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr 

və yeni uğurlar gözləyirik”.

Biz  inanırıq  ki,  yeni  üzvlər  öz  missiyalarını  layiqincə 

yerinə  yetirəcək  və  ATİB  öz  fəaliyyətini  daha  da 

genişləndirəcəkdir.  

ATİB ötən aylarda da təşkilati potensialını gücləndirmək 

məqsədilə fəaliyyətini davam etdirdi. Hər zaman olduğu 

kimi,  ötən  aylarda  da  İdarə  Heyətinin  üzvləri  ilə  birgə 

üzvlərimizi  ziyarət  etdik.  “Holiday  Inn  Baku”  hotelini 

(“Marina  Plaza”  MMC),  “zenit  Tour”  şirkətlərini  ziyarət 

edərək onların fəaliyyəti və həyata keçirdikləri yeniliklərlə 

yaxından tanış olduq.

ATİB  ötən  dövr  ərzində  dövlət  tədbirlərində, 

beynəlxalq  simpoziumlarda,  forumlarda  fəal  iştirak  et-

mişdir. 6 mart 2015-ci ildə Batumidə Azərbaycan İqtisa-

diyyat  və  Sənaye  Nazirliyinin  dəstəyi  və  Azərbaycanda 

İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı 

ilə Gürcüstan–Türkiyə–Azərbaycan Biznes Forumu keçiril-

di. ATİB İdarə Heyətinin üzvləri ilə birgə forumda iştirak 

etdik.

ATİB  fəaliyyəti,  həyata  keçirdiyi  layihələrlə  bağ-



lı  daha  geniş  auditoriyaya  məlumat  vermək  məqsədiilə 

Azərbaycanda  təşkil  olunan  beynəlxalq  sərgilərdə  də 

fəal  iştirak  edir.  14-cü  Azərbaycan  Beynəlxalq  "Turizm 

və  Səyahətlər”  və  "Horex  Caucasus  2015”  7-ci  Qafqaz 

Beynəlxalq  "Mehmanxana,  restoran  və  supermarketlər 

üçün avadanlıq və ləvazimatlar” sərgisi keçirilib. Birliyimi-

zin üzvü “Iteca Caspian” şirkətinin təşkil etdiyi bu sərgilərə 

Azərbaycan Türkiyə İş Adamları Birliyi öz stendi ilə qatılıb.  

Qeyd edim ki, ATİB eyni zamanda bu sərginin informasiya 

tərəfdaşı olub.  Sərgidə ATİB ziyarətçilərə birlik haqqında 

ətraflı məlumat verərək, nəşrlərini təqdim etdi. 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin