atİB İdarə Heyətinin üzvü ali Gümüş
avropa İttifaqı ilə azərbaycan dövlət Miqrasiya
Xidmətinin birgə təşkil etdiyi layihənin bağlanış
mərasimində iştirak edib
6 mart 2015-ci ildə Bakıda Avropa İttifaqı ilə
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil et-
diyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin profes-
sional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq
layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə
Heyətinin üzvü Ali Gümüşün başçılıq etdiyi nümayəndə
heyəti iştirak edib.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli
dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bil-
dirib ki, xidmətin təşəbbüsü ilə Avropa Komissiyasına
təqdim edilmiş 1,050 mln. avroluq Tvinninq layihəsi üzrə
müvafiq tədbirlərin icrası 2013-cü ilin yanvar ayından
başlayıb və bugünədək davam edib.
Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Nider-
land Krallığı, Latviya və Rumıniyanın miqrasiya sahəsində
fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent
üzrə birgə 53 tədbir həyata keçirilib. Bura təlimlər, se-
minarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər
tədbirlər aiddir.
Tədbirdə Niderland Krallığının Repatriasiya və Geri
Qaytarma Xidmətinin baş direktoru Rodia Maas, Latvi-
yanın Vətəndaşlıq və miqrasiya məsələləri idarəsinin rəis
müavini Janis Citskovskis, Rumıniyanın İmmiqrasiya üzrə
Baş Müfəttişliyinin idarə rəisi Oktavian Predesku, Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram
meneceri Miquel Marko Qomez və digər qonaqlar işti-
rak ediblər.
|