turistləri ən çox hansı şəhərlər cəlb edir?
Son illər Asiya turistlər arasında ən populyar
qitəyə çevrilib və hazırda bu qitənin bir neçə şəhəri
dünya üzrə rəsmən ən çox ziyarət olunan şəhərlər si-
yahısına başçılıq edir.
Euromonitor International tədqiqat kompani-
yası ən çox ziyarət edilən dünya şəhərləri haqda
məlumat dərc edib. Asiya şəhərləri bu reytinqdə lider
mövqelərdə yerləşib və çoxluq təşkil edirlər. Onların
sırasında Türkiyənin Antalya və İstanbul şəhərləri də
yer alır
Beləliklə, turistlər tərəfindən ən çox ziyarət edilən
20 şəhər belə sıralanır:
Çinin Honkonq şəhəri (il ərzində 25,5 milyon tu-
rist), Sinqapurun Sinqapur şəhəri (22,4 milyon), Tailan-
dın Banqkok şəhəri (17,4 milyon), Böyük Britaniyanın
London şəhəri (16,7 milyon), Fransanın Paris şəhəri
(15,2 milyon), Makaonun Makao şəhəri (14,2 milyon),
ABŞ-ın Nyu-York şəhəri (11,8 milyon), Çinin Şençjen
şəhəri (11,7 milyon), Malayziyanın Kuala-Lumpur
şəhəri (11,18 milyon), Türkiyənin Antalya şəhəri (11,12
milyon), İstanbul şəhəri (10,48 milyon), Birləşmiş Ərəb
əmirliyinin Dubay şəhəri (10,45 milyon), Cənubi Kore-
yanın Seul şəhəri (8,61 milyon), İtaliyanın Roma şəhəri
(8,6 milyon), Tailandın Pxuket şəhəri (8 milyon), Çinin
Quançjou şəhəri (7,6 milyon), Səudiyyə Ərəbistanının
Məkkə şəhəri (7,5 milyon), Taiandın Pattayya şəhəri
(6,9 milyon), Tayvanın Taybey şəhəri (6,6 milyon),
ABŞ-ın Mayami şəhəri (6,3 milyon).
23
|