EcoVision


azərbaycanda sponsorluq məsələləri qanunla



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə96/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   92   93   94   95   96   97   98   99   ...   107
azərbaycanda sponsorluq məsələləri qanunla 

tənzimlənəcək

 “Reklam haqqında” qanun layihəsində "Sponsor" 

və "Sponsor reklamı" anlayışlarının tərifi verilib.

  Sponsor-idman,  mədəni-kütləvi,  yaxud  başqa 

tədbirlərin təşkili və (və ya) keçirilməsi, elektron infor-

masiya vasitələrində proqramın (verilişin) yaradılma-

sı  və  (və  ya)  yayımlanması,  habelə  əqli  fəaliyyətinin 

başqa  nəticələrindən  istifadə  olunması  üçün  könül-

lü  qaydada  maliyyə  vəsaiti  və  (və  ya)  başqa  maddi 

formada vəsait ayıran, yaxud ayrılmasını təmin edən 

şəxsdir.

Sponsor  reklamı  –  şəxsin  sponsor  qismində 

göstərilməsi şərti ilə yayımlanan reklamdır.

Sponsor  reklamında  yalnız  sponsorun  adı 

göstərilə  bilər.  Sponsor  reklamında  onun  əmtəələri 

barədə məlumatlar əks olunmamalıdır. Əmtəənin adı 

sponsor qismində göstərilə bilməz.

Layihədə  bildirilir  ki,  sponsor  reklamı  sponsorla 

reklam  istehsalçısı  və  (və  ya)  reklam  yayıcısı  arasın-

da bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) 

yayımlanır.

Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və 

məmulatların, tibbi xidmətlərin reklamının sponsoru 

olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı-

nın razılığını almalıdır.

Qanun  layihəsində  dövri  mətbuat  vasitəsilə  ya-

yımlanan  elanlarda  (anonslarda)  əmtəə  nişanının, 

reklamvericinin, sponsorun adının yerləşdirilməsi rek-

lam  hesab  olunur.  O  da  bildirilir  ki,  sosial  reklamda 

sponsorların,  reklamın  sifarişçisinin    maarifləndirmə 

və  xeyriyyəçilik  fəaliyyətinə  dair  məlumatlar,  çətin 

vəziyyətdə, yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər 

istisna edilməklə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə 

məşğul olan fiziki şəxslərin konkret əmtəələri, əmtəə 

nişanları, loqotipləri göstərilə bilməz. 


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin