784) Evkalipt bitkisindən alınan yağ hansı preparatın tərkibinə daxil deyil?
A) “İnqakamf”
B) ”Evkamon”
C) “Lavian”
D) “İnqalipt”
E) “Evkatol”
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206-208.
785) “Romazulan” preparatı hansı bitkidən hazırlanır?
A) Bağayarpağından
B) Çobanyastığı çiçəyindən
C) Dazıotundan
D) Gicitkən yarpağından
E) Boymadərən çiçəklərindən
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 242-245.
786) Boymadərənin dəmləmə və ekstraktı hansı məqsədlə tətbiq edilir?
A) Qurdqovucu kimi
B) Sidikqovucu kimi
C) İşlədici kimi
D) Qankəsici kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.245-247.
787) Qaraqınıq otunun dəmləməsi hansı xassəyə malikdir?
A) Ödqovucu
B) Sidikqovucu
C) Qurdqovucu
D) Hipotenziv
E) Bəlğəmgətirici
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.256.
Dostları ilə paylaş: |