382) Klonidin-hidroxloridin (Klofelin) xarakterik cəhəti hansıdır?
A) Atrioventrikulyar keçiriciliyin qismən və ya tam blokadasına səbəb olur
B) Damar-hərəkət mərkəzinin fəaliyyətinə tormozlayıcı təsir göstərir
C) Gözdaxilitəzyiqi artırır
D) Periferik və beyin damarlarının spazmında tətbiq olunur
E) Renin angiotenzin sisteminə tormozlayıcı təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 249
383) ß-adrenoblokatorlara aid hipotenziv dərman preparati hansıdır?
A) Dixlotiazid
B) Propranolol ( Anaprilin)
C) Aldizem (Diltiazem)
D) Papaverin-hidroxlorid
E) Metildofa (Dopegit)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 132
384) Renin-angiotenzin sisteminə tormozlayıcı təsir göstərən hipotenziv maddələr hansılardır?
A) Metildofa
B) Bendazol
C) Papaverin-hidroxlorid
D) Kaptopril
E) Rezerpin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 256
Dostları ilə paylaş: |