91) 5 % -li spirtli yod məhlulu necə saxlanılmalıdır?
A) Nəmli yerdə
B) Dəmir qablarda
C) İşıqdan qorunan yerdə
D) Plastmas qablarda
E) Aşağı temperaturda
Ədəbiyyat: A.İ.Rüstəmov “Əczaçılıq işinin təşkili”. Bakı 1998. Səh 195
92) Brilliant yaşılı hansı əczaçılıq əmtəə qrupuna daxildir?
A) Suyu udan dərman vasitələrinə
B) Qoxulu dərman vasitələrinə
C) Boyayıcı dərman vasitələrinə
D) Partlayıcı dərman vasitələrinə
E) İşıqdan parçalanan dərman vasitələrinə
Ədəbiyyat: A.İ.Rüstəmov “Əczaçılıq işinin təşkili”. Bakı 1998. Səh 198
93) Aşağıda göstərilən tələblərdən hansı sarğı materialına qoyulmur?
A) Yüksək hiqroskopikliyə malik olması
B) Dərman vasitələri ilə əlaqədə olduqda parçalanma qabiliyyətinə malik olmaması
C) Davamlı və elastik olması
D) Orqanizm üçün təhlükəsiz olması
E) Sürüşkənlik qabiliyyətinə malik olması
Ədəbiyyat: С.З.Умаров, И.Ф.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинин. «Медицинское и фармацевтическое товароведение». Москва 2004. səh 252
Dostları ilə paylaş: |