1023) İri həblər necə adlanır?
A) Kapsullar
B) Drajelər
C) Boluslar
D) Qranullar
E) Ekstraktlar
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 230
1024) Emulsion məlhəmlərin hazırlanmasında hansı emulqatordan istifadə edilir ?
A) Susuz lanolin
B) Duru parafin
C) Kakao yağı
D) Spermaset
E) Vazelin yağı
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005 səh 189
1025) Quru ekstraktlarla həblərin hazırlanmasında hansı köməkçi maddələrdən istifadə edilir?
A) Bitki yağı
B) Efir yağı
C) Spirt
D) Susuz lanolin
E) Vazelin yağı
Ədəbiyyat: F. Ə. Təhməzov, Ə. İ. İsmayılov, S.Ə.Tağıyev. “Dərman forçalarının texnologiyası”. Bakı 1989 səh 490
1026) Butiroldan hansı dərman formasının hazırlanmasında əsas kimi istifadə olunur?
A) Pastaların
B) Linimentlərin
C) Tibbi şamların
D) Məlhəmlərin
E) Həblərin
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 171
1027) Həb kütləsinin tərkibində yod olarsa hansı köməkçi maddədən istifadə olunur?
A) Kalium-yodid
B) Qliserin
C) Alüminium-hidroksid
D) Kalium-bromid
E) Natrium-bromid
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 233
1028) Qəlibləmə (tökmə) üsulundan hansı dərman formasının hazırlanmasında istifadə olunur?
A) Məlhəm
B) Liniment
C) Poroşok
D) Həb
E) Suppozitoriya
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 211
Dostları ilə paylaş: |