311) Ürək qlikozidləri nə zaman əks göstərişdir?
A) Miokardın distrofiyası zamanı
B) Bradikardiya zamanı
C) Paroksızmal taxikardiya zamanı
D) Ürək qapaqlarının zədələnməsi zamanı
E) Səyriyən aritmiya zamanı
Bradikardiyada, atrioventrikulyar blokadada, stenokardiyada ürək qlikozidlərinin təyin edilməsi əks göstərişdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh.222
312) May inciçiçəyinin tərkibində hansı qlikozid vardır?
A) Konvallatoksin
B) Simarin
C) Diqoksin
D) Strofantin
E) Digitoksin
May inciçiçəyinin tərkibində konvallatoksin və konvallazid qlikozidləri var.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 227
313) Nitroqliserinin damargenişləndirici təsiri onun metabolizmi zamanı yaranan hansı maddə ilə əlaqədardır?
A) Azot 2-oksid
B) Kalium ionları
C) Azot 1-oksid
D) Kalsium ionları
E) Natrium ionları
Nitroqliserinin damar genişləndirici təsiri onun metobolizmi nəticəsində əmələ gələn azot-2 oksidin damarların saya əzələ hüceyrələrinə göstərdiyi təsirlə əlaqədardır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 238
Dostları ilə paylaş: |