324) ß-adrenoblokatorlara aid hipotenziv dərman preparati hansıdır?
A) Papaverin-hidroxlorid
B) Metildofa (Dopegit)
C) Aldizem (Diltiazem)
D) Propranolol ( Anaprilin)
E) Dixlotiazid
ß adrenoblokatorlar β adrenoreseptorları blokadaya alaraq simpatik sinir impulslarının orqanlara təsirinin qarşısını alır. β adrenoreseptorlar anaprilin, oksiprenolol, (trazikor), timolol (korqarD) həm ürəyin β1, həm də damar və bronxların β2 adrenoreseptorlarını blokadaya alır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 132
325) Renin-angiotenzin sisteminə tormozlayıcı təsir göstərən hipotenziv maddələr hansılardır?
A) Rezerpin
B) Kaptopril
C) Papaverin-hidroxlorid
D) Metildofa
E) Bendazol
Renin angiotenzin sistemi damar tonusunu tənzimləyən fizioloji sistemdir. Bu sistemdə hər hansı mərhələnin blokadaya alınması arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bunlara kaptopril, prestarium, enalapril, lizinopril və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 256
Dostları ilə paylaş: |