435) Hansı podaqra əleyhinə dərman maddəsi deyil?
A) Avisan
B) Etamid
C) Allopurinol
D) Kolxisin
E) Anturan
Bunlardan Avisan preparatı podaqra əleyhinə istifadə edilmir.
Ədəbiyyat: E.Ağayev, İbrahim Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 417-419
436) Kolxisin iltihabı aradan qaldırıcı təsirini nə vaxt biruzə verir?
A) Leykopoezin gücləndiyi vaxt
B) Leykositlərin hemotaksis prosesinin gücləndiyi vaxt
C) Faqositozun həyata keçdiyi vaxt
D) Podaqranın kəskin tutmasında
E) Sidik turşusunun sintezinin zəiflədiyi vaxt
Kəskin tutmalar zamanı iltihabı aradan qaldırır. Başqa hallarda iltihab əleyhinə təsir göstərmir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
Dostları ilə paylaş: |