691) Ayıdöşəyi kökümsovunun preparatları nə məqsədlə istifadə olunur?
A) Qurdqovucu kimi
B) Qankəsici kimi
C) Ödqovucu kimi
D) Sidikqovucu kimi
E) Yuxugətirici kimi
Xammaldan erkək ayıdöşəyinin qatı ekstraktı və kökümsovunun təsiredici maddələrinin məcmusundan ibarət olan “Filiksan” preparatı alınır. Onlar qurdqovucu vasitə kimi lentşəkilli qurdlar əleyhinə istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.474-476.
692) Hansı bitkinin preparatları ”A” siyahısında saxlanılır?
A) Dazıotu
B) Rəvənd
C) Ödotu
D) Xaşxaş
E) Şirquyruğu
Xaşxaş və onun preparatları, morfin, omnopon narkotik təsirli olduqlarından "A" siyahısında saxlanılır. Digər bitkilər isə "A" siyahısında saxlanılmır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 410-413.
693) Qarğıdalı saçağı təbabətdə nə məqsədlə istifadə olunur?
A) İltihabəleyhinə
B) Ağrıkəsici kimi
C) Sidikqovucu kimi
D) Qurdqovucu kimi
E) Sakitləşdirici kimi
Qarğıdalı saçaqlarının 70%-li spirtdəki duru ekstraktı və dəmləməsi sidikqovucu vasitə kimi böyrəkdaşı xəstəliyində və bədən boşluqlarına maye yığılmalarda tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.163-167.
Dostları ilə paylaş: |