992) Hansı dərman formaları bərk dərman formalarına aid deyil?
A) Drajelər
B) Yığıntılar
C) Poroşoklar
D) Mikrokapsullar
E) Mikrodrajelər
Mikrokapsullar hazırlanma texnologiyasına görə bərk dərman formalarına aid deyil.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 66
993) Yumşaq dərman formalarına hansı aid deyil?
A) Həblər
B) Məlhəmlər
C) Pastalar
D) Emulsiyalar
E) Tibbi şamlar
Emulsiyalar bir birində həll olmayan iki mayenin dispers sistemindən ibarətdir. Yumşaq dərman formalarına aid deyil.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 152
994) Parenteral dərman formalarına hansı dərmanlar aiddir?
A) Düz bağırsağa yeridilən dərmanlar
B) İnyeksiya dərmanları
C) Dəriyə yaxılan dərmanlar
D) İnqalyasiya dərman forması
E) Selikli qişaya yeridilən dərmanlar
Dərman formaları orqanizmə enteral və parenteral yolla yeridilir. Enteral dərmanlar ağız vasitəsilə, parenteral dərmanlar düz bağırsaq vasitəsilə yeridilir.
И.А.Муравьев «Технология лекарственных фарм» Москва «Медицина» 1988 səh 14
Dostları ilə paylaş: |