1021) Etakridin laktat məlhəmin tərkibinə necə verilir?
A) Qliserində həll etməklə
B) Bitki yağında həll etməklə
C) Lanolində həll etməklə
D) Qaynar suda həll etməklə
E) Jelatində həll etməklə
Etakridin laktat qaynar suda həll edilib az miqdar susuz lanolinlə qarışdırılır və məlhəm əsasına əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 159
1022) Rektal suppozitoriyaların çəkisi neçə qram olmalıdır?
A) 1,1 – 4
B) 5,0 – 6,0
C) 0, 2 – 0,5
D) 0,5 – 1,0
E) 3,0 – 5,0
X DF göstərişinə əsasən rektal şamlar 1,1-4,0 qram çəkidə hazırlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 170
Dostları ilə paylaş: |