1052) Rp: Kalii permanqanatis 1,0
Aquae destillatae 20 ml
Spiritus aethylicus 15 ml
D.S. xaricə
Resepti hazırladıqda hansı uyuşmazlıq baş verir?
A) Fiziki- kimyəvi uyuşmazlıq
B) Fiziki uyuşmazlıq
C) Kimyəvi uyuşmazlıq
D) Farmakoloji uyuşmazlıq
E) Uyuşmazlıq baş vermir
Spirtin təsirindən kalium permanqanat oksidləşərək qonur rəngli çöküntü verir.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh275
1053) Vişnevski linimentinin tərkibində neçə qram kseroform vardır?
A) 7 qram
B) 1 qram
C) 10 qram
D) 2 qram
E) 3 qram
Ədəbiyyatın göstərişinə əsasən 100 qram linimentin tərkibinə 3 qram kseroform verilir
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” .Bakı 1989, səh 149
1054) Gözü yumaq üçün məhlullar hansı qatılıqda hazırlanır?
A) Hipotonik qatılıqda
B) 1:2 nisbətində
C) 1:10 nisbətində
D) İzotonik qatılıqda
E) Hipertonik qatılıqda
X DF göstərişinə əsasən gözü yumaq üçün məhlullar izotonik olmalıdır.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 250
Dostları ilə paylaş: |