104) Əlavə rekvizitlər tələb olunmayan reseptlər hansı müddətə yararlıdır? A) 7 gün
B) 1 ay
C) 5 gün
D) 2 ay
E) 3 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il 46 saylı əmrinə əsasən əlavə rekvizitlər tələb olunmayan reseptlər üçün yararlılıq müddəti 2 ay təsdiq olunmuşdur.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli “Reseptlərin yazılması və aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 saylı əmri
105) Üzərində “xroniki xəstələr üçün” göstərişi ilə ümumi siyahıya aid olan dərmanlar yazılmış resept hansı müddətə yararlıdır? A) 7 gün
B) 2 ay
C) 1 il
D) 6 ay
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli 46 saylı əmrində göstərilmişdir ki, üzərində “xroniki xəstələr üçün” göstərişi yazılmış həkimin imzası və möhürü ilə təsdiqlənmiş, ümumi siyahıda olan dərmanlar yazılmış reseptlər 1 il müddətinə yararlıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmri