127) Mühasibat uçotunda “saldo” nədir?
A) Mənfəət
B) Borclu olmaq
C) Balans
D) Malik olmaq
E) Qalıq
Mühasibat uçotunda qalığa saldo da deyilir. Saldo dövrün əvvəlinə (ilk saldo) və dövrün sonuna (son saldo) ola bilər.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 19
128) Gəlirin təyini üçün aşağıda verilən göstəricilərdən hansı vacibdir?
A) Müəssisənin mal assortimenti
B) Məxaric və mədaxilin məbləği
C) Ümumi mal dövriyyəsi
D) Mədaxilin məbləği
E) Məxaricin məbləği
Aptekin gəlirini təyin etmək üçün bütün mədaxil və məxaric əməliyyatları hesablanmalı, təsərrüfat- maliyyə fəaliyyəti üzrə göstəricilər yekunlaşmalıdır. Məxaric və mədaxilin məbləği aptekin gəlirini təyin edən əsas göstəricidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 144
Dostları ilə paylaş: |