321) Simpatolitiklər qrupundan olan hipotenziv maddə hansıdır?
A) Atenolol
B) Diltıazem (Aldizem)
C) Maqnezium-sulfat
D) Rezerpin
E) Propranolol-hidroxlorid (Anaprilin)
Simpatolitik maddələr adrenergik sinapslarda mediator ifrazını zəiflətməklə simpatik sinir impulslarının ötürülməsini tormozlayırlar. Bunlara oktadin, adelfan trirezid, kristepin, raunatin, rezerpin və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 135
322) Mərkəzi təsirli hipotenziv preparat hansıdır?
A) Papaverin-hidroxlorid
B) Dibazol (Bendazol)
C) Klonidin-hidroxlorid(Klofelin)
D) Maqnezium-sulfat
E) Amlodipin (Almovas)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 249
323) Klonidin-hidroxloridin (Klofelin) xarakterik cəhəti hansıdır?
A) Periferik və beyin damarlarının spazmında tətbiq olunur
B) Damar-hərəkət mərkəzinin fəaliyyətinə tormozlayıcı təsir göstərir
C) Renin angiotenzin sisteminə tormozlayıcı təsir göstərir
D) Atrioventrikulyar keçiriciliyin qismən və ya tam blokadasına səbəb olur
E) Gözdaxilitəzyiqi artırır
Klonidin-hidroxloridin xarakterik cəhəti damar-hərəkət mərkəzinin fəaliyyətinə tormozlayıcı təsir göstərməklə arterial təzyiqi aşağı salır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 249
Dostları ilə paylaş: |