336) Qusdurucu maddələrin növləri hansılardır?
A) Birbaşa və dolayı təsirli
B) Reflektor və dolayı təsirli
C) Birbaşa və reflektor təsirli
D) Reflektor və mərkəzi təsirli
E) Mərkəzi və dolayı təsirli
Qusdurucu maddələrdən zəhərlənmə zamanı mədəni təmizləmək və zəhərin qana sorulmasının qarşısını almaq üçün istifadə edilir. Qusdurucu maddələr reflektor və mərkəzi
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 296
337) Tərkibində skopolamin olan qusmanı aradan qaldıran preparat hansıdır?
A) Aeron
B) Metoklopramid (Serukal)
C) Prometazin (Pipolfen)
D) Perfenazin (Etaperazin)
E) Qalantamin
Tərkibində skopolamin və hiossiamin alkaloidlərinin kafur duzlarının qarışığından ibarət olan maddə “Aeron” adlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 298
338) H2 -reseptorların qıcıqlanması nəticəsində nə əmələ gəlir?
A) Bağırsaqların peristaltikası azalır
B) Bronxların spazmı baş verir
C) Bradikardiya əmələ gəlir
D) Mədənin selikli qişasının sekretor fəaliyyəti artır
E) Mədə-bağırsaq sistemində atoniya əmələ gəlir
Məlumdur ki, histamin mədənin selikli qişasının pariental hüceyrələrində yerləşən H2 histamin reseptorlarını qıcıqlandırmaqla mədənin şirə ifrazına birbaşa stimullaşdırıcı təsir göstərir. H2 histamin reseptorlarını blokadaya alan maddələr simetidin, ranitidin, famotidin və s. aiddir.
dəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 284
Dostları ilə paylaş: |