419) E vitamininin tibbdə işlənən preparatını göstərin
A) Askorbin turşusu
B) Tiamin-xlorid
C) Nikotin turşusu
D) Tokoferol-asetat
E) Tiamin-bromid
Vitamin E-nin tibbi adı tokoferol asetatdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 401
420) Aspirin hansı vitaminin antaqonistidir?
A) Vitamin A
B) Vitamin D
C) Vitamin K
D) Vitamin E
E) Vitamin C
Atetilsalisil turşusu antiaqreqant xassəyə malik olduğu üçün vitamin K-nın antaqonistidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 357
421) Hansı suda həll olan vitamin preparatlarına aid deyil?
A) Fol turşusu
B) Xolekalsiferol
C) Tiamin-xlorid
D) Askorbin turşusu
E) Nikotin turşusu
Xolekalsiferol D vitamininin preparatıdır. Vitamin D yağda həll olur. Dəridə ultrabənövşəyi şuaların təsiri altında 7-dehidroxolesterindən sintez edilir, kalsium və fosfor mübadiləsini təmzimləyir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 400
Dostları ilə paylaş: |