478) β-laktamaza fermenti hansı antibiotiki parçalayır?
A) Polimiksin
B) Tetrasiklin
C) Metasiklin
D) Eritromissin
E) Benzilpenisillin
6 aminopensillin β laktamaza fermenti tərəfindən parçalanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 462
479) Təbii penisillinlərin kimyəvi quruluşunun əsas tərkib hissəsini hansı turşu təşkil edir?
A) Aminoyağ turşusu
B) Olein turşusu
C) Sirkə turşusu
D) 6-aminopenisillin
E) Piroüzüm turşusu
Təbii penisillinlərin kimyəvi quruluşunun əsasını təşkilk edən 6-aminopenisillin turşusunun kəşfi penisillin qrupu antibiotiklərinin kimyəvi modifikasiyaya uğradılaraq dahada təkmilləşdirilməsinə imkan yaradır.Təbii penisillinlərin molekulunda 6-aminopenisillin turşusunun kimyəvi modifikasiyası nəticəsində alınan və yarımsitetik penisillinlər adlandırılan antibiotiklər benzilpenisillinin üstün cəhətlərini saxlamaqla yanaşı bir sıra əlavə keyfiyyətlərdə kəsb etmişlər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 462
Dostları ilə paylaş: |