483) Eritromisinin hansı preparatı venadaxili istifadə olunur?
A) Eritromisin-sulfat
B) Eritromisin sulbaktam
C) Eritromisin-fosfat
D) Eritromisin monosulfat
E) Eritromisin tazobaktam
Venadaxili inyeksiya üçün eritromisin fosfat duzundan(Eritromycini phosphas) istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 475
484) Eritromisinin məlhəmi neçə %-li olur?
A) 10%-li
B) 2%-li
C) 5%-li
D) 1%-li
E) 0,5%-li
Eritromisin 1% məlhəm şəklində olur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 475
485) Tetrasiklin qrupundan olan antibiotiklərin təsir mexanizmi nədən ibarətdir?
A) Mikrob hüceyrəsində DNT sintezinə pozucu təsir göstərir
B) Mikrob hüceyrəsinin sitoplazmatik membranının keçiriciliyini pozur
C) Mikrob hüceyrəsi divarının biosintezini pozur
D) Ribosom səviyyəsində mikrob hüceyrəsində zülalların biosintezini tormozlayır
E) Mikrob hüceyrəsində RNT sintezinə pozucu təsir göstərir
Tetrasiklinlər geniş təsir spektrinə malik olan antibiotiklərdir.Bunların təsir mexanizmi ribosom səviyyəsində mikrob hüceyrəsində zülal biosintezinə tormozlayıcı təsir göstərməyə əsaslanır.Terapevtik dozalarda bakteriostatik təsir göstərirlər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 477
Dostları ilə paylaş: |