487) Bu preparatlardan hansı amfenikollar qrupuna aiddr?
A) Sefalosporinlər
B) Karbopenemlər
C) Xloramfenikol (Levomisetin)
D) Qlikopeptidlər
E) Pensillinlər
Amfenikol qrupuna daxil olan antibiotiklər kimyəvi quruluşlarına görə dioksiaminofenilpropan törəmələridir.Bunlara xloramfenikol(levomisetin),levomisetin-sucsinat,xloramfenikolun kombinəedilmiş preparatları(levovinizol,uruksol)və sintomisin aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 484
488) Levomisetin hansı xəstəlikdə istifadə olunur?
A) Göbələk
B) Ekzemada
C) Psoriozda
D) Hamiləlikdə
E) Dizenteriya
Qarın yatalağının,parativlərin,dizenteriyaların,brusellyozun,göyöskürəyin,müxtəlif mənşəli pnevmaniyaların,traxomanın və preparatın təsirinə qarşı həssas olan mikroorqanizmlərin törətdiyi digər infeksion xəstəliklərin müalicəsində daxilə təyin edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 484
Dostları ilə paylaş: |